E-Mail Haqqında Bilmədiklərimiz...

0
5351
E-Mail Haqqında Bilmədiklərimiz...

Hotmaili quran Hindistanlı bir müsəlmandır.
1988-ci ildə Sabir Bhatia Stanford Universitetində təhsil almaq üçün ABŞ-a gedir. Buradan məzun olduqdan sonra bir internet şirkətində işləməyə başlayır və həmin universiteti qurtaran Jack Smith adlı bir gənclə tanış olur. İki gənc baş-başa verib qərara gəlirlər ki, bir şirkət qursunlar. İşlədikləri şirkətin başçısı onların planından xəbər tutur və onlara şirkətin imkanlarından istifadə etməməsi barədə xəbərdarlıq edir. Bu dönəmdə Sabir hərkəsin özünə aid şəxsi e-poçt istifadə etməsinə imkan verən bir proqram yaradır. Bu proqramı inkişaf etdirmək və tezliklə istifadəçilərə təqdim etmək üçün gizli şəkildə çalışmalarını davam etdirir. Proqram 1996-cı ildə internet istifadəçilərinə təqdim edilir və sürətlə yayılmağa başlayır. Çünki bu proqramdan istifadə etmək pulsuzdur və gizliliyə təminat verir. Həmçinin dünyanın hər tərəfindən istifadə edilə bilir. Hotmail ilk on gündə milyonlarla istifadəçi kütləsi yığır. Proqram dünyanın ən varlı adamı olan Microsoft şirkətinin sahibi Bill Qeytsin diqqətini çəkir və proqramı almaq üçün ona 50 milyon dollar təklif edir. Sabir isə Hotmail üçün ondan 500 milyon dollar istəyir. Uzun davam edən danışıqlardan sonra Sabir Microsoft şirkətində işlə təmin olunması şərtiylə proqramı 1998-ci ildə 400 milyon dollara satmağa razı olur. Bu gün Hotmailin 90 milyon istifadəçisi var və hər gün 3 min yeni istifadəçi daxil olur. Sabir satışdan sonra bununla kifayətlənmir və online alışveriş etmək istəyənlərin təhlükəsizliyini təmin edən Arzu adlı yeni bir proqram yaradaraq şöhrətinə şöhrət qatır. Beləliklə Sabir qazandığı uğurlara görə ABŞ prezidenti Bill Clinton, Fransa prezidenti Jacques Chiraq (Jak Şirak) və Hindistan baş naziri Beyhari Vacabani tərəfindən təltif edilir. Sabir pulu əldə edən kimi təhsil almaq imkanı olmayan tələbələrə kömək etmək məqsədiylə bir çox universitet qurur.  
 

 

ŞƏRH YAZIN