Bill Toomeynin Olimpik Dekatlonu qazanma hekayəsi olduqca düşündürücüdür.Bill,1964-cü ildə 25 yaşındaykən olimpiadaların ən yorucu oyunu olan dekatlon seçmələrinə qatılır.Seçmələr sonunda ilk üç rəqibi olimpiadalarda iştirak haqqı qazanarkən o,dördüncü olaraq məğlub olur. Ertəsi gün onu sahə ətrafında qaçarkən görənlər:
-"Mr.Toomey,olimpiadalara qoşulma şansını necə itirdiniz,niyə çalışırsınız? "-deyirlər.O bu möhtəşəm cavabı verir.
-"1968 olimpiadaları üçün çalışıram."
Və bu intizamlı iş nəticəsini verir.Bill Toomey 1968-ci il "Mexico City Olimpiada"larında qızıl medalı qürurla sinəsinə taxaraq birincilik kürsüsündəki yerini alır.
İntizam,məqsəd ilə müvəffəqiyyəti bağlayan körpüdür!
Korrektə etdi: Günel İbadova