Hər bir biznesmenin baxmalı olduğu beş film

0
2995
Hər bir biznesmenin baxmalı olduğu beş film

«Sosial şəbəkə» «Başlıca motivasiya» ilə bağlı vəsait kimi


Ötən il istehsal olunmuş bu film, investorlar, kiçik tərəfdaşlar, rəqiblər, hüquqşünaslar, işçilər həmçinin keçmiş rəfiqələr ilə bağlı münasibətlər haqqında çoxlu faydalı məsləhətlər verir.

Lakin onun biznes qarşısında ən layiqli xidməti – yeni dalğa biznes adamlarının psixologiyasını şifrələrini açmaq niyyətindədir. Ssenari müəllifi Aaron Sorkin və rejissor Devid Finçer, öz səylərini bir super qəhrəman üzərində cəmləmək əvəzinə, eyni zamanda üç personajın məntiqini diqqətlə izləyirlər. Tsukuberqin keçmiş silahdaşı  Eduardo Severin biznes ilə öz gəlirlərinin maksimallaşdırmaq naminə məşğul olur, sərfəli şərait düşəndə o mənfəət qazanmağa, çətin məqamlarda isə itkiyə yol verməməyə çalışır. “Napster”-in əsanı qoymuş, həmçinin gələcək Facebookun baş konsultantı Şon Parker dəb paradiqmasında düşünür, ona görə biznes olmaq-elə rok ulduzu olmaq deməkdir, o piar (PR), kokain və super modellərlə keçən əyləncə gecələrinə, həmçinin kollektivdə gözəl kompaniya abı-havasının yaranmasına xüsusi diqqət yetirir.

Və yalnız Mark Tsukuberq elə başlanğıcdan Facebooku nə varlanma, nə də əyləncə aləti kimi deyil, mütləq hakimiyyətin əsası qoymaq vasitəsi kimi istifadə edir. Yeni iqtisadi və sosial sistemin biznesi kimi, dünənki yeniyetmə-autsayder bu gün hər şeyin əsas qurucusu olacaq.  Lakin bu digər müvəffəqiyyət və  ya amerikan arzusu haqqında olan bayağı hekayələrdə kimi insan revanşizm ruhu ilə bağlı deyil, bu daha mürəkkəb bir motivasiyadır. Ola bilsin ki məhz bu ideya mediamaqnat Keyni ölümündən əvvəl Rosebud (qızılgül qönçəsi) sözünü tələffüz etməyə vadar etmişdir. Əgər elmdə “əsas kompetensiya” anlayışı vardısa, “əsas motivasiya” termini də gətirməyə ehtiyac vardımı, axı motivasiya istənilən bir proyektin əsas insani (bəzən də fövqəl-insani) gizli səbəbidir. Sosial şəbəkə filminə əsasən, eyni bir işdə əgər bütün digər xüsusiyyətlər bərabərdirsə, daha mürəkkəb dəyərlər sisteminə malik olan qalib gəlir, çünki bu sistem onu daima konsentrasiyada saxlamağa kömək edir. Emersonun dediyi kimi –”Qəhrəman odur ki, sarsılmaz şəkildə diqqətini bir nöqtədə cəmləyib”. Yəni hətta şiddətli arzu kimi belə bir abstrakt nüans əməlli başlı hiss ediləcək dərəcədə rəqib üstünlüyünə çevrilə bilər. Tsukuberqdə bağlı əhvalata gəldikdə isə, bu arzunu hamıdan qabaq çox uğurlu şəkildə gənc baş direktorlar epoxası yaxalaya bilmişdir. Yuxulu, lakin qorxudacaq dərəcədə aydın gözləri olan, ev paltarlarında olan bu direktorların vizit kartlarında  “I am CEO, bitch”  yazılıb. Tez bir zamanda varlanmaq və ya özlərinə münasib sosial status qazanmaq istəyən həmkarlara və rəqiblərə gəldikdə isə bu biznes kursu özünü doğrulmur; mədəni inflyasiya bu ideyaları artıq çoxdan dəyərdən salmışdır. Sosial statuslar isə çox tezliklə ümumiyyətlə yoxa çıxacaq, təkcə Facebook səhifələrində yazılmış statuslar qalacaq.

«Bir dəfə Amerikada» işgüzar adaptasiya ilə bağlı vəsait kimi

Amerika qanqster qrupları haqqında filmlər müntəzəm olaraq dünyanın işgüzar şəxsləri tərəfindən seyr edilən kino  xit paradları arasına daxil olur. Bu sıra da bir dəfə Amerikada filmini fərqləndirmək istərdik- bu film hər hansı bir təşkilati strukturun (nə olsun ki bu bir kriminal strukturdur) 30 il ərzində dəyişən iqtisadi, sosial, siyasi və texnoloji ortama adaptasiyasının maraqlı tədqiqatıdır. Bu kinoda qanqsterlər özləri də bilmədən əsl PEST-analiz ilə məşğul olur, bazar konyukturasından, rəqiblərin mövqeyindən və situasiyaya təsir etmə vasitələrinin mövcud olub-olmamasından asılı olaraq öz bizneslərinin konfiqurasiyasını dəyişir. Onlar adi küçə oğruları kimi başlayır, həmkarlar ittifaqlarının konfliktlərində qurbanlıq qoyun (yəni ölümə göndərilən əsgərlər kimi)  kimi iştirak edir, bank qarət edir, spirtli içki alveri ilə məşğul olur, sonra leqallaşır, siyasətdə kök salır və hətta şou biznesə də diqqət yetirirdilər. Tam uğur olması üçün isə bir az komanda quruculuğu (team building) çatışmırdı, Robert De Niro və Ceyms Vuds tandemi arasında həddindən çox konflikt var idi.

«Qlenqarri Qlen Ross» rəqabətlə bağlı vəsait kimi

Dramaturq və ssenarist Devid Mamet teatr və Hollivudda, təqribən Tom Vulfun ədəbiyyatda tutduğu qədər vacib mövqe tutur. Mamet kişi ambisiyaları, prinsipləri, qorxuları və bununla bağlı konfliktlər uydurmaq üzrə ustaddır. Onun «Qlenqarri Qlen Ross» pyesi daxili rəqabətin nəyə gətirib çıxarması haqqında çox tərəfli bir əhvalatdır. Ekranlaşmış versiyada isə hətta tamaşadan da daha çox enerji var: Al Paçino, Ed Harris, Kevin Speys və Cek Lemmonun ifasında canlandırılmış hər bir müştəri uğrunda bir-birilərinin boğazını çeynəməyə hazır olan realtorilərdən (daşınmaz əmlak satışı üzrə agentlərdən) daha təəssüratlı səhnə təsəvvür etmək mümkün deyil. «Qlenqarri Qlen Ross» dərs deməyi öyrədir və biznesin müvəffəqiyyətinə təsir edən bioloji amillər haqqında düşünməyə sövq edir.  Nəhayət filmdə güzəştsiz krizis-menecer rolunda Alek Bolduinin unudulmaz lider nitqi yer almışdır. Alek özünün 80 000 dollara aldığı BMW-də (söhbət 1992-ci ildən gedir) şirkətinin ən çox itki ilə işləyən şöbəsinə bəxtsizlik sindromuna düşmüş agentləri sirkələmək məqsədi ilə gəlmişdir. Onun iştirakı ilə olan epizodları mütləq qaydada biznes-məktəblərinin tələbələrinə göstərirlər.

«Burda siqaret çəkirlər» danışıqlar aparılması üzrə vəsait kimi

Tütün lobbistinin həyatından götürülmüş satirik bir hekayə. Guya ki, tütün tədqiqatı ilə məşğul olan müstəqil instituta işləyən baş qəhrəman canlı efirdə xərçəng xəstəliyindən əziyyətçəkən uşağa siqaret təklif edir, Hollivud prodüserlərini də inandırır ki, siqaretsiz kino, kino deyildir, siyasətçilərin ağız açıb danışa bilmədiyi debatlarda gurultulu çıxışlar edir, qiyam qaldırmış Malbro Kovboyu pul ilə satın alır, həmçinin böyük məharətlə bütün medianı manipulyasiya edir. 2005-ci ilə ekrana çıxmış film amerikan tütün şirkətlərinin mətbuat xidmətlərində yalnız gülüş tutmalarına səbəb oldu. Lakin filmin  əsasında dayanan Kristofer Baklinin kitabı isə 1994-cü ildə amerika cəmiyyətində böyük rezonans doğurmuşdu. Hətta bu rezonans şübhəli  «Don tütünü» reklamının bütün bloqer postlarında da miqyasına görə daha böyük olmuşdur. Film ciddi mükafatlara layiq görülmədi, lakin o, danışıqlar aparılması, personal brendinin tərtib olunması, bədnam qayıq diplomatiyası və açıq aşkar diplomat həyasızlığı barədə verilən əyani dərslərə görə PR-çılar arasında böyük sevgi qazanmışdır. Üstündən dörd il ötəndən sonra rejissor Ceyson Raytman karyera, pul və inandırma gücü haqqında daha bir film çəkdi. “Haradasa səmada” (Up in the air). Bu filmdə qüsursuz geyinmiş və möhtəşəm təbəssümlü Corc Kluni 2008-ci ilin böhranı ilə xəstələnmiş amerika ştatları ilə uçaraq insanlara işdən çıxardıldıqları barədə məlumat verir. O ixtisara düşmüş insanlara deyirdi ki, bu onların həyatının sonu yox, əksinə yeni bir başlanğıcdır. Qəhrəmanın işinin başlıca effektik göstərici isə özünü güllələmiş insanların sayı idi. İşdən çıxarılmalar arası fasilələr zamanı, yəni hər dəfə bir şəhərdən başqasına gedən qəhrəman işgüzar seminarlarda seyredicilərlə korporativ amerikanın  məftun edici sirlərini paylaşırdı.

«Selikon vadinin quldurları» startaplar (start-up) üçün vəsait kimi

Ötən il efirə çıxmış 90-cı illərdəki hadisələrlə bağlı sosial şəbəkə -nin fonunda “Quldurlar” Kapitan Kryuk və dəfinələr adası haqqındakı nağılı xatırladır. Inanmaq çətindir ki, iki botanikdən ibarət quldur dəstəsi (Qeyts və Cobs) öz evlərinin zirzəmilərində oturaraq, ən nəhəng İT –korporasiyaları qurmağa nail olublar.  Filmin yarısını özünü gah cizgi filmi, gah video-oyun personajı kimi aparan iki qəhrəmanın birdən birə kompromissiz və məğlubiyyətə qədər rəqabət aparan iş adamına çevrilməsinə inanmaq isə bundan da çətin görünür. Hansısa mənada Quldurlar böyük bir yalan massivinin ekranlaşmış versiyasıdır. Həm Cobs, həm də Qeyts öz şəxsiyyətlərini və öz bizneslərini ciddi–cəhdlə marketinq əfsanələri ilə əhatə edirdilər. Bu əfsanələr həm onları qoruyur, həm də eyni zamanda kompaniyanın kapitallaşmasını artırırdı. Hiperaktiv qəhrəmanları qızdırmaya salan şübhəli və xaotik informasiya axınları göründüyü kimi filmin xeyrinə işləyir.

Əgər kimsə Cobs və ya ən pis halda Qeyts olmaq istəyirsə, onda prosessor kimi düşünməli və informasiyanı sərt disk kimi yadda saxlamalıdır. Kino bununla yanaşı həmçinin digər faydalı dərslər də verir- bu sırada investorlar ilə münasibətlər, kollektivdə qeyri rəsmi liderlik, şəxsiyyətin və fəaliyyətin marketinq sintezinin vacibliyi və hətta korporativ casusluq haqda olan dərsləri qeyd etməyə dəyər.  Nəhayət, Stiv Cobsun bioqrafiyası mədəni background-un (keçmiş həyat təcrübəsinin) müəssisənin sonda uğur qazanmasında necə vacib rol oynaması izah edir. Stiv Cobsun uşaqlığı qarabasmalar ildə dolu 60-ci illərə təsadüf etmişdir, Apple-ın gələcək rəhbəri öz gəncliyini Hindistanda buddizmi dərk edərək keçirmişdir.  Biznesi onun sözlərinə inansaq o, “The Beatles” kvartetindən öyrənib. Stiv kolleci ataraq rok-ulduz bir qızla görüşməyə başlayıb. O video-oyunları çox qiymətləndirir və qarajda bəşəriyyətin gələcəyini proyektləşdirirdi. Özlərini tamamı ilə işə həsr edən adamlara bu məsələ, bir az qaranlıq görünə bilər, lakin Cobsun təcrübəsi inandırır: istənilən qəribə maraqlar, uşaq həyəcanlıqları, fəlsəfi baxışlar, sosial əhatə və mədəni baqaj uğurun yaranmasında intellekt və nizam-intizamın oynadığı qədər vacib rol oynayır və müvəffəqiyyəti yaradan laylardan hesab olunur.  Belə görünür ki, bütün bunlar yaxşı kinolara daha çox baxmağa əsas verir.
 

ŞƏRH YAZIN