Zehin Və Bədən İşlərinə Nümunələr

0
1905
Zehin Və Bədən İşlərinə Nümunələr

Effektiv ünsiyyət uğurun açarıdır demək olar.  

Hələ qədim zamanlarda nitq yaranmamışdan əvvəl insanlar bədən dili ilə, müxtəlif səslərlə, müxtəlif rəsmlərlə ünsiyyət qurardılar. Bu onu göstərir ki, ünsiyyət qurmamaq mümkün deyil və danışmadan da sadə bir baxış ilə günümüzdə bir çox insanlarla ünsiyyətdə oluruq.
 
Effektiv ünsiyyəti bilmək insanlarla ahəng qurmaq, fikrini qarşındakı insana düzgün başa düşəcəyi şəkildə çatdırmaq  istədiyin cavabı almaq və hədəfinə daha tez çatmaq deməkdir. İki diplom, beş sertifikat sahibi müəllim olsanız belə, bildikləriniz tələbənin beynində “OKEY”lənmirsə, deməli, problem bilikdə deyil, ünsiyyətdədir. 
 
Ünsiyyət  insanlara verilmiş resurslardan biridir. Bu resurs ilə biz hədəflərimizə çata bilirik. Lakin, ünsiyyətimizi təkmilləşdirib, “Effektiv ünsiyyət” adlı resurs yaradaraq, hədəflərimizə daha tez çata bilərik.
 
 
Ülvi Əlimərdanov
NLP Master
  
 

ŞƏRH YAZIN