İçimizdə Hansını Bəsləyirik?

0
3047
İçimizdə Hansını Bəsləyirik?

İçimizdə həm pislik, həm də yaxşılıq etmək istedadı vardır. Bəs biz bunlardan hansını daha çox bəsləyirik?

Yaşlı qara dərili biri daxmasının önündə nəvəsi ilə oturmuş, bir az qabaqda bir-biri ilə boğuşan iki iti izləyirdilər. İtlərdən biri ağ, digəri isə qara idi və 12 yaşındakı uşaq özünü tanıdığından bəri o itlər babasının daxmasının önündə dalaşardılar. Babasının hər zaman gözünün qabağında saxladığı, yanından ayırmadığı, iki böyük it idi bunlar.
 
Uşaq, daxmanı qorumaq üçün bir itin yetərli olduğu halda nə üçün ikincinin nəyə lazım olduğunu, həm də nə üçün rənglərinin xüsusilə ağ və qara olduğunu başa düşmək istəyirdi. Və maraqla babasından soruşdu. Yaşlı rəis, dahi bir gülümsəmə ilə nəvəsinin kürəyini oxşadı.
- Onlar, "mənim üçün iki simvoldur övlad."
- "Nəyin simvolu?" deyə soruşdu uşaq.
- "Yaxşılıq ilə pisliyin simvolu. Eynilə bu gördüyün itlər kimi, yaxşılıq və pislik içimizdə davamlı olaraq mübarizə aparırlar.  Onları izlədikcə mən hər zaman bunu düşünürəm. Ona görə yanımda saxlayıram ikisini də."
 
Uşaq bu anda, əgər mübarizə varsa, qalib gələn də olmalıdır deyə fikirləşdi və bütün uşaqlara xas olan bitməyən suallara yeni birini əlavə etdi:
- "Bəs səncə hansı qazanar bu mübarizəni?"
- Baba, dərin bir gülümsəmə ilə baxdı nəvəsinə:
- Hansı? Əlbəttə ki mən hansını daha yaxşı bəslərsəm o !

Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN