Network Marketing İlə Pul Qazanmaq.

0
6094
Network Marketing İlə Pul Qazanmaq.

Bir zamanlar network marketingin pis bir şöhrəti var idi və insanlar bu proqramlardan keçici bir xəstəlikmiş kimi uzaq durarlardı. Zaman dəyişdi və bu fikirlər yeniləndi. 

Hal-hazırda ən uğurlu müəssisələrdən bəziləri network marketing konseptləri qurmaqdadırlar. Və internet reklamlarının üstünlüklərini də hesaba alsanız nəyə görə insanların
online olaraq pul qazanmaq üçün netüork marketingə dönüş etdiyini başa düşəcəksiniz. 
 
Network marketing ilə necə pul qazanmaq olar?
 
Network marketing ilə 2 şəkildə pul qazana bilərsiniz: 1-ci istehsalçının məhsullarının təqdimatından, 2-ci şirkətə qazandırdığınız insanlar üzərindən satış faizi ala bilərsiniz. Nə 
qədər çox insanı üzv edərsəniz və ətrafınızı nə qədər çox genişləndirsəniz o qədər çox pul qazanarsınız. 
İnternetin olmadığı vaxtlarda bu network marketing proqramlarının bir çoxu sadəcə üzv sayını artırmağa yönəlmişdi və şirkətə yeni üzvlər gətirdiyinizdə ödəniş alırdınız. Heç kim
məhsulların satılmasına yönəlmirdi. Nəticədə bu şirkətlər satış olmadığı üçün iş görməməyə başladılar və reallıq budur ki, sadəcə ən başda olanlar pul qazandılar.
 
Sizin də network marketing  sisteminə qarşı bir növ qorxularınız ola bilər. Məsələn, marağınızı çəkən bir network marketing imkanının qanuni və iş görmək üçün qazanclı bir yol 
olub-olmadığından əmin olmaya bilərsiniz. Əslində sizin də tanıdığınız bir neçə ad vardır. Məsələn, Avon, network marketing iş modelini ən yaxşı şəkildə istifadə edən firmalardan
biridir. Oxşar şəkildə Herbalife, Oriflame, Huncalife, Farmasi və başqa minlərcə tanınmış adlar vardır. Və bütün bu işlər online olaraq idarə edilir. 
 
Network marketing şirkətlərinin bir çoxu internet təqdimatları və reklamları ilə tanınmışdır. Təhsil vəsaitlərinin və məhsul paketləri ilə bərabər sizin üçün bir internet saytı 
açarlar və necə istifadə edəcəyinizi göstərərlər. Bununla birlikdə sadəcə internet saytı ilə uğur qazanmağı qarantiləyə bilməzsiniz. 
 
Bir çox vəziyyətdə sizi üzv edən insan spesifik işlərlə bağlı internet cədvəli hazırlamağınıza kömək etmək üçün sizi istiqamətləndirər və təlim keçər. Ancaq satışları artırmaq və 
daha çox üzv tapmaq üçün bəzi şeyləri özünüz bacarmalısınız. 
 
Network marketing ilə pul qazanmağın yolları
 
Şəxsi bloqunuzu açın: internet saytınıza bağlı bir bloqunuz yoxdursa, açmanız yaxçı olacaqdır. Oxuyucularınıza məhsulların istifadə edilməsi ilə əlaqədar ipucları və tövsiyyələr
verin. Eyni zamanda bloqunuzu yeni üzvlər tapmaq və ətrafınızı genişləndirmək üçün istifadə edin. Blog açmağın ən böyük avantajlarından biri oxuyucularla təmas qurmağınıza
və daha güclü bağlar  yaratmağınıza köməkçi olmasıdır. Bu sayədə satışlararınız artar. 
 
Sosial paylaşım saytlarına üzv olun: Facebook və Twitter istifadə etmək hardasa məcburidir. Çünki əksəriyyət insanlar sosial paylaşım saytlarından istifadə etməkdədirlər. Özünüzə
aid bir hesab və ya fan səhifəsi açın və insanlarla əlaqə qurmağa başlayın. Online olaraq çalışırsınızsa ya məhsullarınızı istifadə edəcək, ya da məhsullarınızı satacaq insanlar
tapmağa diqqətinizi yönləndirin. 
 
E-mail siyahısı yaradın: Blog və ya internet saytı açdıqdan sonra e-mail listi yaratmalısınız. Məhsul satışlarından və yeni üzvlər üzərindən pul qazanacağınız üçün iki siyahı
hazırlaya bilərsiniz. Bu sayədə hər iki qrupa da fərqli məlumatlar göndərə bilərsiniz. Yəni bir insan saytınızı ziyarət edə və maraqlana bilər, lakin tam olaraq əmin olaya bilər.
Bu insanların adlarını e-mail listinizə əlavə edə bilsəniz şirkətinizin avantajları və qatılmağa qərar verərsə nə cür köməklər təqdim edəcəyinizləə bağlı e-maillər göndərə
bilərsiniz. 
 
Online network marketing imkanları tapmaq olduqca asandır. Axtarış etdiyinizdə onlarla nəticə ilə qarşılaşa bilərsiniz. Bəziləri digərlərinə görə daha yaxşıdır, lakin bu cür online
saytlarla işləməyin ən böyük üstünlüklərindən biri işinizi evinizdən və komputer başından idarə edəcək olmanızdır. Online network marketing pul qazanmaq etibarlıdır və şəxsi 
online imperatorluğunuzu asan bir şəkildə qura bilərsiniz.
 
Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN