Time Menecment

0
4280
Time Menecment

 Övladın ilk addımı, ilk gülüşü, ilk sözü ... bunların hər biri valideyn üçün önəmli amildir. Amma bəzən bütün valideynlərin səbirsizliklə gözlədiyi bu anlar gecikir və valideyn təlaşa düşür. İndi övladın ilk sözündən danışacağıq. Əgər övladınız hələ də dil açmayıbsa, ilk sözünü deməyibsə o zaman bunları bilməyinizdə fayda var. 


Bu damaqda yaranmış xəstəlik, dil böyüklüyü, eşitmə ilə bağlı qüsurlar və s kimi problemlərdən doğur

Bəzi fiziki və psixoloji narahatçılıqlar, uşaqlarda nitqlə bağlı ciddi problemlər yaradır. Lakin bu tip problemlər valideynlərin qayğısı və həkimlərin müalicəsi ilə aradan qaldırıla bilər. 

5 ilə yaxındır ki, danışmayan övlad şorbasından bir qaşıq içdikdən sonra “ bu şorba soyuqdur”, deyəndə ana sevincindən özünə saxlaya bilmədi və övladını bağrına basdı. Göz yaşlarını saxlaya bilməyən qızından soruşduqda ki, “ qızım bəs bu günə qədər niyə danışmırdın?” cavab çox maraqlı oldu. Valideynlər qızlarının danışması üçün müraciət etmədikləri yer qalmamışdı. Eyni halda övladlarının bütün istədiklərini yerinə yetirmişdilər. Ananın sualına uşağın verdiyi cavab onun danışmasından da təəccüblü oldu: “ Ana ona görə danışa bilmirdim ki, bu günə qədər hər şey mən istəyən kimi olurdu”. 

Təbii ki, danışa bilməyən bütün uşaqların dərdləri eyni deyil. Bunun fiziki və psixoloji səbəbləri var. 

Mütəxəssislərin fikrincə uşaqların danışmamasının bir neçə səbəbi var. Bu damaqda yaranmış xəstəlik, dil böyüklüyü, eşitmə ilə bağlı qüsurlar və s kimi problemlərdən doğur. 

Mütəxəssislər bu tip problemlərlə bağlı qulaq, burun, boğaz həkimlərinə müraciət etməyi məsləhətə görürlər. Ümumiyyətlə uşaqlar üçün danışma dövrü 5 yaşına qədər olduğu bildirilir. Uşaqların tez bir zamandn danışması üçün valideynlərin üzərinə çox böyük məsuliyyət düşür. Belə ki, valideynlər övladlarında özlərinə inam hissini yüksəltməyə çalışmalıdırlar. 

Uşaqlar danışma tezliklərinə görə bir-birindən fərqlənə bilərlər. Valideynlər uşaqlarının hansı yaşda danışmağa başlamasını bilməlidirlər. Uşaqlarla danışarkən diqqət etmək lazımdır ki, ünsiyyət qurulan yer çox səs-küylü olmasın. Bununla uşaq ən azı öz danışığını eşitməli olacaq. Eyni halda, körpə danışarkən onun sözlərinə reaksiya vermək və onun üzünə baxmaq lazımdır. Nağıl kitablarının oxunması uşaqların nitqinin formalaşmasına təsir göstərən ən mühüm amillərdən biridir. 

Bəs hansı vəziyyətlərdə uşağın nitqi ilə bağlı mütəxəssisə müraciət edilməlidir? 

- Ailə üzvlərindən kiminsə danışığında qüsur varsa.
- Övladınızın danışdığı sözləri anlamırsınızsa
- Uşağınızı bəzi hərfləri ifadə edə bilmirsə
- Öz yaşıdlarına nisbətən dil açması gecikirsə
- Ona verilən göstərişlərə reaksiya vermirsə

Kəkələmə, sürətli danışma kimi problemlərlə də əlaqədar həkimə müraciət edilməlidir. Körpənin danışma müddəti müxtəlif yaş dövrlərində müxtəlif cür olur
 
- 6 ayına qədər körpə yalnız səslərə reaksiya verir. O, həmin səslərə gözləri və başının hərəkəti ilə reaksiya verərək, öz-özünə səs çıxarır.
- Körpə 12 aydan sonra sadə dillə “ana”, “ata”, “dədə” kimi sözləri söyləməyə başlayır. 
-18 aydan sonra isə uşaq çox sadə cümlə və əmrləri başa düşməyə başlayır. Eyni halda tanıdığı əşyaları adlandırır. Söz bazası getdikcə genişlənir.
-24 aydan sonra isə uzun cümlələri başa düşməklə yanaşı öz adını söyləyə bilir. Digər tərəfdən 2-3 sözlü cümlələr də qura bilir. 
-36 aydan sonra isə uşaq sadə hekayələri baş düşür və suallar soruşmağa başlayır. 
-48 aydan etibarən isə uşaq normal cümlələr quraraq lazımı formada danışmağa başlayır.

ŞƏRH YAZIN