Tarixin Qızıl Qadınları!

0
3580
Tarixin Qızıl Qadınları!

Tarixin bütün dövrlərində öz adlarını tarixə qızıl hərflərlə yazan qadınlara rast gəlinir.

Marion Donovan. Bu qadın uşaq dünyaya gətirdikdən sonra tez-tez çirklənən paltarla qarşılaşmağa başladı. Bundan sonra o çirkli paltarlarla mübarizə üsulu axtarışına çıxdı. 1951-ci ildə uşaq bezinin patentini alaraq adını tarixə yazdırdı və bütün dünya sakinlərini sözün əsl mənasında xilas etdi.

Lillian Moller Gilbret. Lillian “Superwomen” (Superqadın) adı ilə tanınıb. Buna səbəb isə onun 12 övladının olması olub. Sənaye mühəndisi olan Lillian qadınların həyatını asanlaşdıran mikser, soyuducunun qapılarındakı rəfləri icad edib.

Mari Flips Jacop. Qadınların əsas alt paltarı olan büsqalteri tapan ilk qadın olub. Mari 1914-cü ildə Amerika Patent Ofisinə müraciət edərək ixtirasına patent alıb.

Josefina Kokrane. İlk qabyuyan maşını tapan və patentini alan qadındır. Josefina əslində çox zəngin olub və ev işləri görməyib. O, bu ixtiranın patentini 1950-ci ildə alıb.

Stefani L.Kvolek. Heç evlenməyən və uşağı olmayan Stefanie özünü tamamailə kariyerasına həsr edib. O, 1963-cü ildə "kevlar" adlı materiyalı taparaq zirehli jileti icad edib.

Melitta Bentz.
İki uşaq anası Bentz avropalılar üçün önəmli ixtira edib. O, qəhvə filtrini tapan qadındır.

 


Korrekto: Əliyeva Aynur

ŞƏRH YAZIN