Əzm İlə Həyata Tutundu İdealına Doğru Addımlayır.

0
2505
Əzm İlə Həyata Tutundu İdealına Doğru Addımlayır.

Orta məktəbdə oxuyan sonuncu sinif şagirdi keçirdiyi beyin qan sızması nəticəsində həyatından ümid kəsilən danışmaq, yerimək kimi güclərini itirən Özgür Baştaş, əzmiylə beyin qanamasına qalib gəldi, idealına doğru addımlayır.

Həyat hekayəsini danışan Baştaş, 17 yaşında keçirdiyi beyin qanamasının ardından normal həyata qayıtmaq üçün 8 ildir davam etdirdiyi mübarizəsini heç buraxmadığını söylədi.
 
Beyin qanamasının ardından aparıldığı xəstəxanada həkimlərin, "Xilas Olması mümkün deyil, əməliyyata ehtiyac yoxdur" deyildiyini, ailəsinin təkidləri nəticəsində əməliyyata alındığını qeyd edən Baştaş, əməliyyatda sonra 17 gün reanimasiya,1 ay da xəstəxanada yatdığını bildirib.
 
Baştaş, 3,5 ay ərzində tənəffüs cihazına bağlı yaşadığını, nitqinin, dərdini izah edə bilmədiyini və yeriyə bilmədiyini ifadə edərək, "Əməliyyatdan 6 ay sonra ayaq üstə durmağı, bir il sonra da arxa arxaya addım atmağı bacardım" deyə danışdı.
 
Hazırda da ağacla yeridiyini bildirən Baştaş, daimi yaşadığı tarazlıq problemi ilə təkbaşına küçəyə çıxmadığını söylədi.Azad Baştaş, "Bu mənada çox inamsızam, çünki mənim tarazlıq problemim həmişə var. Belə deyim; Çox yüksək bir dağın təpəsindən sallanırsınız, gözləriniz qapalı, eyni zamanda da dağda zəlzələ olur. Bu ara ara gəlib gedən bir şey deyil, 8 ildir ki, belə yaşayıram. Sadəcə titrəmələrimi nəzarət altına almağı öyrəndim" şəklində danışdı.
 
Qanaxma keçirdiyi yerin beynin görmə mərkəzinə çox yaxın olması səbəbindən görməklə bağlı da müxtəlif problemlər yaşadığını qeyd edən Baştaş, çəpgözlük və sürüşmə problemləri səbəbiylə iki dəfə əməliyyat keçirdiyini bildirib, "Hələ çox zaman cüt görürəm. Əslində mən alt yazı da oxumurdum amma artıq kitab oxuya bilirəm" dedi.
 
İki il əvvəl İngilis Dili və Ədəbiyyatı Fakültəsini qazandığını bildirən Baştaş, anası Asiyə Baştaşın hər gün özünü məktəbə apardığını, dərsləri qurtarana qədər gözlədiyini, sonra birlikdə evə qayıtdıqlarını söylədi.
 
Narahatlığı səbəbilə dərslərdə qələm tutmadığı üçün arayış almadığını, yoldaşlarının tutduğu dərs notlarından hər gün surətini çıxardığını deyən  Baştaş, imtahanı qazanaraq Erasmus proqramı ilə üçüncü sinfi Almaniyada oxumağa hüququ qazandığını bildirdi.
 
Özgür Baştaş, bunları dedi:
"17 yaşında keçirdiyim beyin qan sızması nəticəsində həyatım bir anda tamamilə alt üst oldu. 8 illik müalicə nəticəsində hazırda bir çox işimi özüm edə bilirəm, amma tək başıma yeriyə bilmirəm. Kompüter istifadə edə bilirəm amma koordinasiya problemim var.Daxildən gələn titrəmələr səbəbindən əllərimi çox sabit tuta bilmirəm, uzun müddət yazı yaza bilmirəm, çox yoruluram. Tək başıma küçəyə çıxa bilmirəm. Türkiyə şərtlərində buna cəsarət edə bilmirəm. Tarazlıq problemim var. Beyin qanaması keçirəndə xəyalım universitetə getmək idi. O xəyalımı gerçəkləşdirdim. Məktəbin Erasmus proqramı ilə üçüncü sinfi Almaniyada oxuyacağam. Sentyabrın 1-də orada olacam. Anam bir ay qədər mənimlə qalacaq, sonra tək başıma qalacam. Anam həmişə yanımda, qardaşım və atam hər zaman mənə dəstək olur, amma onlar həyatımın sonuna qədər mənimlə ola bilməzlər. O səbəblə tək yaşamağı və başıma çarə qılmağı öyrənməyim lazımdır. Almaniyaya getmək də mənim üçün çox önəmli bir fürsət olacaq".
 
Almaniyada bir yataqxanada qalacağını, orada özü üçün bir əlil dairəsi hazırlandığını,müalicəsinin orada da davam ediləcəyini bildirən Baştaş, yalnız yaşamaq məsələsində özünə çox güvəndiyini deyib.
 
Yaşadıqlarını 2009-ci ildə satışa çıxan və atasının özünü 8 dəqiqəyə xəstəxanaya yetişdirməsinə həsr olunmuş "8 dəqiqə" adını verdiyi kitabında topladığını bildirən Baştaş, belə davam etdi:
 
"Damdan düşənin halından damdan düşən anlayar. Mən göydələnin təpəsindən düşdüm. Kitabım satışa çıxandan sonra mənim vəziyyətimdə uşağı olan bir çox ailə mənə zəng etdi.Əlimdən gəldiyi qədər onlara ruhi dəstək olmağa çalışmışam. Hazırda danışa bilirəm, ayaq üstə dura bilirəm, dərdimi izah edə bilirəm, amma nəfəs ala bilmədiyim, yemək yeyə bilmədiyim, su içə bilmədiyim, heç ayağa qalxa bilmədiyim,danışa bilmədiyim zamanlar da olub. Əlimi qaldırıb “Bunu istəyirəm”, belə deyə bilmədiyim zamanları yaşadım".
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN