Uğur Qazanmış Sahibkardan Məsləhətlər!

0
2095
Uğur Qazanmış Sahibkardan Məsləhətlər!

Yapon əsilli amerikan iş məsləhətçisi, Alltop.com və "Garage Technology Ventures"in ortaq qurucularından olan Qay Kavasaki öz sahəsində olduqca uğurlu şəxsdir. Dünyaca məşhur olan sahibkar uğurunun sirlərini bölüşür və bu yolla biznesmenlərə öz tövsiyyələrini çatdırır.

1. Fikrinizi pul axınına yönəldin. Qapıları pullar açır və hesabı ödəyir. “Satışlar hər şeyi həll edir”.

2. Hər gün xırda uğurlara nail olun. Məqsədinizə kiçik addımlarla çatın. Mən də bir vaxtlar belə güman edirdim ki, böyük uğurlara qısa müddətdə nail olmaq olar. İndi isə buna inanmıram: mütəmadi olaraq öz bacarıqlarınızı hər hansı bir sahədə sınaqdan keçirmək lazımdır. Qəzetlər “sürətlə əldə edilmiş uğurlardan” ona görə yazırlar ki, bu çox nadir hallarda baş verir.

3. Ən əsası – hərəkətə keçin.

Mən də əvvəllər düşünürdüm ki, ağıllı olmaq, şanslı olmaqdan daha yaxşıdır. Mən yenə də fikrimi dəyişmişəm. Lakin bu heç də o demək deyil ki, axmaq olmaq lazımdır.

4. Yalançı ekspertlərə qulaq asmayın. Bazara yeni məhsul və yaxud xidmət çıxardıqda onlar sizə deyəcəklər ki, buna tələbat yoxdur, bunlar yaxşı satılmayacaq və yaxud sənin rəqiblərin çox olacaq. Hətta ən adi biznesdən belə pul qazanmaq olar. Başqa sözlə desək, onların dediklərinin heç bir mənası yoxdur. Əgər onlara qulaq asmağa üstünlük verirsinizsə olduğunuz yerdə qalmağa və irəli heç bir addım atmamağa hazır olun.

5. Heç vaxt heç kimdən özünüz etməyəcəyiniz şeyi etməyi tələb etməyin. Bu müştərilərinizə və əməkdaşlarınıza aiddir. Əgər siz bu prinsipə riayət etsəniz demək olar ki, hər zaman yaxşı reputasiyanız və sizdən razı müştəriləriniz olacaq.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN