Coca-Cola Yeni Qlobal Qablaşdırmalarını Baxın Necə Tanıtdı?

0
1801
Coca-Cola Yeni Qlobal Qablaşdırmalarını Baxın Necə Tanıtdı?

Ötən günlərdə Coca-Cola tək marka strategiyasından imtina edərək öz qablaşdırmasını yeniləməyi qərara aldı.

Qlobal miqyasda tətbiq olunacaq olan bu yeni paketlərin hamısı Coca-Cola imzasını və bəziləri də üzərində Dadına bax kompaniyasına məxsus olan xüsusi qırmızı disk daşıyacaqlar.

Bu yeni dizayn Coke,Diet Coke.Coke Zero adıyla ilk olaraq Argentinada tanıdılmışdır və bu da Coca-Cola Life üçün olduqca etibarlı olacaqdır.

May ayının ilk həftələri Meksikalı Coca-Cola sevərlər bir araya toplaşacaq və sonrasında 2016-2017 boyunca artıq bu yeni şüşələr ilə Cola istehlak  etməyə başlayacaqlar.

Şimali Amerikada Diet Cola böyük bir istehlak kütləsi olduğu üçün tək marka strategiyasına Diet Coke-da daxil edilmişdir.Coca-Cola-nın qocaman marketinq idarəçisi olan Marcos de Quinto:

-Qablaşdırma bizim üçün görünən və nəzərə çarpacaq dərəcədə əhəmiyyətlidir.Coca-Cola Red Disc isə bu markanın möhtəşəm dadı və sərinləşdirici ulduz elementidir.Bu yeni qablaşdırmanın tək marka strategiyasında yeni bir addım olacağı şəklində qiymətləndirmələr edilir.Quinto Ad Age-le bu ilin ilk aylarında apardığı reportajda:

Coca-Cola həmişə bir marka olaraq çox sevildi,amma bəzi vaxtlarda müştərilərimiz bu qədər şəkərin zərərli olduğunu və miqdarını azaltmağımızı istədilər.Diet Coke hər zaman Teylor Swift və digər moda dizaynerləri ilə xatırlandı,Cola Zero isə “NASCAR” və kollec basketbolu ilə…amma Coca-Cola hər kəs üçün…

Əslində Cola istehlakının 30-cu illərində qlobal miqyas alan bu markanın tək marka imicini gücləndirmək adına yeni qablaşdırma əməliyyatına başlamağının böyük bir iş olduğunu da unutmamaq lazımdır.

Marka özündəki bu yeniliyi Meksikadakı bir təqdimat günündə auditoriyaya çatdıraraq bunun şirkət üçün tarixi bir yenilik olduğunu da xüsusilə qeyd etdi.

Markaları dizayn məzmununda birləşdirmək 130 illik tariximizdə bir ilkə imza atmış olduq.

Coca-Cola Dadını çıxar kompaniyası ilə birlikdə tək adda birləşdirərək fikir qarışıqlığını aradan qaldırmağı qarşıya məqsəd qoyur.Bu kompaniya 195 bazar və 12 TV reklamı ilə qarşımızdadır.

 

Tərcümə etdi:Nəzrin Məmmədova

ŞƏRH YAZIN