Övladınıza Güvəndiyinizi Hiss Etdirin!

0
2043
Övladınıza Güvəndiyinizi Hiss Etdirin!

“Uşaq güvəndiyimizi hiss etməlidir!” deyən Psixiatr Dr. İbrahim Bilgen bu məsələ ilə bağlı düşüncələrini paylaşdı:  Bu günə qədər bir çox ata – ana və gənclə birlikdə müxtəlif problemləri həll etmək yolunda birləşdik. Ata – anaları dinlədim, gəncləri dinlədim. Bu çox fərqli duyğudur. Bir tərəfdən övladının yaxşılığı üçün çırpınan valideynlər, digər tərəfdə valideynlərinin güvənini qazanmağa çalışan gənclər. Artıq demək olar ki, hər terapiyada valideynlər uşaqlarına deyil, ətrafa güvənmədiklərini dilə gətirirlər. Düzdü mühit bəzən təhlükəli ola bilir. Çox sayda avtomobil qəzaları olur, insanlar maşınları sürətlə və diqqətsiz idarə edirlər. Amma bu səbəbdən heç birimiz avtomobili bayıra çıxartmamaq kimi bir şey düşünmürük. Sadəcə sənə güvənirəm deməklə olmur. Bu hər şeyə ildə bir dəfə dəyər verdiyimiz xüsusiyyətmiz ki var... Anamızın dəyərini analar günündə, müəllimlərimizin dəyərini müəlimlər günündə, atamızın dəyərini də elə həmin gün bilirik. Səhəri günə isə bundan əsər - əlamət belə qalmır. Bəs cəmiyyət olaraq yaşadığımız bu güvənsizlik duyğusu nədən qaynaqlanır? Sənə güvənmirəm demək çətindir yoxsa hiss etmək və ya tətbiq etmək? Bilmirəm siz necə düşünürsüz amma məncə ən çətini hiss etdirməkdir. Bəlkə də buna görə ən asana qaçırıq. Nə hiss etdiklərini belə bilmədən nəsihətlər veririk, başqaları ilə müqayisə edir, bəzən də təhdid edirik. “Sənə güvənirəm” deməklə problem həll olmur. Bunu tətbiq etmək lazımdır. O insana ona güvəndiyimizi hiss etdirməliyik ki, o da özünə güvənsin. 

Gəncələrə güvənilmir... Dolayısıyla gənc də özünə güvənmir, gələcəkdə ata, ana olurlar. Onlar da öz övladlarına güvənmirlər. Hər nə qədər əvvəllər mən bunları öz uşağıma qarşı etmərəm desələr də...  doğulan o uşaq da özünə və gələcək övladına güvənmir. Bu hekayə beləcə davam edər. Bu problemin nə başı nə də sonu var. Işin ən pis tərəfi də elə budur. Heç kim bu problemə nöqtə qoymur. Çünki gənclər də ata – anasının güvənməsi üçün” mən nə edirəm? “ deyə sual vermirlər. Bir insana güvənmək onun da sərhədləri olduğunu bilmək deməkdir və o sərhədlərə sırf onu biz dünyaya gətirdik deyə öz istəyimizlə daxil olmaq demək deyildir. 
 
 
 
HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN