Nail Olmaq Üçün Tək Gediş Bileti Alın

0
5959
Nail Olmaq Üçün Tək Gediş Bileti Alın

"Tövsiyəm xaricə getməkdən qorxmayın, çamadanınızı əlinizə alıb tək istiqamətli bilet almaqdan qorxmayın"

ORTAQ CƏHƏTLƏRİ BAZARLAR
 
Vaşinqtonda olduğu konfransda Amerikalı əhəmiyyətli bir iqtisadçının özünə "Meksika və Türkiyə dünyanın ən dinamik iki iqtisadiyyatı və siz bu barədə nə düşünürsünüz deyə soruşduğunu" bildirən Muxtar Kend bunları dedi: Fərdi İnkişaf baxımdan "Həqiqətən də necə baxarsanız baxın, Türkiyənin kənardan görünən şəkli bu. Türkiyə və Meksika dünyanın ən dinamik iki iqtisadiyyatıdır. Çin böyüyə bilmir bu il çox düşdü. Hindistanda böyük infrastruktur problemləri davam etdiyi üçün böyüyə bilmir. Biz paylamada çətinlik çəkirik. Rusiyada da neftə təbii sərvətlərə əsaslanan bir iqtisadiyyat var. Onun bütün cəmiyyət üzərində rifah yaratması bəzi maneələr təşkil edir. İndoneziya, Cənubi Afrika sürətli böyüyən ölkələr arasındadır. Amma hazırda nümunə göstərilən iki ölkə arasında Türkiyə var.Digər ölkə isə Meksikadır.Ortaq cəhətləri düz yanlarında çox böyük bazarlar olmasıdır. Yeni dünyaya açıla bilmələri üçün gənclərə tövsiyələr verən Muxtar Kənd belə danışdı:
 
TƏK İSTİQAMƏTLİ BİLET ALDIM
 
"Tövsiyəm xaricə getməkdən qorxmayın, çamadanınızı əlinizə alıb tək istiqamətli bilet almaqdan qorxmayın. Mənim biletim tək istiqamətli idi.Dönüş biletim yoxuydu. Psixoloji olaraq da bu çox əhəmiyyətli idi. Bu gün təkcə rəhbərlik deyil, eyni zamanda sahibkar kimi də xaricə getməkdən qorxmayın. Türkiyənin ən böyük potensialı sahibkar ruhudur. Uğurdakı ən mühüm amil də insanın gördüyü işi sevməsidir. Edisonun ‘Heç bir gün işləmədim, mənim gğrdüklərim sadəcə bir əyləncəydi’ sözünü çox sevirəm. Mənim üçün də belə olub həmişə. 19 dəfə ölkə dəyişdirdim. Cəsarət mənim üçün aparıcı olub həmişə".
 
Coca Cola- nın İcraçı Direktoru Muxtar Kənd, "Bir rəhbərin, bir ölkəni idarə edən, özünü idarə edən insanların, hər kəsin bir yerdə məsuliyyəti, uğuru təkrarlamaq üçün bütün şərtləri yerinə yetirməkdir"dedi.
 
DÜNYANIN ÇOX SÜRƏTLƏ İNKİŞAF ETDİYİNİ BİLDİRƏRƏK, TƏHSİLLİ OLMAQ NİSBƏTİNİN,QADINLARIN İQTİSADİYYATA TÖHFƏLƏRİNİN, URBANİZASİYANIN, ÜNSİYYƏTİN, ƏTRAF MÜHİTƏ HƏSSASLIĞIN, ONLAYN ALIŞ-VERİŞİN ARTDIĞINI SÖYLƏDİ.
 
BÖYÜYƏN AMMA EYNİ ZAMANDA DA KİÇİLƏN DÜNYADA ƏN YAXŞI TANINAN MARKAYA SAHİB, 16 MİLYARD DOLLARI AŞAN MARKASI OLAN, DÜNYADAKI ƏN BÖYÜK İSTEHLAKÇI SİSTEMİ VƏ 770 MİNDƏN ÇOX ƏMƏKDAŞI OLAN BİR SİSTEMİN BAŞINDA OLUB ETİMADIN RİYAZİYYATINI, ÇƏTİNLİKLƏRİNİ HƏLL ETMƏYİN NECƏ OLDUĞUNU İZAH EDƏCƏYİNİ İFADƏ EDƏN MUXTAR KEND, "BÖYÜMƏ ELƏ BİR ŞEYDİR Kİ YÜKSƏLDİKCƏ HAVA AZALIR, ÇƏTİNLƏŞİR. BİR YERDƏ BELƏ, UĞURU ƏLDƏ ETMƏK ÇƏTİN, AMMA UĞURU TƏKRARLAMAQ ÇOX DAHA ÇƏTİN OLUR. BİR RƏHBƏRİN, BİR ÖLKƏNİ İDARƏ EDƏN, ÖZÜNÜ İDARƏ EDƏN İNSANLARIN, HƏR KƏSİN BİR YERDƏ MƏSULİYYƏTİ, UĞURU TƏKRARLAMAQ ÜÇÜN BÜTÜN ŞƏRTLƏRİ YERİNƏ YETİRMƏKDİR" DEYƏ SÖYLƏDİ.
 
"Karyerama yük maşını yükləyərək başladım "
 
Muxtar Kend,karyerasına 1979-cu ildə Atlantada başladığını dilə gətirərək, belə söylədi: "İlk 10 ayımı yük maşınlarında keçirtdim. Səhər saat 4-də qalxdım, yük maşınlarını yüklədim və yük maşınlarında Coca Cola satdım, marketlərə və böyük satış nöqtələrinə. Belə başladım karyerama. Bir qəzet elanında tapdım bu işi. Amerikaya 1978-in sonunda getdim, cibimdə bir diplom var idi, İngiltərə universitetindən, bir də Amerikada anadan olduğuma dair bir sertifikat var idi və 2-3 ay sonra bir elan gördüm və bu iş həyatına başladım. Mənim üçün çox əhəmiyyətli ilk doqquz aydır onu heç bir zaman unutmadım ".
 
"Markanın ‘söz’ olduğunu, yaxşı bir markanın tutulmuş ‘söz’ olduğunu öyrəndim "
 
Yük maşınlarıyla bazarı və satış nöqtələrini gəzməkdən hələ də çox zövq aldığını və hər həftə bunu etdiyini bildirən Muxtar Kend, bunları qeyd etdi:
 
12 aylıq müddətin sonunda reklam müdürü olaraq Romaya təyin oldum. Orada markanın ilk dəfə ‘söz’ olduğunu və yaxşı bir markanın tutulmuş bir ‘söz’ olduğunu öyrəndim. Orada təxminən 2 il keçirtdim və 1981-də Hollandiyaya yeni bir iş qurmaq üçün təyin olundum və o vaxtlar Türkiyənin çox kiçik bir payı vardı Coca Cola "da, ilk 50-yə belə girə bilmirdi ölkələr içində.
Demək olar ki, heç Türk də yoxuydu şirkətin içində.
 
Hollandiyaya getdiyimdə tək xarici mən idim, Holland dilində də danışırdım amma orada münasibətlərin, müasirliyin, sahibkarlığın nə qədər əhəmiyyətli olduğunu öyrəndim və ilk dəfə Avropa miqyasında 4 müdürüm vardı. 4 ayrı baş direktora hesabat verirdim, yeni bir iş qururduq. Bütün səyahət bazarına Coca Cola və oxşar məmulatları, meyvə şirələrimizi yeni qablaşdırmada təqdim etmə işi idi və sahibkarlığın nə qədər əhəmiyyəti olduğunu öyrəndim".
 
"Coca Cola-nın İlk Türkiyə baş direktoru mən idim "
 
Daha sonra 1985-ci ildə Türkiyə baş direktoru olaraq təyin olunduğunu söyləyən Muxtar Kend, sözlərini belə davam etdirdi:
"Türkiyənin baş qərərgahı, İzmirdə idi. Coca Cola-nın Türkiyədə başladığı andan etibarən ilk baş direktoru məniydim. Çox problemli bir iş idi, Məhdudlaşdırıcı bir iqtisadiyyat olmasına görə Coca Cola hər satılan butulkadan zərər edirdi. O zamanlar valyuta olmadığı üçün Manisada bir tomat zavodumuz vardı. Tomat istehsal edib, satıb əvəzində valyuta edirdik və qarşılığında Coca Cola və digər məhsulları idxal edirdik. Belə işimizi idarə edirdik, amma bunların hamısı 1985-86-da dəyişdi və 4  ildə Türkiyə təxminən 450 milyon şüşədən  yarım milyard şüşəlik bir hala gəldi və Türkiyədəki iş böyüməyə başlayıb".
Muxtar Kend, "qızıl üçbucaq" - deyə qaydalar olduğunu ifadə edərək, "Biznes aləmi, hökumət, dövlət və qeyri-hökumət təşkilatlarının dünyada daha yaxın inkişafın içində olmaları qədər əhəmiyyətli bir şey yoxdur mənə görə. Dünyanın gələcəyi buna bağlı" deyə bildirdi.
 
"Risk olmadan uğur olmaz "
 
Vyanaya 1989-da, Şərqi Avropa üzrə direktor təyin olunduğunu qeyd edən Muxtar Kənd, belə davam etdi:
 
"30 ayda 22 zavod yaratdıq. Orada sürətli hərəkət etməyin, risk almanın, risk olmayan yerdə uğurun olmadığını, inandığına inadkar olmağın və çox mədəniyyətli olmağın sintezindən yaranan bir qərarın hər zaman daha doğru olduğunu öyrəndim. Mənim üçün o illər karyeramda dönüş nöqtəsi oldu. 1997-də Türkiyəyə geri döndüm və Efes İçəcək Qrupunun Sədri oldum.Təxminən 6 il işlədim. O zamanlar Türkiyə irəliləməkdə idi. Bir Türk şirkətinin xaricə filialının açılmasının içində olmaq mənim üçün maraqlı və təsiredici bir zamandı.Millidən Beynəlmilələ keçidlərdə nələr lazım olduğunu başa düşdüm və işin əhəmiyyətini anladım. Adriatikadan Çinə bir iş qurduq.
 
Daha sonra 2005-də Coca Cola-ya yenidən qayıtdım və Asiyaya üzrə nümayəndə olaraq təyin olundum. Orada dünyadakı balansların dəyişəcəyini gördüm. Artıq Asiyanın dünyada daha çox söz sahibi olacağını gördüm. 2008-də baş qərargaha qayıtdım, İcraçı Direktor və daha sonra Direktor təyin olundum. Bu zamanda hər şey bu qədər sadə olmadı. Heç vaxt karyera cizgisinin yuxarı qalxmadığını gördüm".
 
"Böyüməyin hesablaması "
 
Güvənin çox əhəmiyyətli olduğunu dilə gətirən Muxtar Kənd, edilən məhsulların keyfiyyətinin uğurun zəmanəti olmadığına diqqəti çəkdi. Artıq şirkətin xarakterinin də bu informasiya dünyasında çox əhəmiyyəti olduğunu vurğulayan Muxtar Kənd, "Sizdən necə danışılır? Bu, çox vacibdir.Əvvəllər yaxşı məhsul və yaxşı bir reklam edərdiniz, yaxşı bir gəliriniz olardı. Uğurun düsturu budu. Artıq elə deyil. İndi, müştəriləriniz üzərində müsbət təsir yaradaraq onların sizin haqqınızda müsbət fikirlər söyləməyini təmin etməyiniz lazımdır. Daha çətin bir iş. Artıq ağ və qara deyil, boz olan bir dünyadayıq" dəyərləndirməsini etdi.
 
Muxtar Kend, Coca-Colanın 2010-da bir iş qoyduğunu, 100 milyardlıq dünya dövriyyəsini 10 il ərzində 200 milyarda çıxarmaq istədiklərini söyləyərək, "Bu işin içinə bütün ortaq, müştəri, çalışan və qeyri-hökumət təşkilatlarını, hökumətləri aldıq. Daha çox məqsədli işə yönəlik bir yerə gətirib cıxartdıq. Burada insan gücü ən vacib şey" dedi.
 
İnsan gücünün və komandanın da iş dünyasında ən əhəmiyyətli şeylərdən biri olduğunu vurgulayan Muxtar Kənd, bunları qeyd etdi:
 
"Yeni bir məhsul, bizim müştərilərlə və digər şəriklərlə olan əlaqələrimizdə və şirkət xaricində inkişaf edir. İlk dəfə dünyada bitkidən şüşə istehsal edən şirkət Coca-Cola-dır. Bu bizim içimizdə deyil, Hindistanda bir kürt modelindən inkişaf etmişdir. Bunu dünyada hər tərəfə yayırıq. Şəkər qamışı artıqlarında şüşə xammalı üçün 500 milyon dollarlıq bir sərmayə edirik və bunu bütün dünyaya yayacağıq".
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN