Gündəlik Stressi Azaltmanın 10 Sadə Yolu

0
3267
Gündəlik Stressi Azaltmanın 10 Sadə Yolu

Zəmanəmizin xəstəliyi stress, həyatımızın axarını pozmağa və sağlamlığımıza zərər verməyə davam edir. Sıx bir tempdə keçən iş həyatı, mübahisələr və ünsiyyət problemləri, tıxac, kommunal xərclər, ev kirayəsi, ölkə gündəmi-bütün bunlarla stressdən xilas olmaq o qədər də mümkün olmur. Kimə toxunsan dərdli, kimə toxunsan həyatından məmnun deyil. Hər kəs stressi azaltmağın yollarını axtarır və bunun üçün, bəziləri dua edərək stressini azaltmaq istəyir , bəziləri stressi azaldan bitkilərə ümid bəsləyir. Amma reallıq odur ki, hamıda bir stress və gərginlik almış başını gedir. Gündəlik stressdən xilas olmanızı təmin edəcək 9 sadə üsulu təqdim edirik.

1) Bütün elektron avadanlıqlarınızı gündə 1 saat bağlayın və özünüzə aid bir zaman bölgüsü yaradın.
 
2) Ciyərlərinizə qədər dərin dərin nəfəs alın və bunu gün ərzində ağlınıza gəldikcə edin.
 
3) Bir boyama kitabı və ya tapmaca jurnalı alın və ürəyiniz istədiyi kimi boyayıb, tapmaca həll edin.
 
4) Gün ərzində (günorta saatlarında) 20 dəqiqə yüngül bir yuxuya gedin. (Bu sizing enerjinizi yeniləyəcək və gümrah olmağınızı təmin edəcəkdir. 20 dəqiqəlik bir yuxu, 3-4 saatlıq gecə yuxusuna bərabərdir.)
 
5) Dadını çıxardaraq bir fincan çay üçün. Çayın stressi azaltmaqda əlavə faydası da var. Bundan başqa, stressi azaldan qidalar də gün içində qəbul edilə bilər. Banan, çiyələk, balıq və sitrus növləri kimi.
 
6) İmkan daxilində hər gün dəniz kənarında, meşəlik bir sahədə və ya çay kənarında yarım saat gəzin.
 
7) Cib telefonunuza okean dalğalarının səsini yükləyin və zaman zaman qulaq asın.
 
8) Hər gün yarım saatlıq yüngül məşqlər edin. (Yüngül qaçış, üzgüçülük, velosiped sürmək)
 
9) Gülümsəyin. Tanıdığınız, tanımadığınız hər kəsə qarşı gülümsəyin. Gülümsəyərkən 17 dənə, qaşqabağını tökəndə də 41 dənə yüz əzələləriniz çalışır. Özünüzü boşu-boşuna sıxmayın və təbəssüm dadını çıxarın.
 
10) 6 dəqiqəlik kitab oxuma ilə stress və narahatlığınızı %68 azalda bilərsiniz. Sevdiyiniz kitabları yanınızdan əskik etməyin. İndi cib telefonunuzu sakit yerə qoyun və uzun zamandır unutduğunuz kitab oxumağın dadını alın. Kitabınızı  metroda, avtobusda, iş yerinizdə, evinizdə əlinizdən yerə qoymayın.
 

ŞƏRH YAZIN