İdeal olmağa çalışmayın!

0
1678
İdeal olmağa çalışmayın!

 Bəzən uşaq sahibi olan ailə başçıları valideyn olmaqdan daha çox ideal valideyn olmağa çalışır. Amma ideal valideyn olmaq arzusu heç də həmişə müsbət sonluqla qurtarmır.


Science Daily qeyd edir ki, yeni valideyn olanlar tərbiyə məsələlərində istədikləri ideal valideyn roluna girməyə çətinlik çəkirlər. 

Araşdırmalar göstərib ki, analar valideyn qayğılarından aşağı dərəcədə də olsa özlərinə arxayın ola bilirlər, lakin atalar ətrafdakıların onların üzərində diqqətinin olmasını əsas gətirərək daha çox stress keçirirlər. 

Oqayo universitetinin əməkdaşı Meqan Li bildirib ki, kamilliyə çatmaq istəyi birmənalı qarşılanmamalıdır. Belə ki, ətrafdakı insanların sənin haqda ideal valideyn olmağını düşünmək üçün bu addım atılırsa, qeyd olunan hal ailədə ancaq müxtəlif narahatlıqlara səbəb ola biləcək. əgər ata addımlarına özü narazılıq bildirirsə bu elə də pis nəticələnmir. 

Meqan li öz həmkarları ilə birlikdə 2008-2010-cu illər ərzində ailə qurub valideyn olan 182 cütlüyü araşdırmaya cəlb ediblər. Araşdırma zamanı onlara ailədə sosial vəziyyətin müəyyən edilməsi üçün xüsusi testlər paylanılıb. Körpənin doğulmasından 3 ay sonra həmin cütlüklər yeni valideyn münasibətlərinə çətinliklə alışdıqlarını qeyd edən cavablar veriblər.

ŞƏRH YAZIN