Tək Qalmağın Özəllikləri

0
2285
Tək Qalmağın Özəllikləri

Çox insanlar tək qalmaqdan qorxur, hətta bunu fobiya halına gətirənlər də var. Amma halbuki tək qalmağın faydaları çoxdur. 
1. Ruhən tükənməyimizin qarşısını alır
Müasir dövrdə bir insanın dəyərini onun məhsuldarlığı ilə ölçürlər. Toplum bizə tək qalmağa imkan vermir. İnsanın tək qalıb özünə vaxt ayıra bilməsi onun "məhsuldarlıq” məcburiyyətindən bir balaca uzaqlaşmasına kömək edir. Heç nə etməmək əslində bir çox yaxşı şeyləri reallaşdırmağa stimul yaradır. "Promega” adlı bir şirkət işçilərinin təbii gün işığında rahatlanıb, fasilələr zamanı meditasiya ilə məşğul ola biləcəyi xüsusi yerlər ayırıb. Bu tətbiq olunduqdan sonra işçilərin səhhətinin müsbətə doğru getdiyi və məhsuldarlığının artdığı bəlli olub.
2. Duyğu üzvlərimiz kəskinləşir
Çox adam üçün 10 gün ərzində sakit qalmaqla suda gəzmək arasında fərq yoxdur. Vipassana Səssizlik İnstitutu da bu işlə məşğuldur. Bura qatılanlar on gün ərzində oxumaqdan, danışmaqdan və göz təmasından uzaq dururlar. 100-ə yaxın elm adamı araşdırma məqsədi ilə sakit qalmaq meditasiyasını həyata keçirib və danışmaq funksiyasını istifadə etməməyin digər duyğu orqanlarının işinin yaxşılaşmasına gətirib çıxardığını sübut ediblər.
3. İndiyə konsentrasiya olmaq
Britaniyalı filosof Alan Vats yazır ki, gərginliyimizin və narahatlıqlarımızın səbəbi illüziya olan gələcəkdə "yaşayıb” indiki zamanda qopuq şəkildə varlığımızı davam etdirməyimizdir. Yəni fikrimiz həmişə gələcəkdədir. Anı yaşaya bilmirik. Səssiz qalmaq diqqətimizi real xoşbəxtlik olan indiki zamana cəmləməyə kömək edir. İndinin bizə verə biləcəklərinin yanında gələcəyin bizə təqdim edə biləcəyi şeylər çox balacadır. Səssizlik və tənha qalmağımız bizi saxta xoşbəxtlik hissindən xilas edib real həyata qaytarır.
4. Yaddaşı gücləndirməyə kömək edir.
Təbiət qoynunda sakitcə gəzmək beynimizdə "hippocamus” deyilən hissənin böyüməyinə gətirib çıxarır və beləcə yaddaş gücümüz artır.
5. Qərar qəbul etmə və onları reallaşdırma qabiliyyətimizi gücləndirir
Psixoloq Kell Mcgonigal qeyd edir ki, səssizlik zamanı beynimiz daha ağıllı qərarlar verir. Və onları reallaşdırmaq üçün motivasiya olmağımızı təmin edir.
6. Kim olduğumuzu bir daha xatırladır
Özümüz kimi davranmağımıza, içimizdən gələn qərarları qəbul etməyimizə kömək edir tək qalmaq. Bizə daim kənar səslər müdaxilə edir, öz içimizdən gələn səsi eşidə bilmirik. Sükut – bizə öz düşüncələrimizi eşitməyə kömək edir. İnsan iradəsi düşüncəsiz hərəkətlərin boyunduruğundan xilas olanda möhkəmlənir.
7. Beynimizi inkişaf etdirir
Beyin ən qarışıq və ən güclü orqanımızdır, əzələlərimiz kimi, onun da dincəlməyə ehtiyacı var. Araşdırmalara görə özümüzə qulaq asıb sakitləşdiyimiz anlarda beynimizin informasiya sürəti artır və qırışlar güclənir.
8. Daha yaradıcı olmağımıza gətirib çıxarır
Yaradıcı prosesdə bir "tormozlanma” anı olur. Bu andan xilas olmaq üçün tamamilə sakitlik və tənhalıq lazım olur. Bu zaman beyin daha güclü işləyir və Arximedin "evrika”sına gətirib çıxarır. Mütəxəssislər deyir ki, tək qalıb xəyallar qurmaq yaradıcı ideyalar istehsal etməyin ən yaxşı yollarından biridir.
9. Sıxıntılarımızla mübarizə aparmağımıza kömək edir
Səssiz bir yer tapdınız, tək oturub bir az rahatlanmaq istəyirsiniz, birdən haranızsa qaşınır. Amma bir çox meditasiya müəllimləri deyir ki, özünüzü saxlasanız, dərin nəfəs alıb diqqətinizi cəmləsəniz qaşıntı keçəcək. Yəni beyninizi yoran problemlərdən də bu yolla qurtulmaq mümkündür.
10. Mənəvi çətinliklərdən xilas edir
Özünümüdafiə mexanizmi sadəcə fiziki çətinliklərdən deyil, hissi çətinliklərdən də qaçmağımızı təmin edir. Ancaq neqativ düşüncələri içimizə atmaq onların stress, gərginlik və yuxusuzluq olaraq geriyə qayıtmasına gətirib çıxarır. Bu neqativ vəziyyətdən xilas olmağın yollarından biri, sakit yerdə oturub öz-özümüzə nəyin bu pis vəziyyətə təkan vermiş ola biləcəyini düşünməyimizdir.


Korrektor: Əliyeva Aynur

 

ŞƏRH YAZIN