Səndən Karikaturaçı Olmaz Dedilər Amma ...

0
3467
Səndən Karikaturaçı Olmaz Dedilər Amma ...

Gənc qəzetçi uzun illər qapı-qapı gəzərək çəkdiyi karikaturaları satmaq istəyir. Ancaq bütün qəzetlər az qala bir ağızdan (bir az da kobud ifadə ilə) ona eyni şeyi deyirdilər: 

“Səndən karikaturaçı olmaz. Yaxşısı budur, bu sənəti unut!”

Ancaq karikatura onun ən böyük xəyalı idi, onu necə unuda bilərdi? Bir də o,karikaturasını unutsa da, karikatura onu unutmurdu axı...

Nəhayət,bir gün xeyriyyə cəmiyyətlərindən biri gənci işə qəbul etdi. Ancaq bunun üçün onun bir emalatxanaya ehtiyacı var idi. Beləliklə, gənc həm orda işləyə, həm də yaşaya bilərdi.
Çox keçmədi ki, cəmiyyət köhnə zirzəmilərindən birini ona verdi. Ancaq zirzəmi sözün əsl mənasında, siçanların işğalı altında idi. Gənc burada həm işləməli, həm də yaşamalı oldu. Amma kim deyərdi ki, gün gələcək bu siçanlardan biri elə o gənc kimi bütün dünyada məşhur olacaqdı.

O gün gəldi. Hər kəs həm siçanı, həm də həmin siçan obrazını yaradan o insanı sevməyə başladı. Dünyanın hər yerində məşhur olan bu siçan Mikki Maus, gənc isə Uolt Disney idi...
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN