Sərmayəsiz İş Necə Qurulur?

0
2768
Sərmayəsiz İş Necə Qurulur?

Öz işinizi qurmaq və ayaqda saxlamaq rifah içində yaşamaq üçün ən yaxşı yoldur. Çətin bir yoldur, lakin bunu bacaran çoxlu insanlar vardır.


Yeni bir iş qurarkən hər zaman pula ehtiyac olduğu haqqında yanlış bir düşüncə vardır. Bu məqalənin məqsədi bu düşüncənin yanlışlığını göstərmək və sərmayəsiz iş qurmaq
istəyənlərə yardımçı olmaqdır. 
Hər şeydən əvvəl düzgün məlumat yığımına sahib olmalı və səbrli davranmalısınız.  Ən önəmlisi də bu işinizə inanmalı və özünüzü işə verməlisiniz.

Sərmayəsiz iş necə qurulur?

1-İstəyinizi və qərarlılığınızı artırın. Qərarlılıq ayrıca bir faktordur. İstək qərarlılığı qüvvətləndirir. Həyacan duyduğunuz sahələri müəyyənləşdirin. Çalışmalarla, təhsil 
kurslarıyla, bilik və bacarıqlarla bağlı praktik işlərlə həyacan duyduğunuz sahədəki bacarıqlarınızı inkişaf etdirin.

2-Özünüzü yenidən kəşf etməyə hazırlaşın. Özünüzü yenidən kəşf edərkən obyektiv olmanız lazımdır. Mücadələ aparacağınız sahədə fəaliyyət göstərmək üçün düzgün təhsili 
yaxalamağınız lazımdır. Qısa müddətdə zamana, iqtisadi şərtlərə və istifadəçi tələblərinə ayaq uydurmaq üçün bir işi buraxıb digərinə keçməniz lazım ola bilər. 

3-Fikirlərinizi inkişaf etdirmək üçün fikirlərinizin üzərində yoxlamalar aparın. Bütün təşəbbüslərdə yola çıxmadan öncə hazırlıq və planlama aparmaq həyati önəm daşıyır. 
İdarə etmə planları inkişafınıza yardımçı olacaq olan  sənədlərdir. Bir dənə qaralama hazırlayın və bir il içində görməməzlikdən gəlin. Açmış olduğunuz ticari təşəbbüsünüzün
yerinə yetirilmiş halı ilə orjinal iş planınızı qarşılaşdırın və daha sonra planı yenidən düzənləyin. İldə bir dəfə irəli istiqamətlənmiş bu təcrübəni həyata küçirin.

4-İşinizi hal-hazırda digər bir yerdə çalışırkən qurun. Təşəbbüskarların 90%-i qurduqları yeni işlərində uğur qazananadək çalışdıqarı işi atmazlar. Öncəliklə ticarət etmənizə
mane olan heç bir iş müqaviləsinə imza atmmayın. Yetərli bilik və təcrübə sahibi olduqdan sonra tam günlük işçilikdən eyni sektorda və hətta eyni firmada qalaraq məsləhətçiliyə
(danışmalığa) keçin. Bu şəkildə alışdığınız çalışma yerindən özünüzü çıxara bilərsiniz və bu da sizə yumşaq eniş etmək imkanı verəcəkdir. Həm duyğularınızı, həm də zehninizi
rahatlata bilərsiniz. Eyni zamanda iş fürsətlərini inkişaf etdirməniz üçün zaman mövzusunda sizə ayrlcalıq ediləcək və ticarətiniz baxımından həyati önəmi olan ilk ilinizdə
iş fikirlərinizi pulunuza elə də çox təsir etmədən test etmə imkanı olacaqdır.

5-Fəaliyyət göstərməyi düşündüyünüz sahədə uğurlu ola bilmək üçün lazım olan bacarıqları qazanmanız lazımdır. Bu bacarıqları inkişaf etdirmənizə köməkçi olacaq ən az 
xərcli fürsətləri araşdırın. Təhsil qurumlari ilə və ya firmalarla ən xeyirli anlaşmanı etmənin yollarını tapın. Təhsil xərcini xidmət bitimində ödəyin. Nəticədə hamınız nəticə
yönümlü bir cəmiyyətdə yaşayırıq.

6-Unutmayın ən önəmlisi müştərilərdir. Hər zaman müştərilərin nə istədiyini anlamağa çalışın. İstəklərini ən yaxşı səkildə qarşılayın. Bütün müəssisələrin yönəlmələri lazım olan 
əsas məsələ müştəri məmmuniyyətidir. 

7-Yaradıcılığınızın pulla yer dəyişdirməsinə icazə verin. Özünüzə qayıdın. Nağd ehtiyacınızı minimuma endirin və qazancınızı gücləndirin. Yaradıcı fikirlər və konspektlər 
yaradaraq və həyata keçirərək satış fəaliyyətlərinizi agressiv şəkildə artırın. Hər zaman böyük düşünün.  Məqsədləriniz istiqamətində böyük addımlar atın və bacarana qədər 
çalışın.

8-Unutmayın, sizin ən yaxşı işçiniz sizsiniz. Kiçikədn başlayın və başlanğıcda xərc etməyin. İnsanlara etdiyiniz xərcin gəlirini sığortalamadıqca onlara qarşı ehtiyyatlı olun. 
Maaşlar adətən bütün müəssisələrdə ən böyük xərclər arasındadır. Başlanğıcda və müəssisənizin yaşam sürəci boyunca mailliyyətləri mümkün olduğu qədər aşağı 
tutmağa çalışın. 
 
9-Ailənizi işin içənə daxil edin. Uğurunuza onlarım da daxil edin. Etməyi planladıqlarınız haqqında ailənizin də sizinlə eyni fikirdə olduğundan əmin olun. Bu mövzu önəmlidir,
çünki bunlara həyata keçirmək üçün ailənizin zamanını, pulunu, sağlığını və mücadələsini istifadə edəcəksiniz. Ailə yaşamınızı təhlükəyə atmamaq üçün ailənizlə iş qaydalarını
müəyyən edin və qəbul edilən planlara sadiq qalın. Hər şeyə rəğmən ailə işi görmək əyləncəlidir, lakin özünüzü ailənizdən ayırarsızsa hadisələr əks tərəfə doğru gedəcəkdir.

10-Ortaq işləri mümkün olduğunca əngəlləməyə çalışın. İnsanlarla fərqli şəkillərdə ortaq ola bilərsiniz, lakin  bu sahədə heç bir sənədin altına imza atmayın. Ortaq sözünü istifadə 
edərkən çox diqqətli olun.

11-Eviniz varsa burası sizin ilk ofisiniz olamlıdır. Evinizin kitablara ayırdığınız bölümünü təxirə salın və buradan istifadə edin. Başqa bir yerə kirayə olaraq ödəyəcəyiniz pulu
da sənədlərinizi hazırlamaq üçün istifadə edə bilərsiniz. 

12-Barter bacarığınızı inkişaf etdirin. Barter, bir firmanın satın aldığı mal və xidmətin qarşılığını öz yaratdığı mal və xidmətlə geri ödəməsidir. Əgər bu sistem işə yaramazsa
bazarlıq etməyi yoxlayın. Özünüzə güvəndiyiniz və işin ustalığını bildiyiniz halda başarılı olacaqsınız. Qanuni haqlarınızı qoruyaraq risk alın. Nəticələr sizi olduqca təəccübləndirə
bilər.

13-Rəqiblərinizə görə daha çox endirim edin və daha yaxşı pul qarşılıqları təklif edin. Pul danışır. İstifadəçilər verdikləri pulun qarşılığını istərlər və dolandırılma fikrindən
nifrət edərlər. Sözlərinizin üstündə durun və yanlıç reklamlarla müştərilərinizi aldatmağa çalışmayın. Egər bunu edərsizsə, ən qısa zamanda iflas edə bilər və etibarınızı itirə 
bilərsiniz. Bu səbəblə də qərar verərkən gəlir markanızı qoruduğunuzdan əmin olun. 

14-Pulunuzun olmamasını çox çalışaraq məğlub edin. Əgər gördüyünüz işdən zövq alırsınızsa, saatlarca işinizlə məşğul olmaq sizə əyləncəli gələcəkdir və bunu sevə-sevə
edəcəksiniz. Daha artıq gəlir əldə edə bilmək üçün xoşunuz gəlməyən bir işi görmək məcburiyyətində qalsanız və bunu etmək sizin vaxtınızı alırsa stress səviyyənizi çox diqqətli
idarə etməniz vacibdir. Pul qazanmağa başlamadan öncə və ya həyacan duyduğunuz təşəbbüsə başlamadan əvvəl əhvalınız pozulur və stressə düşərsiniz. Təkrardan maaşla
işləmək məcburiyyətində qala bilərsiniz.

15-Haqqlarınızı bilin. Ticarət hüququ ilə bağlı, xüsusilə də müqavilə hüququ və ölkənin qanunları ilə əlaqədar sağlam biliyiniz olsun. Sizi tez bir zamanda iflasa apara
biləcək hüquqa qarşı ən sadə vəziyyətdə belə hüquq məsləhətçinizi çağırın. Pulunuzu könülsüzcə vermək istəmirsinizsə ən qısa zamanda bu mözudakı bilik və bacarıqlarınızı
inkişaf etdirin.

16-Fiziki, mənəvi və emosional vəziyyətinizə diqqət edin. Əgər sağlıq vəziyyətiniz pozularsa, hər şeyi itirərsiniz. Sağlam bir vücud, beyin və ruh (hisslərimiz də daxil)  uğurlu
olmanızda həyati önəm daşıyır. Gəlirinizi itirmə ehtimalına qarşı sərbəst peşə sahibi olan insanların etdiyi sığortalardan yararlanın. İnancınızı qoruyun, çünki həyatda qala
bilmək üçün ruhunuzun güclü olması lazımdır. 

17-Tarazlığınızı saxlayın. Həyatınızı bu tarzalıqda yaşayın. Tarazlığınızı və baxış bucağınızı itirdiyiniz zaman əvvəl-axır gücünüzü itirəcəksiniz və bir daha risk ala bilməzsiniz. 
Yuxularınızı qaçırmayın. Buna əlavə olaraq performansınızı artırmaq üçün dərman istifadə etmək pis fikirdir. Tarazlığınızı pozar və məntiqsiz, duyğusal qərarlar verməyinizə
səbəb olar ki, bu vəziyyət işiniz üçün heç də yaxşı olmaz.

Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN