Reiki necə kəşf edilib?

0
1246
Reiki necə kəşf edilib?

 Reiki min illər tarixi olan və ilk olaraq Tibetli lamaların RAKU- KEİ adı altında istifadə etdikləri bir müalicə metodudur. Bugünkü adı ilə Reiki Qərb dünyasına 1800-cü illərdə Dr. Mikao Usui adlı bir Yapon həkimin araşdırmaları və işıqlanması ilə daxil olub.


Dr. Mikao Usui Amerikada bir xristian universitetinin rəhbəri ikən bir tələbəsinin soruşduğu suala cavab verə bilməməsi həyatının dönüş nöqtəsi olur. 

Sual Buddha və İsanın xəstələri nə şəkildə müalicə edib, şəfa yaydıqları ilə əlaqədar idi.

Dr. Usui çalışdığı kürsüdən istefa edib, bu mövzunu araşdırmaq üçün Tibetə gedər. O, Buddist monastrlarındakı yazıları oxuya bilmək üçün Sanskrit dilini öyrənir. Yeddi il davam edən bir araşdırma nəticəsində, bəzi gizli simvollar tapır amma bu dəlillər tək başına yetərsizdir.

Usui ümidini itirmək üzrə ikən dostu olan bir rahibdən yardım istəyər. Baş rahib Usuiyə inziva yəni, təkliyi məsləhət görər. Rahibin məsləhəti ilə müqəddəs bir dağ olan Kori Yamada 21 günlük meditasiyaya başlayar. O, meditasiyanı reallaşdırır və abidə məzarında yazılanlara görə, bir aydınlanma və ya 'Satori' təcrübədən keçirir. Bu da onun Reikiyi inkişaf etdirməsinə yol açır. Həyatı boyunca beş dəfə meditasiya etmişdi. Maraqlısı budur ki, "Reiki" sözünün mənalarından biri "Bir işıqlanma anında gələn bir sistem"dir. İlkin olaraq, Usui sisteminə "əllə şəfa" və ya "əl tətbiqi" mənasını verən "teate" adını verdi. "Reiki" adı daha sonra yarandı. Yapon yazıçı Michio Kushi'yə görə, te - ate əsrlərdir tətbiq olunmaqda olan ənənəvi Yapon şəfa üsuludur. Bu hadisəni təqib edən Usui 7 il bir dilənçi şəfa ocağında çalışır və müalicə etdiyi dilənçiləri cəmiyyətə qazandırar. Lakin dilənçilər bir müddət sonra təkrar şəfa beşiyinə geri dönərlər. Onlar sağlam bir insan olaraq yaşamağın çox çətin olduğunu və xəstəliklərini geri istədiklərini söyləyərlər. Usui simptomatik terapiyanın sağlamlıq bəxş etmək olmadığını öyrənmişdir. İnsanlara xəstəliklərini müalicə edərkən bunların səbəblərini və müalicə edə bilmələrini öyrətməsi gərəkir. Şəfa beşiyini tərk edərək bu məlumatı yaya biləcək müəllimlər yetişdirməyə başlayır. On altı usta yetişdirər və həyata gözlərini yumar.

Reiki Qərbi mədəniyyəti tərəfindən mənimsənmiş və dünyada təxminən 2.000.000 insan tərəfindən istifadə edilən bir şəfa üsuludur. Qərbdə bir çox Reiki klinikaları var və Reiki alternativ tibbin əhəmiyyətli bir qolu olmuşdur. Faydasının çox açıq olması və şəfa təsirinin gözlə görülə bilər olması Reikidən yararlananların sayının hər gün artmasında çox əhəmiyyətli faktorlardır.

ŞƏRH YAZIN