Xoşbəxtliyə Gedən Yol

0
3433
Xoşbəxtliyə Gedən Yol

1. Gündəlik həyatınıza sevinin, tez-tez gülün. Yeri gəlsə ağlamaqdan da çəkinməyin. Göz yaşları təbii olub əsəb və hiddəti yumşaldır.

2. Nəyəsə ehtiyacınız yaranarsa dərhal başqa adamlardan kömək istəyin. Tərslik etməyin, problemləri  tək başına  həll etməkdən daşının. Bəzi şeylər təkcə sizdən asılı deyil. Özünüzü bilərəkdən əlavə yükə salmayın.

3. İşləyərkən çalışın yalnız həmin işə köklənəsiniz. O işi  tam bitirməmiş başqa iş haqda fikrləşməyin, yenisinə başlamayın. Əgər bir neçə məsələnin həlli ilə məşğul olmağa  başlasanız, əmin olun ki, bu çox üzücü və yorğun proses olacaq.  Nəticədə gedişat üzərində kontrol itəcək, xeyli səhvlər edəcəksiniz. Ona görə işlərinizi növbə ilə görün.

4. Yox deməyi öyrənin! Siz heç də hamını razı sala bilməzsiniz. Ona görə də “günahkaram” fikrini kənara qoyun. Ağlınızın və intuisiyanızın sizə  “dediyi” kimi hərəkət edin, başqalarının istədiyi kimi yox.

5. Bir-iki saat iş rejimindən kənar 5 dəqiqə fasilə verin. Işinizi kənara qoyub ancaq özünüzü düşünün. Bunu hər gün təkrar edin.

6. Ətrafınıza ancaq ürəyiaçıq və optimist dostlarınızı toplayın, paxıl və etibarsız insanlardan uzaq olun. Hisslərinizi sevdiklərinizlə bölüşün.

7. Əsası olmayan problemləri real problemlərdən  ayırd etməyi öyrənin. Belə əsassız problemlər əsəblərinizə zərbə vura bilər.

8. Beyninizi fəaliyyətsiz saxlamayın. Bu,ciddi ağırlaşmalara gətirib çıxara bilər. Hər gün yeni şeylər öyrənin.

9. Yaxınlarınızın xoşbəxtliyi və sevincinə görə siz cavabdeh deyilsiz. Siz insanların əldə etmək istədiklərinin əsas mənbəyi deyilsiz. Odur ki, sevdiklərinizə istədiyiniz qədər sevinc bəxş edə bilərsiniz. Bir şərtlə ki, bunu məcburən yox, həvəslə edəsiniz.

10. Xoş gəzinti, dadlı yemək və rahat yuxudan zövq almağa çalışın.

11. Özünüz üçün ayrıca cədvəl tutun. İşlərinizi, istirahətinizi bura qeyd edin. Amma gözlənilməz fəaliyyətləriniz üçün yer də saxlayın. Çünki bəzi hallarda planlaşdırılmayan situasiyalar çox xoş olur. Bu zaman siz yeni təəssüratlar almış olacaqsınız.

12. Özgələrin problemlərinə müdaxilə etməyin. Onsuz da həll edə bilməyəksiniz.  Əvəzində isə  əhvalınız korlanacaq.  Kömək etməyin zəruri olduğunu və təklifinizin qəbul olunacağına əmin olduğunuzu dəqiqləşdirdikdən sonra yardım əlinizi uzadın.

13. İşdə, evdə və dostlarınızın əhatəsində özünüzü  əvəzedilməz insan kimi aparmaqdan çəkinin. Bu sizə xoş gəlsə də bilin ki, sizsiz də bütün işlər həll oluna bilər.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN