Təxəyyül haqqında

0
4579
Təxəyyül haqqında

Təfəkkür və təxəyyül arasında əlaqə hər ikisinin yeni obraz yaratması, fərq isə təfəkkürün ideya, təxəyyülün isə həmin ideyanın obraza keçməsidir.

Təxəyyül nədir?


Tarixən mövcud olmuş, bizim qavradığımız obyektlərin surətini yaradırıq.

İndi mövcud olan obyektlərin surətini yaradırıq.

Hər bir adam gələcəyin surətini yaradır. Hər bir adam özünü gələcəkdə görür.

Heç bir zaman mövcud olmamış, mövcud olması mümkün olmayan obyektlərin surətini yaratmaq.

Keçmiş qavrayış materiallarının yenidən işlənməsi sayəsində yeni surətlərin yaradılmasından ibarət olan psixi prosesə təxəyyül deyilir. Təxəyyül surətlərini yaradanda şişirtmələrdən daha çox istifadə olunur: keyfiyyət və kəmiyyət şişirtmələri. Keyfiyyət etibarilə şişirtməyə, məsələn, əjdaha ayın qabağını tutdu. Təxəyyül surətlərində istifadə olunan üsullardan biri də kiçiltmədir. Məs, cırtdan.

Təxəyyül də bütün psixi hadisələr kimi xarici aləmin inikasıdır. Bununla birlikdə, təxəyyülün özünə aid xüsusiyyətləri də var. Təxəyyül prosesində insan xarici aləmdə bilavasitə olmayan yeni surətlər yaradır. Lakin insan təxəyyül prosesində nə qədər yeni surətlər yaratsa da heç bir şeyi özündən artırmır, yeni surətin ayrı-ayrı əlamət və ünsürlərini ancaq həyatdan götürür.

 

ŞƏRH YAZIN