Lloyd’s şirkətinin tarixi

0
1891
Lloyd’s şirkətinin tarixi

Lloyd’s şirkəti (London, Böyük Britaniya) – dünyanın ən məşhur sığorta sindikatlarından biridir. Lloyd’s şirkətinin digərlərindən əsas fərqləndirici xüsusiyyəti müştərilərə ən orijinal və qeyri-adi hadisə və obyektlər üzrə sığorta polisləri təklif etməkdir. Məsələn, Betti Qreyblin ayaqları, Brüs Sprinqstinin səsi – bütün bunlar Lloyd’s şirkətini az da olsa risk edən insanlar üçün sığınacaq yerinə, bütün dünyadan olan müxtəlif press-agentliklər üçün isə cəlbedici obyektə çevirdi.

Bir vaxtlar əksər investor və sığortaçıların iflas təhlükəsi ilə üz-üzə qaldığı halda Lloyd’s şirkətində sığorta polislərinin rəsmiləşdirilməsi irimiqyaslı bədbəxt hadisələr seriyası (Ekson şirkətinin Valdes tankerində neft sızması, Hüqo qasırğası, eləcə də Kaliforniya ştatında iki güclü zəlzələ) sayəsində qəzetlərin birinci səhifəsindən əksik olmurdu. Və hətta əgər Lloyd’s şirkəti iri sığorta təşkilatı kimi “sağ” qalmasa da, o həmişə eyniadlı qəhvə şirkəti kimi fəaliyyətinə qayıda bilər.

Hələ 17-ci əsrdə London gəmiçiliyin ən iri mərkəzi idi, bura fasiləsiz olaraq müxtəlif ticarət gəmiləri yan alırdı, eləcə də onlar buradan planetin müxtəlif guşələrinə yollanırdı. Həmin vaxtlar qəhvə bir içki kimi Avropada təzəcə məşhurluq qazanırdı, məhz həmin vaxtdan etibarən holland kolonistlər Yava adasında yerləşən qəhvə plantasiyaları ilə məşğul olmağa başladılar. Artıq 1689-cu ildə Lloyd tərəfindən dokun (gəmi təmir olunan yer) yaxınlığında “Tower street”-də qəhvəxana açılmışdı.

Sərxoşların daima davalar çıxardığı əksər aşxanalardan fərqli olaraq, qəhvəxanalar nüfuzlu cənabların bir fincan isti qəhvə arxasında işgüzar müzakirələr apardığı abırlı və sakit məkan idi. Uğurla seçilmiş coğrafi mövqe sayəsində qəhvəxana özünə çoxsaylı gəmi sahibləri, sığorta brokerləri və alıcıları cəlb edə bilmişdir. Dəniz daşımalarının sığortalanmasına gəldikdə isə bu ideya İngiltərədə hələ 17-ci əsrdə yaranmışdı. Həmin vaxtlar indi bizim adət etdiyimiz formada sığorta anlayışı mövcud olsa da heç bir sığorta şirkəti mövcud deyildi. O zaman alıcılar xüsusi brokerlər işə götürürdülər ki, sonuncular zəngin insanlara müəyyən risk müqabilində mənfəət əldə etməyi təklif etməli idilər. Lloyd özünün qəhvəxanasında daima bütün bu danışıqlara qulaq asmağa məcbur olurdu ki, bu da onun dəniz daşımaları haqqında demək olar ki, hər şeyi bilən insan kimi məşhurlaşmasına səbəb oldu, bununla da məhz onun qəhvəxanası gəmilərin sığortalanmasının həyata keçirildiyi yerə çevrilmişdi.

 

ŞƏRH YAZIN