Xüsusilə Sahibkarların Mütləq İzləməsi Lazım Olan 5 Film

0
3958
Xüsusilə Sahibkarların Mütləq İzləməsi Lazım Olan 5 Film

Kitablar, məqalələr, çıxışlar, televiziya şouları və filmlər yaradıcı fikirlər təşviq edərək  ilham verirlər. İlham almaq və yeni fikirlər əldə etmək  istəyirsinizsə partlamış qarğıdalınızı götürün, divanda oturun və bu filmləri izləyin:

1. Deli Man

Əyləncəli sənədli film olan Deli Man Amerikadakı dükanların 1930-cu illərdəki yüksəlişini izah edir.

Gruber xarizmatik və təsiredici bir insan. Film Gruberin işinə və müştərilərinə nə qədər önəm verdiyini göstərir. Enerjili və keyfiyyət düşkünü olan Gruber etdiyi işi və çərəz sektorunu çox sevir. Eyni zamanda müştərilərini çox sevir və onlara çox isti davranır və ən əhəmiyyətlisi də işçiləri ilə yaxından maraqlanır və onlara dəyər verir. Nəticə olaraq film edilən işə duyulan sevginin və bağlılığın vacibliyini göz önünə gətirir və nə istədiyini bilən insanların uğurlu olacağını göstərir.

2. Woman in Gold

Woman in Gold, yaşlı yəhudi bir qadının nasistlər tərəfindən ailəsindən alınan İncəsənət əsərlərini 50 il sonra geri qaytarmaq üçün apardığı mübarizədən bəhs edir. Qadın ailəsinə aid olan sənət əsərlərini geri ala bilmək üçün Avstriya hökumətinə qarşı uzun və çətin hüquq döyüşü başladır.

Film nə vaxt məğlub olmaq və nə zaman müqavimət göstərmək lazım olduğunu başa salır. Bu tarazlıq sahibkarların öyrənməsi və uyğunlaşması lazım olan ən çətin ünsürlərdən biridir.

Müvəffəqiyyətsiz olmaqdan qorxmayın - müvəffəqiyyətsiz olsanız, vəziyyəti qiymətləndirin və irəliləməyə davam edin. Unutmayın ki əsl uğur saysız çətinliklərdən və sıxıntılardan sonra gəlir. Əsas xarakterin ədalət üçün döyüşdüyü kimi bəzi döyüşlər çox uzun sürər.

3. The Wolf of Wall Street

Wolf of Wall Street, birja simsarı Jordan Belfortun iflasından və günahkar həyatından bəhs edir. Film, çılğın ofis həyatından narkotik istifadəsinə qədər işin dəbdəbəli və mənfi istiqamətlərini izah edir.

Xəsislik, hedonizm və saxtakarlıq bir yerə qədər cəlbedici gəlsə də sonunda müvəffəqiyyətsizliyə gətirib çıxarır. Həyatda və iş dünyasında müvəffəqiyyətli olmanın qısa yolları yoxdur. Sağlam dəyərlərə və əxlaq qaydalarına sahib olan bir işi böyütmək zaman tələb edir.

4. Boyhood

12 yaşındakı bir uşağın həyatından götürülən mövzu əsasında çəkilən film nümayiş etdirildikdən sonra xüsusi maraq və diqqətə nail oldu. Filmin ən mühüm xüsusiyyəti eyni aktyorun 12 illik böyümə müddətində filmdə rol almasıdır.

Seth Godin "Mor İnək" adlı kitabında belə yazır: "Bir inək gördüyünüzdə, bütün inəklərin necə olacağını bilirsiniz. Yaxşı, inəklərdən biri mor rəngsə? Mor inək olun. Həqiqətən nə istədiklərini anlamaq üçün insanların icazəsini alın".

Mor inəklər diqqət çəkmə və ünsiyyət qurma gücünə sahibdirlər. Fərqli olun və hərkəsin diqqətini cəlb edin.

5. The Queen

Queen, İngilis kral ailəsinin Şahzadə Diananın ölümünə verdiyi reaksiyanı və xalqa verdiyi cavabı izah edən bir film. Şahzadə Diananın ölümündən sonra Kraliça II Elizabethin rəsmi bir çıxış etməsi və kədərini ifadə etməsi gözlənildi ancaq Kraliça II Elizabeth ölümü şəxsi ailə məsələsi olaraq gördü və səssiz qalmağı üstün tutdu.

Kraliça II Elizabethin susqunluğu, soyuqqanlığı  media və ingilis xalqında təəcüb doğurdu. Kədərini bildirmək məqsədi ilə Buckingham və Kensington saraylarına gedən insanların sayı hər keçən gün artırdı. Baş nazirin  tövsiyəsi ilə Kraliça mətbuata açıqlama verdi  və xalqın gətirib qoyduğu çiçəkləri və hədiyyələri qəbul etmək üçün Buckingham və Kensington saraylarını ziyarət etdi.

Film nə qədər güclü olsanız olun, çətin zamanlarda digərlərini dinləmək və tövsiyələr almaq lazım olduğunu izah edir. Marka imajı bir işi ya iflasa, ya da inkişafa sürükləyər, lakin çətin zamanlarda bu imaj sınaqdan keçir. Xalqın nə dediyini dinləyin, etibar etdiyiniz insanların tövsiyələrini ağlınızda saxlayın və günün şərtlərinə uyğun gəlməyən ənənələri geridə buraxın.

 

Tərcümə etdi: Zülfiyyə Sərdarova

 

ŞƏRH YAZIN