Özü Olmaq

0
4579
Özü Olmaq

Həyatda hər kəsin məqsədi bir gün xoşbəxt və uğurlu olmaqdır.Həm daxili həyatınızda,həm də xarici dünyanızda necə uğur əldə edəcəyinizi bilmək üçün bu bunları oxumadan keçməyin.

1.Öz ehtiraslarınızı təyin edin.
Müvəffəqiyyət əldə etməzdən öncə siz müəyyənləşdirməlisiniz ki, müvəffəqiyyət sizin üçün hansı mənanı daşıyır.Həyatda nə etmək istədiyinizi dərk etmək illər alacaq,ehtiraslarınızı, maraqlarınızı və dəyərlərinizi tapmaq sizə məqsədlərinizdə kömək olacaq və sizin həyatınıza məna verəcək.

2.Özünüzə aşağıdakı sualları verin :
Mirasınızın nə olmağını istəyirsiniz?
Başqaları tərəfindən necə xatırlanmaq istəyirsiniz?
Öz icmanızı necə daha yaxşı etmək istəyirsiniz?
Sizin maraq subyektləriniz nələrdir ?

3.Məqsədləriniz və onlara nail ola bilmək üçün nə edə biləcəyiniz haqqında bir siyahı tərtib edin.
Həm də qısa müddətli və uzun müddətli məqsədləri həll etmək üçün əmin olun, çalışın karyera-maliyyə məqsədlərini üstün düşünün.

4.Məktəbdə oxuyarkən hansı fənni və niyə sevdiyiniz haqqında düşünün.
Bu sizə ən yaxşı olmaq və ya daha maraqlı olmaq üçün yeni idealar verə bilər.
 
5.Məqsədyönlü yaşayın.
Arzularınıza nail olmaq məqsədi ilə olmaq istədiyiniz şəxs olun.Öz hərəkətlərinizə diqqət yetirməyə başlamalı olacaqsınız.Özünüzdən soruşun,mən mənə həyatda olmaq istədiyim yerdə öndə olmaq üçün nə edirəm?
Əgər siz özünüzü davamlı olaraq sıxıcı görürsünüzsə,gələcək və ya keçmiş barədə xəyallar qurur və ya gün sonunacan dəqiqələri sayırsınızsa,bu çox güman ki,etdiyiniz işdən əlaqənizi kəsmiş olduğunuz hissinə görədir.Karyeranızı və ya əsas yer tutan qayğılarınızı dəyişmək haqqında düşünün,ancaq unutmayın ki,bu dəyişikliklərdir,düşüncə deyil.Bəs bu iş özünüzü dəstəkləmək üçün kifayət qədər yetərlidirmi?Bu sonda sizi bezdirən bir şey ola bilərmi?Həqiqətən də bu iş üçün öhdəlik götürmək istəyirəmmi?

6.Zamanınızı qoruyun.
Çalışın ki,öz boş zamanınızı ziyan etməkdənsə,sizi sevindirən şeylər etməyə sərf edin.Məsələn;həftə sonunuzu televizora baxaraq keçirtmək yerinə, hobbilərinizlə və ya sevdiklərinizlə vaxt keçirin.
“İtmiş zaman” anlayışının nisbi olduğunu unutmayın.Ənənəvi mənada heç də etdiyiniz hər şey ürəkdən olmalı deyil, ancaq cəlbedici və əyləncəli olmalıdır. 

7.Zamanını idarə et.
Son dəqiqəyə qədər əhəmiyyətli vəzifələrin ertələnməsi lazımsız stressə səbəb olar və səhvlərin çox olma ehtimalını artırar.Zamanınızı idarə edin ki,bir işi effektiv şəkildə bitirmək üçün kifayət qədər vaxtınız olsun.

8.Gün,həftə və ay ərzində nəzərdə tutulan işlər üçün kağız və ya elektron planlayıcı istifadə edin.
Müəyyən bir gündə etməli olduğunuz işlərin bir siyahısını tərtib edin və bunu tamamlayana qədər hər bir işi yoxlayın.Bu sizə təşkilatçılıqda və motivasiyada kömək olacaqdır.

 

Korrektə etdi: Günel İbadova

 

 

ŞƏRH YAZIN