Onların Özəllikləri Nədir?

0
1712
Onların Özəllikləri Nədir?

Onlar necə uğur qazanır, heç düşünürsünüzmü? Həyatlarını hansı prinsip və strategiya üzərində qururlar ki, nəticədə hədəflərinə qovuşa bilirlər? Məsələn, Richard Branson, Bill Gates, and Warren Buffett – onlarda hər şey ona görə bu qədr yaxşı alındı ki, onlar bu 7 strategiya üzərində qurmuşdular həyatlarını.
Guy Laliberte- Cirque Du Solei (Günəşin Sirki) yaradıcısı: Sevdiyin işlə məşğul ol, amma elə et ki, bu sənə pul gətirsin. Guy Laliberte bu sirki quranda ona dövlətin,sponsarların və əlbəttə ki,özünün çox çalışmağının köməyi çox olmuşdur. O , ilk dəfə sirkini Quebec əyalətinin  450.ci il dönümünə görə təşkil olunmuş şənliklərdə tamaşaçı qarşısına çıxarır. Daha sonra o,1 illik bütün əyaləti gəzib, sirklərini nümayiş etdirmək üçün hökumətlə müqavilə bağlayır. Və o vaxtlar sirkin bu yerlərə gəlib çatacağı heçkimin ağlına belə gəlmirdi. Onun ustalığı və səyləri sayəsində sirk uğur qazanır və çoxlu mənfəət gətirən bir yerə dönüşür. İndi onun qazancı 1.8 milyard dollardır.  Və bu, o deməkdir ki, hətta klounluq etməklə belə ağıllı bir karyera qurmaq olar, sadəcə istəməlisən.
Suze Orman: maliyyə müşaviri. Az xərclə,çox qazan. Suze Orman bu sahədə heç bir şəxsi təcrübəyə malik olmasa da, qənaət etməklə  necə böyük bir sərvətə sahib olunduğunu insanlara göstərdi. Suze 30 yaşına kimi yaxşı yaşamışdı ancaq çoxlu borca batmışdı. O, öz lüks həyatından ayrılmamaq üçün çıxış yolu axtardı və tapdı. O, öz maliyyə imkanlarını dəyərləndirdi və  indi şəxsi təyyarəsi ilə dünya səyahətine $300.000 ayıra biləcək vəziyyətdədir. Və sonda, nəyəsə nail olmaq üçün yaranmış fürsətləri dəyərləndirmək boş yerə  pul xərcləməkdən daha faydalıdır.
Bill Gates: Microsoft’un yaradıcısı. Təqlid etmək də uğur qazandıra bilir. Bill Gates IBM software sistemini yaratmaqla dünyanın ən uğurlu işlərindən birini gördü. Və bu ona 67 milyard dollar qazandırdı. Amma həqiqət odur ki,bu proqram tamamilə başqa birisi tərəfindən yazılmışdır. Gates’in microsoftu sıfırdan yazacaq yenilikçi bir qabiliyyəti yox idi ve buna görə də o, $25.000 qarşılığında başqa bir şirkətin proqram kodunu alır. Ancaq Gates’in proqramının ikinci əl olduğu ortaya çıxanda  IBM mühəndisleri onu yeniden yazmağa məcbur olurlar. Təbii ki, 33 il sonra heçkim bunu xatırlamayacaq və bu heçkimin vecinə olmayacaq.  Sadəcə əlverişli bir imitasiya imkanı yarandığında bundan istifadə edə bilmək vacibdir.
Warren Buffet: Bil nə yaxşıdır və kim daha yaxşıdır. Warren Buffet hələ gənc yaşlarında ikən birjaya qoşulmuşdur. O,ilk aldığı hissə sənədlərini satdıqdan 1-2 il sonra onların qiymətinin  gözlənilməz şəkildə artdığının şahidi olur və bundan sonra onun bu sahəyə olan marağı daha da artır. Daha yaxşı şirkətlərə uzun müddətli investisiyalar qoyur və daha sonra o, bu şirkətlərin hamısını ala biləcək bir vəziyyətə gəlir. 
Adam McKay. Holivood kinorejissoru. Adam Holivudun ən uğurlu rejissorlarından biridir. O, Talledega Nights, Step Brothers, The Other Guys və Anchorman kimi filmlərdə Will Ferrel ilə komanda şəklində çalışmışdır.  Saturday Night Live proqramının heyət qrupunu təşkil etdiyi bir vaxtda  sevgilisi ona qısa metrajlı filmlər çəkməyi təklif etmiş və bununla o ,film karyerasına başlamışdır.
Richard Branson. İşin gücü və pulun gücü. Branson ağır disleksiya (oxuma və yazma pozuqluqları) xəstəliyindən əziyyət çəkirdi, ancaq o, öz gücü sayəsində bunun öhdəsindən gəlməyi bacarır. O, Virgin şirkətlər grupunun rəhbəridir. Riçard Bronson deyirdi ki, çalışanlar özlərini şirkətin bir hissəsi kimi hiss etməlidirlər və buna görə o, yeni bir işə başlayarkən qurduğu komandaya hissə payı verirdi. Və bununla onlar həmçinin öz şirkətləri üçün çalışmış olurdular. Qısacası, əsas odur ki, öz gücünlə yanaşı başqalarının da gücündən istifadə etməyi bacarasan.
Steve Jobs. Uğursuzluq uğura aparır. Hələ 1980-ci illərdə Steve Jobsun mühafizə, neft və tibb sənayesində dönüşüm yarada biləcək 3D görüntülü komputer yaratmaq planı vardı. Ancaq bu uğursuz oldu və nəticədə milyonlarla dollar itirdi. Bununla da Pixar İmaging Computer öz fəaliyyətini dayandırdı. Bu vaxt Pixarın yeganə gəlir mənbəyi Pixar computer programından istifadə edərək Tv reklamları çəkən kiçik bir animasyon qrupu idi. Və bu qrup sonralar Pixar film studiyasını yaradır. Bu studiyada çəkilən ilk film isə ToyStore olur. 2011-ci ildə Job vəfat edəndə onun $8.3 milyard sərvətinin 70% dən çoxu heç vaxt girmək niyyətində olmadığı film sənayesindən, Pixar film studiyasından gəldi. 

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN