Çin atalar sözü - Uğur insana, bəlkə, çox şey öyrətmir, amma uğursuzluq çox şey öyrədir.
German Martin - məğlubiyyətə uğrayanda ümidsizliyə qapanma. Hər uğursuzluqda bir qələbə arzusu yatır.
Sent Ekzüperi - Uğursuzluqlar güclülərə daha da güc verir.
Andre Jid - yaxşı başlanğıc uğurun yarısıdır.
Jül Renar - bəxtəvər o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o, artıq həyata keçirib.
Benjamin Dizraeli - hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik olmaz.
Teodor Ruzvelt - harda olursunuz olun, əlinizdəkilərlə edə biləcəklərinizi edin.
Sartr - insan sahib olduqlarının deyil, reallaşdırmaq istədiklərinin cəmidir.
Ben Svitland - uğur gedilən yoldur, çatdığın məkan deyil.
Mark Tven - insan əxlaqı kitablardan yox, təcrübələrdən öyrənir. Uğurun sirri işi bayrama çevirməkdir.
Tomas Edisson - edə biləcəyimiz hər şeyi etsəydik, buna özümüz də təəccüblənərdik.
Lev Tolstoy - Uğurun asılı olduğu yeganə şərt səbrdir.
Lao Szı - min kilometr uzunluğunda olan yol sadəcə bir addımla başlayır.
Şarlotta Bronte - xoşbəxt olmaq qabiliyyəti elə özümüzdən asılıdır.
Zərdüşt - Başqaları xeyrinə yaxşı iş görmək vəzifə deyil, zövqdür. Çünki sizin sağlamlığınızı və səadətinizi artırır.
Korrektor: Əliyeva Aynur