Ağlın keyfiyyətləri.

0
10495
Ağlın keyfiyyətləri.

Ağlın keyfiyyətləri hər şeydən əvvəl təfəkkürün müxtəlif növlərinin inkişaf səviyyəsi və bir-birilə çulğaşmasının xüsusiyyətləri ilə bağlıdır. Ağlın keyfiyyətlərinə ağlın müstəqilliyi, tənqidiliyi, çevikliyi, genişliyi, dəqiqliyi, fikrin surəti daxildir. Ağlın müstəqilliyi insanın bilik və təcrübəsinə əsasən cisim və hadisələrin mühüm əlamət və xüsusiyyətlərinin, əlaqə və münasibətlərinin qanunauyğunluqlarının başa düşməsində, yeni məsələlər irəli sürüb onları həll etməsində və biliklərini tətbiq etmə bacarığında özünü göstərir.
 
Ağlın tənqidiliyi onun müstəqilliyi ilə bağlı olub insanın a) dərk olunan fikirləri, faktları, fərziyyələri, eləcə də fikir və rəyləri ölçüb biçməsində b) idrak obyektlərindəki səhv və uyğunsuzluqları axtarıb tapmasında v) bunların səbəblərinin araşdırılmasında ifadə olunur. Ağlın tənqidiliyinə malik olan insanlar öz fikirlərini dönə-dönə yoxlayır, öz fikirlərinə tənqidi surətdə yanaşırlar.
 
Geniş ağla malik olan adamlar müxtəlif bilik sahələrində yaradıcı surətdə düşünməyə qadir olmuşlar. Ağlın dərinliyi məsələlərin mahiyyətini, hər bir hadisəni törədən səbəbləri müəyyənləşdirməkdə, problemi hərtərəfli anlamaqda, hadisələrin mənşəyini düzgün müəyyənləşdirməkdə ifadə olunur. Ağlın çevikliyi- insanlar həyat təcrübəsi boyu müxtəlif məsələlərlə, problemlərlə rastlaşır, onları müəyyən üsullarla həll edir. Bu halda insanlar müxtəlif tərzdə hərəkət edirlər. Bir çox insanlar bu vaxt məsələni həll edə-edə yeni yol və vasitələr tapırlar.
 
Bu ağlın çevikliyi ilə əlaqədardır.
Fikrin surəti də mühüm keyfiyyət olub insanın həll etdiyi məsələyə verdiyi son cavabın müddəti ilə təyin edilir. Fikrin məntiqiliyi insanın ardıcıl əsaslı və düzgün düşünməsində ifadə olunur.
 

ŞƏRH YAZIN