Aqressiv uşaqlara necə kömək edək?

0
2168
Aqressiv uşaqlara necə kömək edək?

 Uşağınızda heç sevmədiyiniz kobud rəftarlar sezirsiniz. Səbəbi sizi çox maraqlandırır və nə edəcəyinizi bilmirsinizsə, o zaman bizi dinləyin.


Uşağın belə rəftarı səbəbsiz deyil. Əvvəla, uşaq bu hərəkəti ilə valieynin diqqətini cəlb etmək istəyir. Ən pis halda, bu rəftarın arxasında qəzəb dayanır. Bəzən uşaq yalan danışır, oğurluq edir, başqa pis işlərə əl atır və bütün bu işlərdən valideynin xəbərdar olmasını istəyir. Bilərəkdən belə işlərə əl atan uşaq, sözsüz ki, valideynin diqqətini cəlb etmək istəyir. Cəmiyyətin diqqətini cəlb edən işlər uşaq üçün bir vasitə olur. O, diqqət mərkəzində olmaq üçün hətta polisi də işə qatır. Uşaq bütün əziyyətlərə razıdır, təki valideynin diqqətini cəlb etsin.

Uşağın belə rəftarı ondakı daxili ağrılardan doğur. Çox güman ki, o, valideynin sevgisindən məhrum olmaqdan qorxur. Bu vəziyyət, adətən, uşağa kifayət qədər vaxt ayıra bilməyən ailələrdə yaranır. Belə uşaqlar ətrafdakı uşaqlara qarşı aqressiv olurlar. Onda özünü göstərməyə meyl yaradan sevgiyə olan ehtiyacdır. Ətrafdakılar belə dikbaş uşağın burnunu ovmaq istəyirlər. Əslində o sevgiyə möhtacdır. Burnu ovulanın isə ehtiyacı daha da artır.

Bəs kobud rəftarlı uşağa necə kömək etmək olar?

Əvvəlcə, uşağı bu həddə çatdıran səbəbi tapılmalıdır. Tez-tez müxtəlif mənfi hərəkətlərə yol verən uşağın hər kobudluğunun səbəbini tapmaq üçün vaxt dar olsa da, bu səbəbləri tapmaq zəruridir. Əgər bu kobudluğun əsas səbəbi uşağın özünü göstərmək istəyidirsə, problemi həll etmək mümkün olacaq. Onu həmişəkindən daha çox və daha diqqətlə dinləməyə çalışın. Çalışın ki, onun dərdlərinə şərik olmaqla başqalarına üz tutmasının qarşısını alasınız. Övladınızın taleyi, sözsüz ki, hamıdan çox sizi narahat edir. Başqaları məsuliyyət hiss etmədiyindən uşağa yanlış məsləhətlər də verə bilər. Əgər siz övladınızla vaxtında yaxın münasibət yarada bilməsəniz, onun şəxsiyyəti məhv ola bilər.

Valideynin diqqətsizliyi ilə qarşılaşmış uşaq özünü göstərmək üçün istənilən bir yola əl ata bilər. Bəzi uşaqlar dostlarının diqqətini cəlb edib, onları həyəcanlandırmaq üçün ağlasığmaz yalanlar uydururlar. Onlar bu yalanları elə həvəslə quraşdırırlar ki, hətta özləri də inanmağa başlayırlar. Uşaq diqqəti cəlb etmək üçün cinayətə əl atır, oğurluq edir, dava-dalaş salır, adam bıçaqlayır. Bu uşaqları cinayətə sövq edən başlıca səbəb özünü göstərmək həvəsidir. Belə uşaqlar məhz valideyni narahat etmək üçün cinayətə əl atırlar.

İfrat itaətsizlik yaş artdıqca daha da dərinləşir. Belə vəziyyətlərdə valideyn əlində bir iş gəlmədiyini görərsə, yeganə iş mütəxəssisə müraciət etmək qalır.

ŞƏRH YAZIN