Uğura gedən yolda etməməli olduqlarınız

0
3401
Uğura gedən yolda etməməli olduqlarınız

Məşhur marketoloq Den Valdşmidt bizneslə bağlı qeyri-standart ideyalara sahib olmaq və özünü inkişaf etdirmək, daha da təkmilləşdirmək məqsədi daşıyan insanlara aşağıdakı məsləhətləri verir:

1. Heç vaxt biznes-plan hazırlayarkən "onsuzda bəxtim gətirəcək, şans üzümə güləcək" kimi bəhanələrlə özünüzü ovundurmayın.

2. Həyat çox qısadır. Onu pis əhval-ruhiyyəyə sərf etməyin.

3. Heç vaxt xırda məsələlərə görə narahatlıq keçirməyin.

4. Heç kimin uğursuzluğuna sevinməyin.

5. Heç vaxt yeni biliklər qazanmağı, ağıllı məsləhətlər dinləməyi və insanları öz ardınızca aparmağı unutmayın.

6. Uğura doğru addmlamaqda sizə kömək edən insanlara təşəkkür etməyi və minnətdarlıq duymayı unutmayın.

7. Heç vaxt fasilənin tənbəlliyə çevrilməsinə icazə verməyin.

8. Heç vaxt mübarizədən qaçmayın.

9. Verdiyiniz dəyərə layiq olmayan heç bir şey üçün mübarizə aparmayın.

10. Məqsədinizə aparan yoldan heç vaxt dönməyin.

11. Heç bir xətanı düzəlişi mümkün olmayan böyük bir səhvə çevirməyin.

12. Dünyaya göz açdığınız torpağı unutmayın.

13. Heç vaxt qürurunuza yenilməyin. Yardım istəməkdən çəkinməyin.

14. Xırda şeylərə görə özünüzü gözdən salmayın.

15. Heç vaxt yaxınlarınıza və sevdiklərinizə bir xoş söz deməyə vaxt tapmayacaq qədər məşğul olmayın.

16. Hər zaman qəlbinizdə uğur qazancağınıza dair bir inam olsun. O inamı itirməyin.

17. Heç vaxt hakimiyyətin və ya pulun sizin mənliyinizə hakim kəsilməsinə icazə verməyin.

18. Çalışın, qorxu heç vaxt sizi yolunuzdan döndərməsin. Uğura aparan yol nə qədər mürəkkəb olsa da, hər zaman bu yolda qətiyyətlə addımlamağı bacarın.

 

ŞƏRH YAZIN