Nobel Mükafatı alan ilk müsəlman

0
2981
Nobel Mükafatı alan ilk müsəlman

Əbdüs-Səlam İslam dininə inanan, həm də onu həyatında tətbiq edən bir alim idi. Bütün mühazirələrinə Allahın adı ilə başlayardı. O, zəif nüvə və elektromaqnit enerjisinin unifikasiyası nəzəriyyəsini inkişaf etdirməklə yanaşı, güclü nüvə enerjisinin digər üç enerji ilə unifikasiya imkanlarının da mövcudluğunu sübut etmişdir.

Alim, habelə, maddənin ilkin hissəcikləri və kainatdakı enerjinin xüsusiyyətləri ilə maraqlanan kəmiyyət nəzəriyyəsi ilə məşğul olmuşdur. O, proton, elektron  və neytron kimi hissəciklərlə bağlı bir çox araşdırmalar aparmışdır. Əbdüs-Səlam hesab edir ki, İslamda elmin qızıl dövrü orta əsr alimlərinin sonuncularından olan İbn Sinanın və onun müasiri, eyni zamanda yeni əsrin birincilərindən olan İbn Heysəm ilə əl-Biruninin dövründə yaşanıb.

Məhəmməd Əbdüssəlam 1926-cı ildə Hindistanın Pəncab şəhərinin Lahor vilayətinə yaxın Çanc qəsəbəsində dünyaya göz açıb. Atası Məktəb Müfəttişliyi Bürosunda işləyən sadə insan idi. Kasıb olmalarına baxmayaraq, atası övladlarının təhsil alması üçün əlindən gələni etmişdir. Kiçik yaşlarında oxumağa maraq göstərən Məhəmməd öz bacarığı və zəkası ilə müəllimlərinin diqqətini çəkir. Orta təhsilini başa vurandan sonra Lahordakı dövlət universitetinə daxil olur. Tələbəlik illərində riyaziyyat sahəsində istedadını büruzə verən Məhəmməd imtahanlarda böyük uğur qazanır. 1944-cü ildə universiteti  fərqlənmə diplomu və  müvəffəqiyyət ordeni ilə  başa vurur. 1946-cı ildə isə həmin universitetin magistraturasını bitirir.

Həmin ildə Əbdüs-Səlam Kembricdə, St. John’s Kollecinə daxil olub və 1949-cu ildə həm riyaziyyat, həm də fizika üzrə birinci olmaqla fərqlənmə diplomu ilə bakalavr dərəcəsi alıb. 1950-ci ildə fizika üzrə möhtəşəm tədqiqat işinə (pre-doctoral) görə o Kembric universiteti tərəfindən mötəbər Smit mükafatına layiq görülüb. 1951-ci ildə o, Kembrcdə kvant elektrodinamikası üzrə fundamental tədqiqatlara görə nəzəri fizika üzrə alimlik dərəcəsi alır. 1959-cu ildə “Pakistan ulduzu” ordeni ilə təltif edilir. 1957-ci ildə isə “Hopkins”, 1958-ci ildə “Adams”  mükafatı,  1961-ci ildə isə “Maksvel” ordeninə layiq görülür.

Əbdüssəlamı İsçev, Rusiya, ABŞ və digər ölkələrin akademiyalarına fəxri üzv seçirlər. 1964-cü ildə professor Əbdüssəlam İtaliyanın Triset şəhərində fəaliyyət göstərən Nəzəri  Fizika Beynəlxalq Mərkəzinin müdiri seçilir. 1968-ci ildə “Atom Sülh Mükafatı”na layiq görülür. 1971-ci ildə qızıl medal, 1977-ci ildə “Yulios Robert Openhaymer” mükafatı, 1978-ci ildə ABŞ-ın Fizika Universitetinin “Con Törns” ordeninə, 1979-cu ildə Pakistanda “Fərqlənmə” nişanı, elə həmin il “Nobel” mükafatına  layiq görülür.  

Alim 1957-ci ilə qədər Kembric Universitetində qalır. Daha sonra London Krallıq Akademiyasında professor kimi fəaliyyətini davam etdirir. Həmin il Pəncab Universitetinin fəxri doktoru adını alır.

Məhəmməd Əbdüs-Səlam Nobel Mükafatını 1979-cu ildə alır. Nobel mükafatı dünyanın ən nüfuzlu mükafatları sırasındadır.  Alim bütün pulları inkişaf edən ölkələrdən olan fiziklərin ehtiyaclarının ödənilməsinə sərf edir, bu mükafatın öz payına düşən hissəsindən bir penni belə özünə və ya ailəsinə xərcləməyib. Məhəmməd Əbdüs-Səlam Nobel Mükafatı almış ilk müsəlmandır

Əbdüs-səlam 1996-cı ilin noyabr ayının 21-də Oksford şəhərində dünyasını dəyişir.

 

ŞƏRH YAZIN