Uşağa verilən adlar ...

0
2201
Uşağa verilən adlar ...

 Hər körpə qatıldığı ailəyə yeni can, yeni nəfəs gətirir. Onun dünyaya gəlişi ilə sevincin həddi hüdudu olmur. Lakin ad qoymaq məsələsində çox vaxt gənc analar məyusluğa düçar olurlar. Adətən, uşağa ad qoyulması haqqı ata tərəfə verilir, onlar da ananın heç bir arzusunu nəzərə almadan uşağa istədikləri adı qoyurlar, bu da çox vaxt ananın ürəyincə olmur, bunu biruzə verəndə isə böyük qalmaqal qopur, kəskin narazılıq yaranır. Elə ailə var ki, gəlin qızına qaynananın adını qoymadığına görə, baxmayaraq , üçüncü uşaq dünyaya gəlib, hələ də qaynana gəlinlə küsülüdür.


Sevimli peyğəmbərimiz Məhəmməd (s.ə.s) buyurmuşdu ki, uşaqlarınıza gözəl adlar qoyun. Çoz təəssüf ki, bir çox ailələrdə valideynlər bu gözəl hissdən məhrum olurlar, uşaqlarına arzuladıqları adı qoya bilmirlər. Burada isə haqqı tapdanan ən çox ana olur. Aydın məsələdir ki, uşağın üstündə ananın haqqı daha çoxdur. Onu min bir əziyyətlə dünyaya gətirən, böyüdüb boya başa çatdıran, tərbiyə verən məhz anadır. Uşaqla ünsiyyətdə ən çox ana olur, bu o deməkdir ki, onun adını da ən çox ana çağırır. 
 

ŞƏRH YAZIN