Krediti Bağlamaq Üçün Kredit Götürmək?

0
2578
Krediti Bağlamaq Üçün Kredit Götürmək?

Kreditlərdən asıllıq artıq psixoloji pozuntu kimi dünyada məhşurlaşır.

Banklar artıq “işləməyən dişləməz” atalar sözünü rədd edərək, demək olar ki, istənilən sənədləri doğru olan şəxslərə kredit verməyə hazırdırlar. Lakin bir çoxları krediti ödəyə bilmədikləri zaman yenidən kredit götürməyə üz tuturlar. Və bu kəndir kimi onların boğazına dolanır. Bu çıxış yolu deyil unutmayın!

Nümunə olaraq:

1. Toya kredit götürmək.

2. İstirahətə kredit.

3. Maşına kredit.

4. Pul çatmayanda kredit.

5. Maddi çətinliklər zamanı kredit.

Getdikcə də quyuya daha da dərin düşürsünüz.

Çıxış yolu:

Birincisi, əgər kreditlərinizi qaytarmağa pulunuz çatmırsa, deməli siz büdcənizi düzgün bölmürsünüz. Borc bataqlığına girəcəyinizə, gəlirinizi düzgün bölün.

İkincisi, kredit dalınca kredit götürərək, siz maddi vəziyyətinizi yaxşılaşdırmırsınız. Bir anlıq rahatlıq hiss etsəniz belə, unutmayın ki, borc müddətiniz getdikcə artır.

Üçüncüsü, kredit nə qədər çox götürsəniz bir o qədər çox itkiyə məruz qalırsınız.

Düzdü, hər bir vəziyyət ola bilər. Lakin ikinci kredit götürdüyünüz zaman “ayağınızı yorğanınıza görə uzatmalı” olacaqsınız.

Bir də unutmayın ki, ümumiyyətlə kredit haramdır.

 

ŞƏRH YAZIN