Sərmayəsiz Online Satışla Məşğul Olmaq İstəyənlər Üçün Örnək Uğur Hekayələri.

0
2143
Sərmayəsiz Online Satışla Məşğul Olmaq İstəyənlər Üçün Örnək Uğur Hekayələri.

Online satış işinə başlamağı düşünən insanların çoxu özlərinə tamamilə müstəqillik qazandıracaq həyacan verici bir məhsulu satmağın xəyalını qurarlar. 

Bəs bu insanlara nə olur?
Nə satacaqları ilə əlaqədar heç bir fikirləri yoxdur.
Uğursuzluq qorxusu addım atmalarının qarşısını alar.
Bir fikirləri var amma sonrakı addımın nə olduğunu bilməzlər. 
 
Bunlar sizə də tanış gəlir? Narahat olmayın. Sizə bir  neçə önəmli bilgilər verəcəyik və özünüzün online ticarət işlərini yaradan yaxın ətrafımızdakı iki gəncinin hekayələrini
danışacayıq. 
 
Əvvəlcə 1-ci gəncimizdən bəhs edək.
 
Hansı növ problemlə qarşılaşdınız?
Bir gün belimi əzdim və reabilitasiya əsnasında yaxşı bir postürün nə qədər önəmli olduğunu anladım. Mühəndis olduğum və bütün günü ofis stulunda oturduğum üçün özümə
bir alət düzəltməyə qərar verdim. Alətin faydasını görüncə başqa insanların da faydalanmasını istədim.
Bu alət duruş pozuntularının qarşısını alır və bütün günü stulda otursanız belə beliniz zərər görmür. 
 
İnsanların məhsulunuzu almaq istəyib istəmədiyini necə müəyyən etdiniz?
Asan. Aləti düzəltmədən öncə insanlardan fikrimlə bağlı cavab aldım. Ön satış məhsulunuzla əlaqədar həqiqi tələbi görmək və finansal riskləri minimuma endirmək üçün
istifadə olunan güclü bir strategiyadır. Bununla birlikdə mənim alətimin qabiliyyətinin insanların sağlamlığına faydalı ola biləcəyi ilə bağlı bir inamım vardı, çünki ilk 
müştəri mən idim. 
 
Bir çox insan ebay kimi saytları araşdırmaq üçün vaxt itirir, bazar araşdırması edir və satmaq istədikləri məhsulu insanların alıb almadığını izləyir. Ön satış bu cür 
versiyaların azalmasına köməkçi olur və daha sürətli irəliləmənizə imkan yaradır. 
 
Məhsulunuzun ilk versiyasını necə yaratdınız?
Mənim məhsulum postürlə əlaqəli idi və masajistim onurğamı yumşaq bir yerin əşyanın üzərinə yaslamağımı söyləmişdi. Bunu etdiyimdə çiyinlərimin nə qədər  rahatladığı
ilə əlaqəli bəzi ölçmələr apardım. Dəmir bir mişar aldım və sınaqlara başladım. Qısa xülasə keçsək ilk protitipdə uğurlu ola bilmədim. Əksinə ilk müştərilərimdən 
birinin miqreninin tutmasına belə gətirib çıxardı (gözlədiyim təsir deyildi). Bu nöqtədə əl çəkmək daha asan olardı amma uğurun bir anda gəlməyəcəyini bilirdim. 
 
İnsanların çoxu alıcıların həll etmək istədikləri problemləri düzəltmək yerinə həllinə diqqəti cəl edərlər. Çalışmalarınızın siz də daxil olmaqla potesial  müştəricilərinizin 
ehtiyaclarını qarşılaması lazımdır. 
 
Qarşılaşdığınız ən böyük çətinliklər nələr idi? 
Məhsulu almadan əvvəl alətin problemi necə həll etdiyini göstərən videolar hazırlamaq və sübutlar göstərmək insanların satın alma öncəsi razılaşdırmağa kömək edər. 
Bəzi insanlar məhsulun  quruluşu ilə əlaqədar problemlər yaratdı, xərclərini aşağı salmaq üçün hər şeyi sadə hazırlamışdım. 
 
Məhsulunuz heç bir zaman qüsursuz olmayacaq. Məhsulu istəyən insanları tapın və zamanla məhsulunuzu inkişaf etdirin. İlk çıxan iPod və hal-hazırki iPhone modellərini 
düşünün. 
Uğursuzluq qorxusu bir çox insanın danışmaq istəmədiyi problemlərdən biridir. İşinizdə və özəl həyatınızda uğursuzluğu təcrübə etmək uğursuzluq qorxunuza qalib
gəlməyə köməkçi olar. 
 
Fiziksal məhsullar satmağa başladığınızdan bəri nələr öyrəndiniz?
Hal-hazırki məhsulum 27 prototip təcrübəsinin nəticəsində ortaya çıxdı. Ölçmələri necə etməm lazım olduğu ilə bağlı tövsiyyələr verməyə çalışan insanları mədəniyyətli
şəkildə görməməzlikdən gəlməyi öyrəndim, çünki bu insanların 99%-i həyatları boyunca bir alət düzəltmək üçün bir manat belə xərcləməmişdir. 
 
Məhsul satışından nə qədər qazandınız?
 
Öz cibimdən heç sərmayə qoymadan, tam sərmayəsiz - aylar içində təxminən 6 000 manat gəlir əldə etdim. Bu hissəni təkrar oxuyun : "heç sərmayə qoymadan tamamilə sərmayəsiz".
 
2-ci təşəbbüskarımızın protein içkiləri üçün hazırladığı məhsulun hekayəsi isə belədir:
 
Niyə bu məhsulu satmağa qərar verdiniz?
Bu məhsulu yaratmağa qərar verdim, çünki hər gün pendir suyuyla hazırlanan protein içirdim, lakin heç də arzı deyildim. 
 
Protein içkisi nahar, günorta yeməyi, səyahət, maşın yolçuluqları və ya film ki bir çox yerlərdə istifadə olunur. Şüşələrə öz proteinini qoyub, üzərinə su və ya süd əlavə edərək
içən bir çox insan tanıyıram. Mənə görə bu yol istifadəli deyildi. 
 
İnsanlar protein içkilərini bütün günü yanlarında daşıyırlar və evə getdiklərində təmizləyirlər. Bu mənim üçün uyğun bir həll yolu deyil, çünki qalmış  protein iyisi 
çox pisdir. Mən istədiyim zaman içəcəyim və sonrasında unudacağım və təmizləmək məcburiyyətində qalmayacağım bir məhsul istəyirdim. 
 
İnsanların məhsulunuzu almaq istəyib istəməyəcəyi necə əldə etdiniz?
 
Ön satışlar bir çox fərziyyənin və şübhənin ortadan qalxmasına kömək edir. Mən də bu səbəblə bu yolu seçdim.
 
Məhsulunuzun ilk prototipini necə yaratdınız?
 
Mənim üçün ən çətin məqam məhsulu yaratmaqdı. Başımda bir fikir var idi, lakin indi nə olacaqdı? Ağlımdakı kimi şüşələr və qapaqlar tapmaq üçün Google`da bir 
araşdırma apardım. Fərqli modelləri yoxlamaq üçün bir neçə nümunə aldım. Şüşələrin içinə hər zaman içdiyim proteinlərdən qoydum və təcrübə etdim. Nəticədən çox
razı qaldım və daha böyük miqdarlı şüşə qablar və qapak sifariş verdim. İlk dəfə bu nöqtədə pul xərcləmiş oldum. 
 
Məhsulumun tamamlanması çətin olacaqdı amma ön satışlara başlamadan öncə təməl büdcə yaratmağa fikrinizi cəmləşdirməniz sizə avantaj qazandıracaqdır.
 
Nələr öyrəndiniz?
 
Əlimdə ağlımdakı fikirdən başqa bir şey yox idi və məhsulun qəbul edilməsi mənim üçün çox önəmli idi. İnternet saytı yox idi, kredit kartları və hətta ortada əşyalar belə 
yox idi. Amma sadə bir fikirkən belə ön satışlar sayəsində 7 insan məhsulumu aldı. Ön satışlar bir miqdar pulu çöpə atmanızı və boş vaxt itirməyinizin qarşısını alar.
 
E-ticarət saytı qurmaq istəyən insanlara nə tövsiyyə edərdiniz?
 
Mağazanızı qurmadan öncə fikrinizə razılıq almalısınız. Və tələb yaradana qədər hər şeyi  mücərrəd olaraq etməlisiniz.
 
Məhsul satışından nə qədər qazandınız?
 
6 ay kimi bir zamanda təxminən 12 min manata yaxın pul qazandım. Eldə etdiyim bütün gəliri məhsulu inkişaf etdirmək üçün istifadə edirdim (şüşələrin üstündəki 
etiketlər listin başında gəlir). Bu anda məhsulla bağlı xəbərlərin yayılmasına diqqət ayırmışam. Elimdə mükəmməl bir məhsul var və bunu mümkün olduğunca çox insanın
bilməsi lazımdır. 
 
Tərсümə edən : Yəhyalı Cəlalə

ŞƏRH YAZIN