İş Zamanı İtirdiyiniz Enerjini Geri Qazanın

0
2709
İş Zamanı İtirdiyiniz Enerjini Geri Qazanın

Bəzən iş zamanı çox enerji sərf edərik, başqa heç bir şey üçün enerji qalmaz. Beləliklə də işdən tam tükənmiş vəziyyətdə ayrılarıq. Amma bu enerjini düzgün idarə edərsək, işdən sonra dostlarla görüşə və ya digər işlərə də enerjimiz qalmış olar. Mütəxəssislər məsləhət görür ki:

Ara verin;
Yemək yedikdən sonra dərhal kompüter başına dönməyin. Ətrafda bir az gəzin və mümkünsə çölə çıxın. Bir az yaşıllıq görmək sizi rahatlaşdıracaq.

Üzünüzü yuyun;
Oyanmanıza köməkçi olması və sizi yeniləməsi üçün üzünüzü yumağı yoxlaya bilərsiniz. Və ya yaş bir dəsmal ilə boyun və başınızı isladın.

Yaşıl çay için;
Qəhvədən daha az kafein ehtiva edən yaşıl çay sağlam bir yuxu açan olacaq.

Saqqız çeynəyin;
Saqqız çeynəmənin enerjinizi geri gətirəcəyinə inanmaya bilərsiniz, ancaq biz yenə də sınamağı təklif edərik.

Şəkərdən uzaq durun;
Gün boyu şəkərli qidalar qəbul etsəniz,yuxu halı dözülməz olacaq. Şəkərdən uzaq dayanmağa çalışın.

Bol su için;
Bədəninizin ən çox ehtiyac duyduğu şey sudur. Su, həzm sisteminizi təşkil edəcək və hüceyrələrin yenilənməsində təsirli olacaq. Beləcə bol su qəbul edərək yuxu halından xilas ola bilərsiniz.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN