Uğurun Sirri Səbrdir.

0
3029
Uğurun Sirri Səbrdir.

Uğurun sirri nədədir?
Bəzi insanlara görə tez bir zamanda az nailiyyət qazanmaqdansa,bir az gözləyib və daha artıq çalışıb böyük nailiyyətlər əldə etmək müvəffəqiyyətin açarıdır.Bu o deməkdir ki,insan indi üçün olan mükafatdan gələcəkdə əldə edəcəyi nailiyyət xətrinə bir müddətlik əl çəkməlidir.Sadə bir nümunə göstərək: siz bir müddət qeyri-sağlam qidadan uzaq gəzirsiz və bir neçə ay sonra heç bir artıq çəkiniz qalmır.

1972-ci ildə bir təcrübə həyata keçirildi.Bu  təcrübə vasitəsilə uşaqların dözümləri yoxlanıldı.Onların qarşısına 1 ədəd zefir qoyulur.Əgər onlar zefiri həmin an deyil,15 dəqiqə sonra yesələr,o zaman əlavə olaraq,bir zefir də almış olcaqdılar.Sonra uşaqları gizli kamera yerləşdirilmiş otaqda tək qoyurlar.Uşaqların əksəriyyəti gözləyə bilmir və zefiri yeyirlər.Lakin uşaqların bəziləri 15 dəqiqə gözləyib 2 zefir əldə edə bildilər.Təcrübədə  iştirak edən uşaqların həyatını 30 il sonra müşahidə etdikdə tədqiqatçılar gördülər ki,səbr edənlər və ikinci zefiri qazananlar sonrakı həyatlarında da müvəffəqiyyətli oldular.Onlar məktəbdə yüksək nəticələr əldə etmişdilər,kollecə daxil olmuşdular.Artıq çəki ilə bağlı elə bir ciddi problemləri olmamışdı və yetkin yaşa çatanda da xeyli pul qazana bilmişdilər.Səbr etmək sanki bir növ özünü idarədir.Bundan fayda əldə etmək mümkündür.Odur ki, müvəffəqiyyətə nail olmaq üçün bundan istifadə etmək olar.

Təcrübədə uşaqlar zefirdən fikirlərini yayındırmaq üçün müxtəlif üsullardan istifadə edirlər.Zefiri görməsin deyə bəzisi gözünü yumur,digəri üzünü digər tərəfə çevirir,o biri başqa tərəfə baxır ki,fikri zefirdən yayınsın.Əlbəttə ki,bunlar uşaqsayağı fəndlərdir, ancaq bunlar işə yarayır.Bu uşaqlar gənc yaşlarından özlərini idarə etməyi bacardıqları üçün çox xoşbəxtdirlər.Ancaq bəzi insanlar inanır ki,yetkin insan da məşq etməklə özünü idarə etməyi inkişaf etdirə bilər.Bunun nəticəsində onlar daha müvəffəqiyyətli olarlar və məqsədlərinə tez çatarlar.

 
Korrektə etdi: Günel İbadova
 
 
 
 
 

ŞƏRH YAZIN