Xeyriyyəçi milyarder - Charles Koch

0
2920
Xeyriyyəçi milyarder - Charles Koch

Doğum tarixi: 01.11.1935-ci il

Doğum yeri: Uçito, Kanzas ştatı, ABŞ.

Vətəndaşlığı: ABŞ

 

Koch 1 noyabr 1935-ci ildə doğulub. Hazırda o Koch Industries Inc. şirkətinin direktorlar şurasının sədri və CEO-sudur. Forbes jurnalı onun sərvətini 17 milyard dollar olaraq qiymətləndirir.1961-ci ildən etibarən Charles Koch öz atasının işini davam etdirirdi və 2000-ci ildə Standard & Poor’s-in indeksi çox sürətlə artmışdır. Bu dövr ərzində Kochun sahib olduğu bütün sənaye sahələri kifayət qədər inkişaf edir. Həmçinin şirkət digər firmaların əldə edilməsi və genişləndirilməsi sayəsində inkişaf edir. Koch öz gəlirlərini artıraraq, inkişaf perspektivli şirkətlərə sərmayə yatırır.


Koch həmçinin biznes fəlsəfəsi, marketinq, işguzar söhbətlər və s. barədə kitabların müəllifidir. O Massaçusets ştatında Texnologiya İnstitutunu bitirmiş, 1957-ci ildə bakalavr dərəcəsini əldə etmişdir. 1958-ci ildə isə o, maşınqayırma ixtisası üzrə magistr dərəsəsini qazanmışdır.


Charles Koch bir xeyriyyə fondu yaratmış və onu öz adı ilə adlandırmışdır. Bu fond elmin humanitar, ictimai, sosial və iqtisadi sahələrini əhatə edir. Fond gənc sahibkarları müəyyən edib onlarda liderlik, azad fikirlilik kimi xüsusiyyətlərin yaradılması üçün nəzərdə tutulub. Koch həmçinin gənc sahibkarlara siyasi araşdırmalar, marketinq, qeyri-kommersiya əməliyyatları və bir çox başqa sahələr üzrə biliklərin aşılanmasına köməklik edir. Fond tələbələrin seçiminə çox ciddi yanaşır. Namizədlər bu xüsusiyyətlərə malik olmalidirlar: bakalavrdan az olmayaq təhsil dərəcəsi, ciddilik, dəqiqlik, əməksevərlik, liderlik bacarığı, sahibkarlıq ruhu və s. Kochun təhsil proqramı bir il müddətində davam edir və təqaüdçülər bir növ fondun işçisinə çevrilərək ondan əmək haqqı və sosial paket əldə edirlər.

 

ŞƏRH YAZIN