Sony Möcüzəsi

0
2007
Sony Möcüzəsi

Bütün dünyada tanına biləcək, hər dildə tələffüz edilə biləcək bir ad olmasını istədik.

SONY məğlun olmuş və xarabalığa çevrilmiş 1945-ci il Yaponiyasının  qarışıqlığının içində Masaru İbuka Sony`ni Tokiyoda quran zaman, bombalanmış və dağıdılmış köhnə bir mağazanın  qalıqları içində tərk edilmiş telefon təmiri otağını kirayələdi. Əlimdə özünün yığdığı 1600 dolları və yeddi işçisi var idi. İlk öncə nə olmalı idi? Görəcəyi işi  müəyyənləşdirməsimi? Məhsulları bazara çıxarması mı? Təzə müştərilər tapması mı? İbuka doğurdan da bu işlərə diqqətini yönəltdi. Sony "möhtəşəm fikir" ilə başlamadı. Masaru İbuka 1945-ci ilin avqustunda şirkəti quran zaman heç bir şəxsi məhsul fikri yox idi. Bundan əlavə İbuka və 7 işçisi şirkət qurulduqdan sonra nə istehsal edəcəklərinə qərar vermək üçün bir beyin fırtınası yaratdılar. Yaradılandan qısa müddət sonra şirkətə daxil olan Akio Moritoya görə "Kiçik qrup iclas keçirdi və həftələrcə şirkətin işləməsi üçün lazım olan pulu qazanmaq mövzusunda nə cür bir məhsul hazırlayacaqlarını müəyyən etməyə çalışdılar". 
 
Hazırlaya biləcəkləri bir çox məhsul üzərində düşündülər. Sony`nin ilk məhsul təşəbbüsü (sadə bir düyü bişiricisi idi) düzgün işləmədi; ilk diqqət çəkən məhsul olan bir maqnitofon da uğursuz oldu. İbuka hər gün yenilənən həyatda qalma mübarizəsinin problemləri ilə mübarizə aparan bir təşəbbüskar olaraq da diqqət çəkəcək  başqa şeylər də həyata keçirdi: Yeni qurulan şirkət üçün bir hədəf müəyyən olundu. 7 May 1946-ci ildə Tokiyoya köçməsindən  təxminən 10 ay sonra, şirkət üçün Sony ruhu deyə adlandırdığı hədəfini ortaya qoydu.
 
Sony bir qabaqcıl idi və əsla başqalarının arxasından getmək niyyətində deyildir. İnkişaf boyunca, Sony bütün dünyaya xidmət etmək istəyir. Hər zaman insanın bacarığına hörmət etmək və cəsarətləndirmək Sony`nin devzi olacaqdır. Və həmişə bir insandakı ən yaxşını ortaya çıxartmağa çalışacaq. Bu Sony`nin yaşama gücüdür. "Yaponiya mədəniyyəti"nin 
inkişafına səbəb olan texnoloji yeniliklərin zövqünü öz üzərində daşımaqdan və öz hədəfinin arxasınca getməkdən heç vaxt əl çəkməyəcəkdir. 1950-ci illərdə yapon məhsulları aşağı keyfiyyətli, dəyərsiz və ucuz mənasına gəlməkdə idi. Sony`nin ilk məqsədi sadəcə uğur qazanmaq deyildi. Eyni zamanda Yapon istehsalı məhsulların aşağı keyfiyyətli olduğu fikrini dəyişdirmək hədəfi də qoyulmuşdu. Şirkət axtarış və inkişafa çox önəm verirdi. 1993-cü ildə axtarış-inkişafa ayrılan büdcə miqdarı 2 milyard dollara çatmışdı. 
 
Şirkətin yeni məhsullar istehsal etməsi sayəsində 1992-ci ildə Yaponiyada xalqın 80%-nin video, 60%-nin də disk oxuducusu vardı. SONY şirkəti ilk gündən bəri örnək  alınacaq bir əzmlə, elektrik və əyləncə sektorunda bir çox yeniliklərə imza atdı. Uğurlu satış metodları ilə Sony bir dünya nəhənginə çevrilmişdir.
 



Tərcümə edən: Cəlalə Yəhyalı 

ŞƏRH YAZIN