Ruh Sağlamlığını Pozan Fikirlər ...

0
6761
Ruh Sağlamlığını Pozan Fikirlər ...

"Kaş ki, belə olaydı" və ya "Görəsən filan iş necə olacaq?" bu kimi fikirlər ağlımıza tez-tez gəlir. Amma bilirsinizmi, əslində bu kimi fikirlər insanın ruh sağlamlığına mənfi təsir göstərir.

Üsküdar Universiteti qurucu rektoru olan psixiatrist Prof. Dr. Nevzat Tarhan gündəlik həyatda sıx istifadə olunan “Kaş ki” ilə “görəsən” sözlərindən başqa “Mən mükəmməl olmalıyam” kimi ifadələrin və ya düşüncələrin insanın ruh sağlamlığına mənfi təsir edən amillərdən olduğunu bildirdi.

Tarhan bəzi anlayışların dərk edilməməsinin ruh sağlamlığına mənfi təsir göstərdiyini vurğulayaraq, bu ifadələrin şəxsin motivasiyasını azaltdığını, həyata olan bağlılığı ilə yanaşı özünə olan etibarını zədələdiyini və hörmətini də azaltdığını bildirdi.

Ən çox istifadə olunan sözlərdən birinin də “Kaş ki” sözü olduğunu deyən Tarhan beləcə davam etdi: “Adam keçmişdə yaşadığı və dəyişdirə bilmədiyi xoşagəlməz hadisələr barəsində “Kaş ki” şəklində fikirləşərsə, bugünkü psixolojik enerjisi tükənə bilər. Mənəvi olaraq yorular və bu günkü həyatda yaşadığı hadisələrə qarşı daha gücsüz olar. Eyni zamanda bəzən “bunu görəsən belə etsəm?.. yoxsa belə etsəm?…” fikirləri adamın daxilini narahat edir və sanki maşının akkumulyatorunun enerjisi boşalan kimi intellektual enerjisi zəifləyir. Nəticə olaraq qərarsız, istəksiz və bədbin bir xarakter ortaya çıxar. Bu səbəbdən terapiyalarımızda insan zehnində olan bu düşüncələri, zehnin enerji tutumunu araşdırıb, bu ifadələri istifadə edib etmədiyini araşdırırıq.”

“Mən mükəmməl olmalıyam” hədəfi

Modern dünyanın çətinlikləri ilə ortaya çıxan “Mən mükəmməl olmalıyam” istiqamətindəki fikirlərin də zərərli olmasına diqqəti cəlb edən Prof. Dr. Tarhan “Bu fikir də eyni şəkildə insanın özünə olan inamını zəiflədir. Etdiyi hər işdə xəta payının sıfır olmağını istəmək insanı qüsursuz psixologiyaya istiqamətləndirir. Bunların səbəbləri də bəzi psixolojik testlərdə araşdırılır. Testlərin nəticələrinə görə şəxsin neqativ fikirlərdən uzaqlaşmasına çalışırıq” deyə qiymətləndirdi.

“Kaş ki” və “görəsən..” ifadələrindən çox istifadə edənlər kompüterlərinin ekranında “bu gün” yazsın

Tarhan qədim zamanlarda yaşayan filosofların mərmər lövhələrin üzərinə “bu gün” kəliməsini yazdıqlarını ifadə edərək, belə vurğuladı: “Çünkü o filosoflar, ‘görəsən və Kaş ki’ kəlimələri ağıllarına gəldiyi zaman mərmərin üstünə o kəliməni yazaraq, onu hər gördüyündə dərhal bu günə qayıdır.

Məsələn, “Kaş ki” və “görəsən” ifadələrindən çox istifadə edən bir şəxs, həyatında bəzi problemləri varsa kompüterinin ekranında bu gün olaraq qeydlər aparsın. Bu şəkildə bu günü hiss edib indiki zamana qayıdacaqdır. İndi yaşadığı zamana qayıdarsa, psixologiyasında düzəlmə baş verəcəkdir. Yəni keçmişi unutmamış olsa belə “keçmişi bu günə daşımamış olar”. Ona görə bu günə məxsus düşüncə tərzi önəmlidir. Bundan əlavə olaraq insanın gələcəklə əlaqəli planlarının olması başqa bir şeydir. Bu “Kaş ki” və ya “görəsən” ifadələri ilə eyni dərəcədə neqativ deyildir. Gələcəklə əlaqəli planınız olsun, ancaq bu günü yaşasanız daha xoşbəxt ola bilərsiniz.”

Prof. Dr. Tarhan bir insanın gələcəklə əlaqəli xəyal qurma vaxtının bir saatdan çox olmamasını vurğulayaraq, “Bir adam keçmiş və ya gələcəklə əlaqəli bir saatdan artıq xəyal qurarsa, bu özünə zərər verməsi deməkdir” dedi.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN