Xoşbəxtliyin Sadə Yolları!

0
3353
Xoşbəxtliyin Sadə Yolları!

1. Beyninizi dünya, qəhrəmanlıq, sağlamlıq, ümid haqqında gözəl fikirlərlə məşğul edin.

2. Düşmənlərinizdən qisas almayın, nəzərə alın ki, bu sizin özünüzə də ziyan yetirə bilər. 
Qeneral Eyzenxauer kimi: "Sevmədiyim insanlar haqqında bir dəqiqə də olsun düşünməyə vaxtım yoxdur" — deyə özünüzü tərbiyə edin.

3. Sizə minnətdarlıq etməyən insanlara görə çox da kədərlənməyin, unutmayaq ki, İsa peyğəmbər 10 nəfərə şəfa vermiş, onlardan ancaq biri ona təşəkkür etmişdi. Kimdənsə minnətdarlıq gözləmədən yaxşılıq edin,  bu, xoşbəxtliyin açarıdır.

4. Öz uğursuzluqlarınızdan çox uğurlarınız barədə düşünün.

5. Başqalarını təqlid etməyin, özünüz olun, unutmayın ki, paxıllıq cəhalət, təqlid isə "intihar"dı.

6. Əgər həyat sizə limon bəxş etmişsə, ondan limonad hazırlamağa çalışın.

7. Öz çətinlik və uğursuzluqlarınızı unutmaq üçün başqalarına yaxşılıq edin. Belə ki, başqalarına yaxşılıq edəndə özümüzə yaxşılıq etmiş oluruq.

8. Tənqidə görə qanınızı qaraltmayın, bu təbiidir və olmalıdır. Unutmayın ki, "heç kim ölü itə zərbə vurmaz". Tənqidən yaxa qurtarmanın yeganə yolu farfor heykəlcik olub, bir yanda dayanmaqdır.

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN