Uğurlu İş Həyatı Üçün 5 Xarakterik Xüsusiyyət

0
2807
Uğurlu İş Həyatı Üçün 5 Xarakterik Xüsusiyyət

Mənfi düşüncələr zəhər kimi insan beynini bürüyür, inancını dəyişir və öz gücündən istifadə imkanlarını yox edir. Nəticə etibarı ilə, insan özü ilə necə danışar və özü barədə necə düşünərsə, həyatını da o istiqamətdə kökləyər. Ona görə də bunları çalışın heç bir zaman nə özünüzə aid etməyin, nə də özünüzə deməyin.
 
1. Bunu edə bilmərəm
Yarış başlamamış məğlubiyyəti qəbul etməyin! Güclü tərəflərinizə qarşı çevrilin və özünüzdən, bacarıqlarınızdan əsla şübhə etməyin.
 
2. Təslim ola bilərəm
Şərtlər necə olursa-olsun, əsla təslim olmayın! Qarşınıza çıxan çətinliklərin ağırlıqlarına baxmayaraq, özünüzə və gücünüzə inanın. Bunun nəticəsində həmin çətinlikləri aşa bilərsiniz. Unutmayın ki, təslim olana qədər məğlub hesab edilmirsiniz. Mübarizəyə davam edin və xəyallarınızı reallaşdırın.
 
3. Yetərincə yaxşı deyiləm
Bu, özünüzə deməməli olduğunuz ən önəmli cümlədir. Siz özünüzə güvəndiyiniz qədər yaxşısınız. Özünüzü daim başqaları ilə müqayisə edir və onların sizdən daha yaxşı olduqlarını düşünürsünüzsə, bu o demək deyil ki, siz haqlısınız. Özünüzü heç bir zaman alçaltmayın və kiçik görməyin.
 
4. Tənhayam
Heç kim tənha deyil. Müəyyən zamanlarda özünüzü tənha hiss edə bilərsiniz. Əslində istisnasız olaraq, hər kəs zamanla özünü belə hiss edir. Hər birimiz zaman-zaman özümüzü yalnız hiss edərik. Xüsusilə də cəsarətimizi itirdiyimiz və incidildiyimiz zamanlarda bu hiss bütünlüklə ətrafımızı əhatəyə alar. Belə hallarda sevdiyiniz insanlarla ünsiyyət qurmaq və onlardan kömək istəmək vacibdir. Sevdikləriniz yanınıza gəldiyi an bu hisslərdən qurtulacaqsınız.
 
5. Heç kim məni sevməyəcək
Hər birimiz nə qədər qüsurlu olduğumuzu düşünürüksə düşünək, sevilməyə layiqik. Ancaq ağ atlı şahzadənizi evinizdə oturub heyfslənərək tapa bilməzsiniz. Çölə çıxın, yeni insanlarla tanış olun, ünsiyyət qurun.
 
6. Nə istədiyimi bilməliyəm
Həyatdan nə istədiyinizi hələ də bilmirsinizsə, təlaşlanmayın. Demək ki, bunun üçün biraz da zamana ehtiyacınız vardır.
 
7. Çox axmağam
Özünüzə bu qədər yüklənməyin! Hər zaman uğur əldə etmək olmur, zamanla nailiyyəti əldən qaçırmaq da olur. Ancaq bu o demək deyil ki, siz hədəflərinizə heç bir zaman çata bilməyəcəksiniz. Hər birimiz səhv edə bilərik. Axı biz insanıq. Əsas olan odur ki, etdiyimiz səhvlərdən nəticə çıxardaq və onları bir daha təkrarlamayaq.
 
Çalışın ki, özünüzə pis şeylər deməyin və özünüzü mənfi fikirlər üzərində kökləməyin. Fikrinizi bacarıqlarınıza yönəldin və sadəcə bəzi şeylərdə müvəffəqiyyəti qaçırdınız deyə özünüzə bunu nə dərd edin, nə də böyük problemə çevirin. Unutmayın ki, həyat davam edir və yaşadığımız hər yeni gün müvəffəqiyyətin bizimlə olacağına dair bir işarədir.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN