İnternet Saytlarından Pul Qazanmağın 10 Yolu.

0
2280
İnternet Saytlarından Pul Qazanmağın 10 Yolu.

İnternet saytlarından necə pul qazanılacağını öyrənməyə hazır olun. İnsanların bir çoxu internet saytlarından pul qazanmaq istəyir, lakin bunu necə həyata keçirəcəyinizi bilmirsinizsə doğru yerdəsiniz. 


İnternet saytınızın böyüklüyünə, yeniliyinə, seçdiyiniz məzmun və hədəflərinizə bağlı olaraq bu sualın cavabı dəyişir. İnternetdən pul qazanmağın müxtəlif yolları vardır və
məqaləni oxumağa davam edərək hansı texnikanın sizin üçün uyğun olduğunu  müəyyənləşdirə bilərsiniz. 

İllərdir təcrübədən keçən bir sürü yol vardır. Bu istiqamətlərdən bəziləri işə yarayarkən, bəziləri də boşa vaxt itirməyinizə səbəb olur. Bir şey sınadınızsa və işə yaramadısa o işi tərk edin. Online işlərdə uğursuz olan bir çox insan vardır. Bunun səbəbi internet saytlarının və ya fikirlərinin pis olması deyil, mübarizəni tez buraxmalarıdır. 

Unutmayın ki, yaxşı şeylər çox zaman alar.

Budur sizlərə internet saytınızdan pul qazanmağın yolları:

1-Reklam sahəsi satın.

İnternet saytlarına reklam yerləşdirmək internet saytlarından pul qazanmağın ən çox yayılmış yollarından biridir və fərqli yoları vardır.

Reklam sahəsi satmaq istəyirsinizsə saytınıza hakim olmağınız lazımdır, çünki reklamları saytınızda yerləşdirəcəyiniz bölgələrə bağlı olaraq ayda 20 və 300 manat arasında pul qazanırsınız. Saytınız tıxac alırsa, və ya sektorda köklü bir internet saytınız varsa kiçik bir reklam sahəsini mümkün olan ən yüksək qiymətdən satmağa çalışın. 

Avantajları
Etibarlı gəlir imkanı təqdim edər
Az bir səylə pul qazana bilərsiniz
Sektordakı digər insanlarla əlaqə qurmaq üçün mükəmməl bir yoldur.

Dezavantajları
İstifadəçi təcrübəsini ortadan qaldırır
Aylıq bir qiymət müəyyənləşdirdinizsə işiniz iki qatına çıxsa belə daha artıq pul qazana bilməzsiniz. 
Reklamçılar gələr gedər və buna görə də düzənləmə, əlavə etmək, silmə və daha çox reklamçı tapmaq üçün zaman sərf etməyiniz lazımdır.

2-Satış xidmətləri.

Satış xidmətləri pul qazana biləcəyiniz ən məşhur yollardan biridir və insanların blog açmasının ən çox yayılmış səbəblərindən biridir. Daha çox müştəri cəlb etmək üçün daha çox yol almağınız lazımdır və bloglar bunun üçün ideal variantdır. 

Blogunuzda reklam satmağa başlamanın ən asan yolu WordPress içində yeni bir səhifə açmaq və bu səhifəyə "reklam" adı verməkdir. Bu hissəyə xidmətlərinizlə bağlı məlumatlar daxil edin və "indi al" düyməsini əlavə edin.

Avantajları.
Sürətli geri dönüşlər alarsınız, insanlar blogunuzu fərq edər və daha artığını istəyər
Olduqca gəlirlidir
Asandır
Geri ödənişlər aşağıdır.

Dezavantajları.
Pulu almaq vaxt aparır
Müştərilər hər zaman haqlıdır (bunun doğru olmadığnı bilsək belə)
Heç müştərinizin olmadığı zamanlar da olacaqdır.

3-E-poçtlsr toplayın və satın.

Ən fovarit yollardan biri budur, çünki olduqca güclüdür.

E-poçt siyahısı yaratmaq sizə pul qazandırır. Sağlam bir marka yaratmağınızı və təbii ki, ziyarətçilərin təkrar-təkrar satınızı ziyarət etməsini təmin edər. 

Populyar istiqamətlərdən biri "squeeze page" proqramıdır. "Sdueeze page" mümkün izləyicilərdən icazə alaraq e-poçt adresi toplamaq üçün dizaynlaşdırılmış bir hədəf səhifədir.Squeeze pagenin məqsədi e-poçt listinizə daha çox istifadəçinin qatılmasıdır. Həyacan verici bir squeeze page yaratmaq istəyirsinizsə Optimizepress`i araşdıra bilərsiniz.

E-poçt bazarlama üçün əvvəlcə Aweber hesabı açmalısınız.
Avantajları.
Bazarlamanın ən şaquli yollarından biridir.
Bir e-poçt sizə minlər qazandıra bilər
Asan və sadədir.

Dezavantajları.
Promosyonların izləyicilər üzərində neqativ təsiri ola bilər
Hər zaman potensial  müştəri namizədləri yaratmağınız lazımdır.
Ziyarətçilər gələr gedər.

4-Affiliate (satış ortağı) olaraq məhsul təəqdimatı edin.

Ən populyar seçimlərdən biri də məhsul təqdimatıdır.

E-poçt bazarlama və affiliate məhsulların təqdimatını edən bannerlər bir yerə yığısanda möhtəşəm nəticələr  ortaya çıxar. 

İnternet saytınız üçün məhsul tapmağın bir sürü yolu vardır. Xticarətə üzv olaraq satış ortaqlığına başlaya bilərsiniz.

Avantajları
Böyük pullar qazana bilərsiniz
Təqdimatları doğru etsəniz geri dönüşlər yüksək olur.

Dezavantajları
Qazanca qarantiya verilmir. Bir ay 40 manat da qazanarsınız, sonrakı ay isə 400 manat da qazana bilərsiniz
Hər zaman təqdimatı ediləcək məhsullar tapmalısınız.

5-Üzvlük saytı və ya şəxsi mzəmunlu təqdimat.

Bu texnika hər keçən gün daha da məşhurlaşır.

Xüsusi içəriklər üçün ödəniş edən izləyicilər vardır. Adətən izləyicilərin diqqətini çəkən pulsuz bir məzmun olur və məzmunla bağlı daha artıq məlumat almaq istəyən izləyicilər buməzmun üçün pul ödəyirlər. PSDtuts bunun ən yaxşı örnəklərindən biridr. İzləyicilər Photoshop proqramı ilə bağlı pulsuz videolar izləyir. Daha sonra photoshop məlumataları və peşəkar müəllimlər görmək üçün üzvlüklərini yüksəltmələri lazım gəlir.

Avantajları.
Aydan aya davamlı gəlir və pul qazanmaq imkanı
Qurulumu hazırlayın və unudun
Satış ortaqları yolunuzu genişləndirəcəkdir.

Dezavantajları.
Quruluş müddətində çox çalışmağınız lazım gələcək
Daha artıq mövzu yayınlamaq üçün dayanmadan işləməyiniz lazımdır. 

6-Öz digital məhsulunuzu yaradın və satın.

Şəxsi məhsulunu hazırlayan insan sayı hər keçən gün artmaqdadır. Bir məhsul yaratmağın ən asan yolu hər hansı bir mövzuyla bğlı 30+ səhifəlik bir word sənədi hazırlamaq, bu sənədi PDF`yə çevirmək və satmaqdır. 

Əvvəlcə insanların maraqlandıqları və haqqında məlumat almaq sitədikləri mövzular tapın. Daha sonra məhsul yaradın və bu məhsulu satın.

Başlanğıcda məqsədiniz kiçik bir miqdar qazanmaqdırsa, xidmət satışları üçün PayPal kimi ödəmə sistemlərini istifadə etməyinizi tövsiyyə edirik. İşləri böyütdükdən və daha çox satış etməyə başladıqdan sonra bütün sifarişləri həll edən və satış ortaqlarınızın olmasına icazə verən Clickbankı`dan istifadə edin.

Avantajları.
Affiliate`lər (satış ortaqları) işinizi asanlaşdıracaqdır
Affiliate`lər (satış ortaqları) sayəsində passiv gəliriniz olacaqdır
Marka yaratmaq üçün mükəmməl bir fürsətdir
Böyük qazanc qaynağıdır.

Dezavantajları.
Quruluş zaman alacaqdır.

7-Məzmun siyahıları satın.

Bu texnika çox yayılmasa da yaxın zamanda məşhurlaşacağını düşünürük.

Bizdən soruşacaq olsanız bu reklam satmağın ən ağıllı yollarından biridir. İnternet saytınızın kənar hissəsinə reklam qoymaq yerinə sektordakı fərqli şirkətlərin və internet saytlarının linklərinin yer aldığı bir siyahı yerləşdirə bilərsiniz. Məsəl üçün, aylıq ödəniş alacaqsınızsa və listdə 1000 nəfər varsa, aylıq gəlir 3 manat tələb edir və 3000 manat qazanırsınız.

Avantajları.
Olduqca gəlirlidir
Oxuyucular üçün faydalıdır
Fərqli bir iş görmək diqqət çəkməyinizə imkan yaradar
Hardasa qarantili gəlir fürsəti təqdim edər.

Dezavantajları.
Quruluş mailiyyətlidir
Daha kiçik internet saytlarında işə yaramaz.

8-Web seminarlar hazırlayın və bir şeylər satın.

Həftədə br dəfə pulsuz web seminarlar hazırlayın və daha sonrakı seminarları pulla satın. Web seminar ardıcıllığını tamamladıqdan sonra əlinizdə bir məhsul olacaqdır və bu məhsulu  sata bilərsiniz.

Avantajları.
Yüksək qiymətlidir, müştəri sayı azdır
Oxuyucular sizinlə əlaqə qurmaq istə bilər
Məhsul alanlar üçün olduqca faydalıdır
Öyrətməyin ən təsirli yollarından biridir.

Dezavantajları.
Canlı seminarlar hazırlasanız pula çevirmək vaxt aparacaqdır
Qeydiyyata ödəniş etməniz lazım gələcəkdir
İnsanların müəyyən saatlara uyğun olması lazımdır və fərqli zaman sərhədlərini uyğunlaşdırmaq çətindir.

9-Kitab yayınlayın.

İnsanların bir çoxu hədəf kütləsi olmasa belə kitab yazmaq istəyər.

Bir blog açmaq marka yaratmağınıza, sektordakı digər insanlarla təmas qurmağınıza, insanların nələri oxumaqdan zövq aldığını və daha da önəmlisi insanların nələrdən xoşları gəlmədiyini başa düşməyinizə kömək edəcəkdir.

Kitab çıxartmağın fərqli bir çox yolu vardır. İnsanların çoxu kitablarını özləri çap etdirir, lakin uğur qazanmış bir blogunuz varsa yayınçılar sizi tapa bilər. Blogu olan bir tanışınız varsa və kitab yayınlamağı fikirəşirsə, bu insana yardımçı olun ki, daha sonra bu insan da sizə kömək etsin. 

Avantajları.
Subyektiv olaraq tanınmağınızı təmin edər
Uzun müddətli qazanc təmin edər
Tədbirlərdə nitq söyləməklə pul qazana bilərsiniz.

Dezavantajları.
Xəyali yazınız varsa bahalı olacaqdır və ya zaman alacaqdır.
Öz-özünə çox pul qazandırmaz.

10-Canlı təlimlər və workshoplar hazırlayın.

Eynilə məsləhət vermək  və xidmət göstərmək kimi blogunuzda canlı təlimlər, workshoplar və seminarlar sata bilərsiniz.

Workshop hazırlamaq demək oxuyucuların sizdən bir şey öyrənməsi mənasına gəlir. Bu olduqca çəkici bir təklifdir və və insanlar bunun üçün böyük pullar ödəməyə razı
olurlar.

Sadəcə biletdən pul qazana bilməzsiniz. Bundan başqa gələcək workshop satışlarından da qazanc əldə edəcəksiniz. 

Etkinlik hazırlamaq (tədbir) gözünüzü qorxuda bilər, lakin sandığınız qədər çətin deyildir. Bir otellə görüşün, konfrans salonu üçün rearvasyon etdirin, blog yazısı hazırlayın və e-mail adresinizdəki hər kəsə bu yazını göndərin.

Avantajları.
Bir sürü pul qazana bilərsiniz
Məhsula çevirə bilərsiniz
İnsanlar nitq söyləməniz üçün sizi etkinliklərə dəvət edə bilər və bu sayədə öz məhsullarınızı sata bilərsiniz. 

Dezavantajları.
Zaman alır
Satış aparmaq bəzən çətin olur
İlk dəfə məşğul olanlar üçün stresslidir.

Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN