Evinizin Bir Otağını Kirayə Verərək Pul Qazanın.

0
1941
Evinizin Bir Otağını Kirayə Verərək Pul Qazanın.

 Sərmayəniz yoxdursa və aylıq əlavə bir gəlir əldə etmək istəyirsinizsə sizin üçün mükəmməl bir fikrimiz var. Evinizin bir otağını yerli və xarici turistlərə təxmin edəməyəcəyiniz

miqdarda pullar qazana bilərsiniz. 

Amma təbii ki, bunun üçün əməl etməniz lazım olan bəzi qaydalar vardır.

Evinizi və ya evinizin bir otağını kirayə verərək pul qazanmaq mövzusunda istəklisinizsə yazımızı oxumağa davam edin. 

Otaq və ya ev kirayə vermənin üstünlükləri.

Həmən qazanmağa başlayın. Hər hansı bir sərmayə sərf etmədən, sadəcə örtükləri və dəsmalları təmizləyərək bu işə başlaya bilərsiniz. Zaman keçdikcə, bu fikir xoşunuza gedərsə 
evinizə daha gözəl əşyalar ala bilər və qiymətini artıra bilərsiniz. Sahib olduğunuz bir şeydən pul qazanmağınız gözəl bir haldır. 

Pul. Gələcək ay tətilə gedəcəyik və biri evimizi bir aylığına kirayələdi. Bu pul iki təyyarə biletini və tətil xərclərini qarşılamağa bəs edər. Nə qədər gözəldir. Biz tətilə gedərkən 
bir aylıq kirayəçi tapmağımız möcüzə kimi bir şeydir. Böyük şəhərdə yaşayırsızsa evinizi kirayə verməyiniz dha asan olacaqdır. 

Otaq və ya ev kirayə verməyin dezavantajları.

Məsafə ortadan qalxır. Qonaqlar bütün günü dincəlmək və heç bir şey etməmək istəyə bilərlər. Bütün günü ətrafınızda yadlar varkən romantik bir yemək yeyə bilməzsiniz, səssizcə
balkonunuzda otura bilməzsiniz, yəni qısacası özəl həyatınız olmaz.

Çox vaxtınızı apararlar. İnsanlar yad bir yerdə olduqlarında davamlı kömək istəyərlər, danışmaq istəyər və belkə də daha öncə 100 dəfə dinlədiyiniz bir hekayəni yenidən 
anlatmağa başlayarlar. Təmizlik işləri görməniz və çirkli qabları yumaq üçün onlardan sonra yatmanız və onlr səhər yeməyi istəmədən öncə qalxmağınız lazımdır.

İnsanlar sizi səyahət bələdçisi kimi görər. Getdiyiniz yerlərlə bağlı ipucları verməyi sevirəm, amma hadisə günlərini necə planlamaları lazım olduğu kimi kiçik ayrıntılara
girmək  olduğunda iş sıxıcı hala gəlməyə başlayar. 

Bəziləri 5 ulduzlu otel xidməti gözləyərlər. Bir ikili hər gün dörd yastığın və dəsmalların dəyişdirilməsini istəmişdi. Qaydalarınızı nizama salmanız və təmiz olmanız lazımdır.
Əlavə dəsmalları və yastıqlara fikrimə salmadım amma tam da yatmağa gedərkən istənməsi və təmizlik üçün daha çox zaman və pul xərcləməm qazancımı aşağı saldı.

Səmimi olmaq suistimala səbəb ola bilər. İnsanlara  gələn suyun təmiz olduğunu və istifadə edə biləcəklərini söyləsəniz, çöldən su almazlar və son damlasına qədər
istifadə edərlər. Qəhvə qabı versəniz və sırf bəyəndikləri üçün rəfədn sizin qəhvə qabınızı götürərlər. Hər şeyə məsafə qoymaq məcburiyyətindəsiniz. Sizin yeriniz hardadır,
onların yeri hara, nə yeyilə bilər, nə yeyilə bilməz və s.

Bir çox dəyərli əşyanız varsa biri bunları qıra bilər, təmizlik xəstəsisinizsə və ya başqalarının uşaqlarının ətrafınızda dolaşmasını istəmirsinizsə  evinizdəki otaqları 
kirayə vermək sizin üçün doğru bir seçim olmayacaqdır. Ancaq yenə də həll yolları vardır. Dəyərli əşyalarınızı qaldıra bilər və ya qonaqların giriş yerini ayıra biləsiniz.

Planlar dəyişəcəkdir. Qonaq etdiyim bir ikili bütün yeməklər bişirilmiş və hazırkən yeməyi təxirə salmışdı. Güclə gülümsədim və "canınız sağ olsun"  dedim. Amma onları o anda
boğmaq istəmişdim. Bir sonrakı səhər maşın istədiklərini söylədilər və maşınımı günorta saat ikiyə qədər kirayələdilər. Sonra isə saatdan kənara çıxdılar və günortadan sonra
5-də gəldilər. Çiyin ataraq "bilisizdə biraz gəzdik" dedilər və onlardan əlavə pul istədiyimdə etiraz etdilər. Bu insanlara gəlirinizi sıfırlaya bilər. Bu təcrübədən sonra tək seçim qiymətinizi
yüksəltməkdir. 

Bəzi insanlar yetişkin şəxslər olduqlarını unudaraq  düşüncəsizcə davranırlar. Bu halda mülkünüzə nə edə biləcəklərini düşünə bilirsiz? Gedərkən tuvalet kağızlarını belə 
götürənlər olur. 

Evimin bir otağından nə qədər pul qazana bilrəm?

Əslində nə qədər qazanacağınız yaşadığınız şəhərə, evinizin yerinə və vəziyyətinə görə fərqlilik göstərəcəkdir. Rəqəm vermək lazımdırsa, aylıq ortalama  250- 800 arasında 
dəyişəcəkdir. Bu rəqəm təmizlik və və digər xərclərinizi çixdıqdan sonrakı tam qazancınızdır. 

Ancaq bu növ kirayələmə  işlərinin qanuni anlamda  qarışıq sahə olduğunu unutmayın. Otel və ya sənədli bir müəssisə olmadığınız üçün qazancınızı xəbər verəcəyinizi 
öyrənməniz lazımdır. 

Necə kirayələyəcəksiniz?

Öncəliklə bir professional idarəçi olaraq düşünməli və hansı otağınızı və hansı qiymətə kirayə verəcəyinizə qərar verin. Kirayə verəcəyiniz otağa qərar verdikdən sonra
sıra gəlir müştəri axtarmağa. Bunun üçün yararlanacağınız en məşhur internet saytları airbnb, sahibindən və booking.com`dur. 

Daha çox pul qazanmaq üçün 

Əlavə xidmətlər təklif edərək qazancınızı artıra bilərsiniz. Qonaqlarınız üçün yemək hazırlaya biləcəyinizi söyləyərək bunun qarşılığında əlavə pul əldə edə bilərsiniz.
Eyni zamanda müştərilərinizə , əgər varsa maşınınızı kirayə verərək şəhəri gəzə biləcəklərini söyləyə bilərsiniz. 

Otağı ucuz kirayə verə bilər və əlavə şeylərdən pul ala bilərsiniz. Bir həftəliyinə yer kirayələyən bir iş adamının quru təmizləmə, yemək və hava limanına gedib gəlmə kimi əlavə
ehtiyacları ola bilər. 

Yeni il, bayramlar və digər uzun tətil günlərində qiymətlərinizi artıra bilərsiniz. 

Tərcümə edən: Yəhyalı Cəlalə
 

ŞƏRH YAZIN