Pulunuza qənaətin yolları.

0
2772
Pulunuza qənaətin yolları.

Hər kəs aylıq maaşını aldıqdan bir neçə saat sonra pul kisəsinin boş olduğunu görür. Belə problemlərlə ən çox alacağı şeylərin siyahısını müəyyənləşdirməyən insanlar üzləşir. Pula qənaət etmək məqsədilə alacağınız hər şeyin əvvəlcədən siyahısını tutun. Gün ərzində nə qədər şirə, şirniyyat və bu kimi xırdavat aldığınızın fərqinə varın. Bunun üçün sənə gün ərzində ən çox lazım olan xırdavatı al. Boş-boş yerə pulunu xərcləmə. Buna əməl etsən ayın axırında pul çatışmazlığı ilə üzləşməzsən.    Puluna qənaət etsən hətta artıq qalan pulunu banka da yerləşdirə bilərsən. Bu günkü günümüzdə özümüzü mobil telefonsuz təsəvvür edə bilmərik. Bəzi insanlar hətta aylıq məvacibinin yarısını məhz mobil telefona xərcləyir. Mobil telefona xərci azaltmaq üçün vacib olduqda ondan istifadə et. Bundan başqa mobil telefonda internetdən istifadə sizi pulsuz qoya bilər.


Xanımlar daha gözəl və cazibəli görünmək üçün daha çox pul xərcləyirlər. Sonra isə ayın axırında pulsuz qalırlar. Qadınlar pula qənaət etmək məqsədilə gözəllik salonlarına ayda 1-2 dəfə getsələr yaxşı olar. Onlar evdə də öz gözəlliklərinin qayğısına qala bilərlər. Bu zaman xanımlar həm pullarına, həm də vaxtlarına qənaət etmiş olarlar. Heç kəsin bir o qədər də fikir vermədiyi nəqliyyat vasitələri aylıq maaşın bir hissəsini götürür. Əgər eviniz iş yerinizə yaxındırsa işə piyada da gedib-gələ bilərsiniz. Hesablamalar göstərir ki, nəqliyyata hər kəs maaşından 15-20 % pul xərcləyir. Evdar xanımlar nə qədər boş yerə pul xərcləyirsə evdə də o qədər çatışmayanlar olur. Yalnız vacib olanları aldıqda hər şey evdə normal olur.

Kredit ödəyən insanlarda aylıq maaşını aldıqda alacağı şeyləri qabaqcadan müəyyənləşdirməlidir. Axı onların maaşının bir hissəsi məhz krediti ödəməyə gedir. Boş yerə pul itkisi insanı müflisləşdirə bilər. Artıq qalan pulları banka yatırtmağın və ya evdə saxlamağın müsbət tərəfləri odur ki, bəzən gözlənilməz bir vaxtda hər kəs işsiz qala bilər. Yeni iş tapana qədər müəyyən tələbləri ödəmək üçün pulunuz olsun. Artıq olan pulların gözlənilməz gələn xəstəliyin tez müalicə etdirilməsi üçün də böyük əhəmiyyəti var. Ən azı hər iki halda heç kəsə borclu qalmırsan. 

Pul kisəsində və çantada sənə lazım olan qədər pul saxla. Pul kisəsində nə qədər çox pul olarsa lazım olmayan yerlərə o qədər də çox pul xərclənər. Bundan başqa qəflətən pul kisənizi və ya çantanızı itirəndə səbirsizliklə gözlədiyiniz aylıq maaşınızın hamısının birdən itməsinə təəssüflənməyəsiniz.
 
Artıq pul xərcləməmək üçün xanımlar paltar almaq məqsədilə mağazalara gec-gec üz tutsalar pulları boş yerə xərclənməz. Pula qənaət etmək üçün ildə iki dəfə qış və yay qarderobunu dəyişəndə paltar almaq düzgün olar.
 

ŞƏRH YAZIN