Ürəyində 1 Arzu Tut...

0
3179
Ürəyində 1 Arzu Tut...

Bəzən hər kəsə elə gəlir ki, arzu əlimizin çatmadığı qədər çox uzaqdır və elə arzu olaraq da qalır. Buna görə kimlər arzularından imtina etmiyib ki.

Amma unuduruq ki, məhz arzuları nəticəsində insanlar çoxlu uğurlar əldə edib, xəyal etməyəcəyi pillələrə məhz arzuları sayəsində yüksəlib. Deməli, arzulamaq heç də pis deyil, əksinə çox gözəl bir hissdir. Yetər ki, məqsədin olsun.

Bəzən arzulamağa çox gec başlayırıq, bəzən isə arzuları fantaziyalarla səhv salıb sonra şikayətlənirik ki, "Arzum ürəyimdə qaldı, yerinə yetmədi". Arzularımızın gerçəkləşməsi üçün fantaziyalar qurmaq kifayət etmir. Hərəkət etmək, arzuya çatmaq üçün addım atmaq lazımdır. Yəni ''Şaxta babaya məktub yazan uşaq'' olmayaq. Hansı ki, arzusunu yazıb bir il onun gerçəkləşməsini gözləyir. Realist olaq, arzulara qucaq açaq, ona addım ataq, planlar quraq. Arzuladığımıza çatmaq üçün həyatımızı planlayaq.

Qoy planlarımızın başlanğıcında arzularımız dursun. 

Necə arzulayaq? Bu, heç də çətin deyil. Kiçik bir test: təssəvür edin ki, səyahət etmək fikriniz var. Bunun üçün gözlərinizi bir anlıq yumub, həmin səyahətdə yaşayacağınız xoş anları, unudulmaz dəqiqələri düşünün. Gözəl hisdir deyilmi, çox istəyirsiniz reallıqda bunu yaşamaq, eləmi? Onda gözlərinizi açıb bu gözəl arzunu yaşamaq üçün planlar qurun, ona addım-addım yaxınlaşın. Qətiyyətli addımlar atın ki, hər şey xəyaldan reallığa çevrilsin. Gözəl bir yunan atalar sözündə deyilir: ''Mininci addıma çatmaq üçün birinci addımını at.''

Arzular həyatımızın bir hissəsi və xoş anlarımızın xatirəsidir. Bütün pis düşüncələri bir kənara atın.

Yaşadığınız ömrü xoş arzulardan reallığa çevirməklə keçirin.
 
Arzular həmişə gerçəkləşər, əgər insan bunu həqiqətən istəyərsə. Bu ömür bizlərə bir dəfə verilir, dəyərini bilək və yaşamağı bacaraq.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN