Rəqs Etmək Üçün Yaşayan Qız.

0
1833
Rəqs Etmək Üçün Yaşayan Qız.

Joseph  Blank – Reader`s  Digest- xəstəliyinin içində düşdüyü zaman, içindən yüksələn “daha” səsinə qulaq verib, sağalacağına inanan təkcə özü idi. Həkim ağır xəstələr servisindəki otağına gedib yatağının kənarına oturduğu zaman, saat axsam on idi. “Vəziyyət necə görünür?” deyə soruşdu. Həkimin cavab vermək üçün gözlədiyi müddət, iyirmi üç yaşındakı əsmər rəqqasa yüzillər kimi gəlmişdi. Çox zəif idi, normal çəkisinin çox aşağısına  düşmüşdü və incə qolları iynə izlərindən gömgöy olmuşdu. Həkimin ona verəcəyi bir pis xəbəri daha vardı. “Böyrəklərin iflas etmək üzrə” dedi səssizcə. Bundan sonra, həyatda qalmasının iki şeyə bağlı olduğunu başa saldı. Uğurlu bir böyrək nəqlinə ya da diyaliz aparatına bağlı yaşamasına... Norma vaxtı içi-içinə sığmayan bir gənc qız idi. Xəstəliyinə real bir münasibətlə yaxınlaşdı. Lakin həkim otaqdan çıxar-çıxmaz ana və atasına zəng vurub, aylardan bu tərəfə ilk dəfə hönkür-hönkür ağlamağa başladı. “Nə  olur olsun rəqs etməyə davam edəcəm” dedi hıçqıraraq. Həyatı boyunca tək arzusu rəqs etmək idi. Daha 3 yaşında olarkən evin içərisində rəqs etməyə başlamış  və rəqs dərsləri almaq istədiyini söyləmişdi. Orta məktəbdə olarkən özündən kiçik şagirdlərə  rəqs dərsləri verməyə başlamışdı. Daha sonralar isə bir neçə tamaşaların kareoqrafiyasını hazırlamışdı. Bu arada da professional bir rəqqas olmuşdu, caz, tap, akrobatik və müasir rəqslər.. hal-hazırda isə mənşəyi bilinməyən  “lupus erythematosus” (LE) adlı bir xəstəliyə yaxalanmışdı. Bu xəstəlik adətən, üzdə kəpənək formasında qaşıntı verən qızartılarla göstərir. Çox nadir hallarda isə həyati orqanları- böyrəkləri, qaraciyəri, ürəyi ya da beyini təhlükə altına alar. Səbəbi bilinmir, lakin on xəstənin doqquzu qadıındır. Çox xəstədə dərman müalicəsi işə yarayır və qısa müddət ərzində xəstəlik bütövlüklə yox olur. Digər tərəfdən xəstəlik böyrəklərə keçərsə, dərman müalicəsi ancaq limitli olaraq işə yarayar. Bu halda böyrək çatışmamazlığı tez-tez rast gəlinən haldır. Uşaq vaxtından LE əlamətləri göstərmişdi, cildindəki qızartılar günəşə çıxdığı zaman daha da aydın görünürdü. (Bu qalıcı xəstəliyi anasından almışdı, amma anasının narahatlığı cild səviyyəsində qalmış, heç irəliləməmişdi). Yetkinlik yaşına gəldiyi zaman xəstəliyi bədənsəl növə çevrildi, dirsəklərində və biləklərində ağrılara və barmaqlarında şişliklərə səbəb olmağa başladı. Ardınca, bir səhnə zamanı xəstəlik daxili orqanlarına və böyrəklərinə yayıldı. Səhnənin quruluşçu rejissoru ona kökəldiyini söylədi. Lakin bu doğru deyildi, hüceyrələri su tuturdu. Hardasa ac qaldığı bir dieta çaxlamasına baxmayaraq davamlı artıq çəki alırdı, şişmiş ayaqları ayaqqabılarına sığmaz olmuşdu. Əzələləri o qədər ağrıyırdı ki, diş pastasını sıxmaq üçün iki əlindən istifadə etmək  məcburiyyətində qalırdı. Amma iradəsi sayəsində hər axşam üç tamaşaya çıxmağa davam etdi. Sonra bir gecə səhnə arxasında, kürəyinə bıçaq kimi bir ağrı çökdü və qışqıraraq stulundan yuvarlandı. Evinə çatar-çatmaz, həkiminə zəng etdi. Həkim ona dərman və bir qidalanma proqramı yazdı və bir müddət dincəlməsini məsləhət gördü. “Yenidən rəqs edə biləcəksən” deyə söz də verdi.

Yazda işə qayıda biləcək güc toplamışdı. Amma bir vaxtlar limit tanımayan enerjisi uçub getmişdi və bir iyul axşamı çənəsinin altında bir şişliklə yenidən xəstəxanaya aparıldı. İndi də ağciyərlərinə yayılan “lupus erythematosus”, boğulmaya və şiddətli öksürəyə səbəb olurdu. Böyrəkləri də vəzifələrini yerinı yetirmirdi. Vücudunu, böyrəklərinin süzməyi bacarmadığı zəhərli qalıqlardan qurtarmaq üçün onu dializ aparatına bağladılar. Döş qəfəsi içərisinə yerləşdirdikləri və 36 saat ərzində dolub daşan boru, davamlı olaraq boşaldılırdı. Qanını təmizləmək üçün vücuduna taxılacaq bir plastik boru ilə, həftənin üç günü saxta böyrək vəzifəsini yerinə yetirən bir aparata bağlanması lazım idi, bu da səkkiz saat davam edən bir proses idi. Lakin ağlı yerindəydi. Bir neçə dəfə, iynəni qolundan çıxardıb, ayaq əzələlərini gücləndirmək üçün məşqlər etmişdi. Xəstəxana işçiləri axırda başına gələ biləcək  qəzalardan günahkar olmadıqlarına dair bir kağız imzalatmışdılar. Yay boyunca gənc qız qısa müddətlərlə evə göndərilirdi. Amma xəstəlik heç bir müalicəyə cavab vermirdi. Boynundakı qorxunc ağrılar dik oturmasına və yemək yeməsinə mane olurdu. Böyrək çatışmamazlığı təzyiqinin yüksək dərəcədə yüksəlməsinə gətirib çıxarırdı. Sentyabrın əvvəlində bir səhər evdə, uzanıb bacısı ilə söhbət edərkən şiddətli bir ağrı əmələ gəldi və bu dəfə çarpayıdan düşüb huşunu itirdi. Tələsik xəstəxanaya çatdırdılar. Bu krizdən sonra həkim, böyrəklərinin iflas etdiyini söylədi və axırda onu saxta böyrək aparatına bağlamaq üçün razı salmağı bacardı. Adətən, aparata bağlı olan boru , xəstənin ayağındakı  bir atardamara bağlanırdı. “Amma mən rəqqasam” deyə qarşı çıxdı. “Bu şeyin ayaqlarıma qoşulmasına icazə verə bilmərəm!” Beləliklə həkim, plastik borunu sol əl biləyinə bağladı. Ən sonunda uyğun bir orqan tapıldığı halda, böyrək köçürülməsinə qərar verildi. Anası, atası və bacısı böyrəklərindən birini verməyə könüllü idilər. Testlərdən sonra ən yaxşı seçim anası seçildi. Böyrək köçürülməsindən bir əvvəlki gecə  üç rəqqas dostu ona baş çəkməyə gəldi. “Kefli görünməyə çalışırdı” deyə söyləyir dostlarından biri. Qısa çəkən ziyarətlərindən sonra, dostları xəstəxananın pilləkanlarında durub, “heç vaxt sağala bilməz” deyərək gözyaşlarına mane ola bilməmişdilər. 
 
Səhərisi gün, anası ilə birlikdə 7 saat davam edən əməliyyatlar keçirdilər. Hər iki böyrəyi də alındı və anasının sağ böyrəyi ona köçürüldü. Ağır bir dərman müalicəsi aparılırdı. Sonunda böyrək vəzifəsini yerinə yetirməyə və yaraları sağalmağa başladı. Sağalmağı gözləyərkən xəstə yatağında heç bir şey etmədən qala bilməzdi, rəqsə davam etmək üçün mübarizə aparırdı. İlk əvvəllər yalnız bir neçə dəqiqə ayaq üstə qala bilirdi və bir addım atmağa ya da pilləkan çıxmağa çalışdığı zaman yerə yıxılırdı. Hər şeyə rəğmən xoşbəxt idi. Bir il sonra Universal City`dəki “Beynəlxalq Festival” ilə professional rəqs həyatına geri qayıtdı. Qorxurdu. “O qədər uzun müddət səhnəyə çıxmamışdımki, yıxılacağımdan qorxurdum”. Lakin mükəmməl bir performans göstərdi. Həkimi tamaşaçıların arasında oturub, onu alqışlayırdı.
 
Tərcümə edən: Cəlalə Yəhyalı
 

ŞƏRH YAZIN