Evlilik ...

0
1987
Evlilik ...

Ünsiyyət qurma bacarığı – müasir zamanda insana ən çox gərəkli olan səriştələrdən biridir.Əksər vakansiyalarda –savadlı ünsiyyət qabiliyyəti tələb olunur –belə ki, bu yaxşı məhsuldarlıq üçün mütləq xarakter daşıyır. 
Anadan gəlmə xarizmatik xüsusiyyətlər və ünsiyyət qabiliyyəti ilə doğulan insanların işi daha rahatdır. Bəs qalanları, təbiətin bu bəxşişindən məhrum olan digər insanlar necə etsin?
Beləliklə uğurlu ünsiyyət nədən ibarətdir?
Hər şeydən öncə özünə inam. Bununla siz özünüzün bir tərəfdaş kimi nə qədər güvənli olduğunuzu göstərirsiniz.Daxili əminlik sanki xüsusi bir enerji kimi sizin çöhrənizdə şəfəq saçır və sizin əməkdaşlığa hazır olduğunuzu, həmçinin sizin dərhal məsələnin məğzini çözən işgüzar adam olduğunuzu göstərir.
Uğurlu ünsiyyətin ikinci sirri etibar üzərində dayanır. Həmsöhbətin gözlərinə dik baxmaq çox vacibdir.Beləliklə siz göz (vizual) kontakt qurmuş olursunuz.Əgər insan gözlərini yayındırırsa ola bilsin ki,o ya yalan danışır,ya da söhbət onu maraqlandırmır.
İnsanın öz adı kimi başqa heç bir söz onun könlünü oxşaya və ona müsbət təsir bağışlaya bilməz. Məhz buna görə də uğurlu ünsiyyətin üçüncü sirri tez-tez həmsöhbəti öz adı ilə çağırmaqdır.Amma nəzakətliliyi unutmayın. Əgər sizin müsahibinizə münasibətləriniz olduqca ciddi-işgüzar səviyyədədirsə,onu qardaşsayağı “Eliş” deyil,“Elşad müəllim” və ya“Elşad bəy” çağırmaq daha yaxşı olardı.
Heç kəsə başqaları haqqında söhbətə qulaq asmaq maraqlı deyil.Ona görə də həmsöhbətinizə qarşı maraq nümayiş etdirin. Beləliklə, siz də onun marağını qazana biləcəksiniz.Ona görə də insana özü haqqında danışmağa icazə verin, onun həyatına dair suallar verin.Bu müvəffəqiyyətli ünsiyyətin dördüncü sirri olacaqdır
Zəruri olan digər amil sualları düzgün seçmək və söhbəti lazımı istiqamətdə qura bilməkdir.Bu sizə arzuolunmaz boşluq və fasilələrdən yaxa qurtarmağa icazə verir. Buna görə sual vermək səriştəsini inkişaf etdirmək olduqca əhəmiyyətlidir, çünki bu suallar onlara daha ətraflı cavab verməsini tələb edir. Bu zaman qapalı –yəni yalnız “hə” və ya “yox” cavabının verilməsi tələb olunan suallar vermək məqsədəuyğun deyil.
Maraqlı insan təsiri bağışlamaq üçün – geniş dünya görüşünə və hərtərəfli biliklərə sahib olmaq lazımdır. Yüksək intellektli insan ilə ünsiyyətdə olmaq daha çox zövq bağışlayır və hər iki tərəfə daha faydalı olur. Siz söhbəti davam etdirmək üçün ikiniz üçün də ortaq olan yeni mövzular tapa bilərsiniz.
Son olaraq uğurun ən vacib sirri riskdir.Əksər hallarda biz sadəcə uğursuzluqdan ehtiyat edərək-uduzmaqdan qorxduğumuz üçün -nəyisə etməkdən ümumiyyətlə imtina edirik. Biz zəng etmir, yaxınlaşmaq üçün addım atmır, sual vermir və təklif irəli sürmürük. Rədd cavabı bizi qorxudur.
Lakin bu zaman biz hərəkətlərimizə müsbət reaksiya verilə biləcəyi ehtimalını unuduruq.Ona görə də bəzən risk etmək olduqca zəruridir.
Sadaladığımız nüanslardan başqa uğurlu ünsiyyət üçün praktika lazımdır.Beləliklə,siz öz qabiliyyətlərinizi itiləyə və həyatı vacib təcrübə əldə edə bilərsiniz.
Özünüzü xoşməramlı və səmimi aparmağı unutmayın.Gülümsəyin, belə olduqda siz parlaq və işıqlı şəxsiyyət olacaq və insanları özünüzə cəlb edəcəksiniz. Və ya əksinə, siz neqativ emosiyaları özünüzdə cəmləsəniz, insanları özünüzdən uzağa itələyəcəksiniz.

Korrektə etdi:Günel İbadova

 

ŞƏRH YAZIN