3100 illik məzar

0
2458
3100 illik məzar

Hal-hazırda həyatda qala bilmək üçün hər birimiz bir dayaqdan tutmaq məcburiyyətindəyik, çünkü məqsədsiz insan kimdənsə asılı yaşamağa və yox olmağa məhkumdur.

Bügün hansı fərdi inkişaf təlimi kitabını açsanız sizə həyatı sevməkdən, hirsli olmaqdan, ümumiyyətlə uğur əldə etməkdən bəhs edir və sizə bunu sübut etmək üçün bir çox
nağıl danışır.
Lakin bizim burada danışacaqlarımız nağıl deyil, reallığın tam özüdür. Bu sözdə mədudiyyətsizlərin belə cəsarət edə bilməyəcəyi şeyləri həyatı sevməklə və bir işə yaramağın
verdiyi sevinclə uğur qazananların hekayəsini oxuyacaqsınız. İbrət yox örnək almaq üçün. Budur dünyadakı ən uğurlu əngəlli insanlar.
 


 

Ludwig van Beethoven
 
Ludwig van Bethoven, Almaniyanın Bonn şəhərində kasib bir ailədə dünyaya gəlmişdir. Alkoqol bir musiqiçi olan atasının sərt təlimləri nəticəsində  Bethoven kiçik yaşlarından 
ailəsinin yaşamına kömək etmək üçün kilsədə piano çalaraq işləməyə başlamışdır. 1972-ci ildə Viyanaya gedən Beethoven klassik musiqinin məşhur bəstəkarı Joseph Haydın 
yanında işləməyə başladı. Joseph Haydn qısa müddətdə Beethovenin qeyri-adi bacarğını gördü və hər mövzuda ona dəstək oldu. Beethoven, əvvəlcə bəstəkar olaraq deyil, 
pianoçu olaraq tanındı. Bundan sonra isə yaratdığı bəstələrlə klassik musiqinin 19-cu əsrin sonuna qədər yaşayan bütün musiqiçilərinə təsir etdi. Həyatı boyu sağlamlıq 
problemləri çəkən Beethoven 1801-ci ildə eşitmə problemi yaşamağa başlamış, 1817-ci ildə tamamilə kar olmuşdu. Bu vaxtdan etibarən  karlığı da musiqi həyatını heç bir şəkildə
geriyə aparmamışdır. Hətta hamımızın çox yaxşı tanıdığı 9-cu simfoniyanı kar olarkən bəstələmişdir. 1827-ci ildə 56 yaşındaykən dünyaca tanınan bir bəstəkar olaraq vəfat etmiş
və dəfninə otuz minə yaxın insan qatılmışdır.

Eli Bowen
 
Eli Bowen , Amerikanın Ohio əyalətində 1844-cü ildə dünyaya gəlmişdir. 10 uşaqlı bir ailənin son üzvü olaraq gəldiyi bu dünyaya gözlərini biraz əksik açmışdı, çünkü ayaqları
belinə bitişik idi, başqa sözlə ayaqları olması lazım olandan çıx qısaydı. Gəncliyində ailəsini yaşatmaq üçün tarlalarda yaşamağa başlayan Eli, əllərini istifadə etməkdə o qədər
ustalaşır ki, bir gün onu təsadüfən izləyən sirk sahibləri onunla işləmək istəyir.  13 yaşında Barnum və Bailey Circus tərəfindən işə alınan Eli Bowen, "Ayaqsız akrobat" olaraq
Avropaya gedər və adı qısa müddət ərzində bütün dünyaya yayılır. 26 yaşında Mattie adlı gənc bir xanımla evlənən Eli Bowen, dört sağlam uşaq sahibi olur. 2 May 1924-cü ildə
dünyanın ən məşhur akrobatı olaraq dünyasını dəyişir.

Erik Weihenmayer
 
13 yaşında olarkən görmə bacarığını  tamilə itirən Erik Weihenmayer, ölkəsində müəllimlik və güləş məşqçiliyi ilə məşğul olurdu. Adını tarixə keçirdiyi ilk hadisə 2001-ci ildə
Everestə qalxması oldu. Beləliklə dünyanın ən yüksək zirvəsi Everestə qalxan ilk görmə məhdudiyyətli insan oldu, amma bu onu saxlamadı və Hong Kong, İsveçrə, Tailand və 
Çilidə dünyanın ən yüksək zirvələrinə dırmandı. 2008-ci ildə 7 qitənin də ən yüksək zirvələrini görə bilən dünya miqyasında bir idmançı oldu. Bir çox jurnal və idman
qurumlarından mükafatlar alan Erik, Touch  the Top of the World adlı kitabı ilə bu məcaralarını sevənlərinə çatdırdı.

Jim Abbott
 
Jim Abbott, Amerikanın Michigan  əyalətində 1967-ci ildə dünyaya gəlmişdir. Anadangəlmə sağ əli olmayan Jim, uşaq vaxtı həvəslə bağlı olduğu beyzbola professional olaraq 10 
yaşında başladı. Litseydəki məktəb komandası ilə əyalət çempionatında  1\4 final oynadı. Ardınca 1985-ci ildə kolec komandasına seçildi və Michigan Universiteti beyzbol 
komandası forması ilə 1987-ci ildə Sullivan mükafatını alaraq ilin ən yaxşı həvəskar idmançısı seçildi. Növbəti il olimpiyadalarda ölkəsinə  bir qızıl medal qazandırdı. Amerikanın
ən məşhur komandalarından California Angels, Chicago White Sox və New York Yankessdə oynadıqdan sonra menicer oldu. Hələ də Amerikanın ən sevilən beyzbolçularından biri
olmaqda davam edir.

David Paterson
 
David Paterson 1954-cü ildə Brooklynda anadan oldu. Uşaqlıqda aldığı bir infeksiya nəticəsində sağ gözünü itirdi. Lakin bu vəziyyət onun xeyallarına çatmasına mane ola bilmədi.
1983-cü ildə litesyi  bitirdikdən sonra Kolombiya Universitetini qazandı və siyasətə qoşuldu. Ailəsi də aktiv siyasətlə məşğul olan Pateson, 23 ildə New Yorkun ən sevilən
siyasətçilərindən biri oldu və 2008-ci ilin Mart ayında aparılan seçimlərlə New Yorkun 55.ci meri oldu. 

Eşref Armağan
 
Ankarada yaşayan və anadangəlmə gözləri görməyən Eşref Armağan 41 ildir ki şəkil çəkir. Amerika və Avropada sərgilər açan Armağan, keçmiş Amerika prezidentlərindən
olan Clintonun portretini çəkmişdir. Köməkçisi Joan Eroncel ilə getdiyi ölkələrdə beynəlxalq ad qazanan Eşref Armağanınbeyin quruluşu Harvard Universitetində 
araşdırılmış və görmədiyi halda necə rəsm çəkə bilməsi elm adamlarına maraqlı gəlmişdir. Toxunuşları ilə görən Armağan, 1994-cü ildə Joan Eroncel adlı 30 il əvvəl Türkiyədə 
evlənmiş Amerikalı bir qadın ilə tanış olur və bu qadın sayəsində beynəlxalq ad qazanır.

Tərcümə edən: Cəlalə Yəhyalı
 

ŞƏRH YAZIN