Özünüzə Mane Olmayın

0
2520
Özünüzə Mane Olmayın

1950-ci illərdə ictimaiyyətdə həkimlərin araşdırmalarına əsaslanaraq "bir mil məsafəni dörd dəqiqə ərzində qaçmaq olmaz, bu insan fiziologiyası baxımından mümkün deyil "mühakiməsi var idi. Bu düşüncələr atletika ilə məşğul olanların nüfuzlarına təsir etmişdir. Atletlər bu fikirin təsirində düşərək bir mili dörd dəqiqənin altında qaçmağı heç düşünmədilər. Yarışmalarda bütün atletlər artıq rekord qırmaq üçün deyil yalnız birinci olmaq üçün qaçırdılar.

Roger 1954-ci ildə keçiriləcək olan yarışa bir il qalmış bir mili dörd dəqiqənin altında qaçmaq üçün hazırlaşmağa başladı.Bu hədəfinə çatmaq üçün tam bir ili var idi. Bir il ərzində bütün fiziki işlərini etdi, amma Roger bilirdi ki bu yarışmada hədəfə çatmaq üçün yalnız fiziki məşqlər yetərli deyildi. O hər gün zehni məşqlər da etməyi unutmurdu. Zehinində artıq tək bir düşüncə var idi: Hədəfə çatmaq. Hədəf isə bir mili dörd dəqiqəyə qaçmaq idi. Bunun üçün bütün yolları yoxlayacaqdı. O, bu yarışa hazırlanmağa "Bir mili dörd dəqiqəyə qaçacam" deyə başladı. Özünə olan etibarı tam idi. Zehinində həmişə bir il sonrakı yarışı və onun sonunda qıracağı rekordu düşünürdü. Yarış başlayanda bütün yarışçılar birinci gəlməyi düşünərkən Roger rekorda qaçırdı. Onun tək hədəfi var idi, bir mili dörd dəqiqəyə qaçmaq....
Onu reallaşdıracağını şübhəsi yox idi. Yarış Rogerin birinciliyilə bitdi. Onun üçün birinci gəlmək əhəmiyyətli deyildi. Roger dönüb saata baxdı . Orada yazılan rəqəm 3,59 idi.
Roger bacarmışdı. Bir il boyunca səy göstərdiyi, əmək sərf etdiyi hədəfinə çatmışdı. Roger zəfəri fiziki gücü ilə deyil, zehni gücü ilə qazandı.
 
Rogerdən sonra gələn bir çox idmançı da zehinin gücünü kəşf etməsi ilə inanılması mümkün olmayan rekorlara imza atdılar. Bir il içərisində eyni rekordu 300 atlet qırmağı bacardı. Artıq idmançılar qalib olmanın düsturunun 20% fiziki güc, 80% zehni güc olduğunu bildirlər.
 
 
Tərcümə etdi: Bəsti Mehraliyeva

ŞƏRH YAZIN