Uşaqlara Pis Özləri Necə Unutduraq?

0
1885
Uşaqlara Pis Özləri Necə Unutduraq?

Uşaqlar hələ az yaşlarında yaxşı,pis demədən eşitdikləri bütün sözləri dilinə həkk edər. Bəzən valideynlər nə qədər çalışsalar da, bunun qarşısını ala bilməzlər. Amma psixoloqların təklif etdiyi bu yollarla onlara bu sözləri tərgidə bilərsiniz.

Əvvəlcə uşağın həmin pis sözləri kimdən öyrəndiyini tədqiq edin. Çalışın o uşaqların ki əxlaq problemləri vardır, övladınız onunla yoldaşlıq etməsin. Ancaq kimin ona bu sözləri öyrətdiyinin üstündə də çox dayanmayın. Çünki övladınız bu sözləri onsuz da öyrənəcəkdir və onu həmişə izləyə bilməzsiniz.

Lakin ona gözəl əxlaqi təlim verərək, həmin sözləri unutdura bilərsiniz. Uşağınıza öyrədin ki, çirkin sözlər insanlara əziyyət verər. Əziyyət verən rəftarlar isə o rəftarlardır ki, siz onları sevmirsiniz. Bu cür rəftarlara mızıldanmaq, dırnaqları yemək, çirkin söz demək, tüpürmək daxildir. 

Bu rəftarlar ona görə günü-gündən artır ki, valideynlər onlara diqqət edir. Uşaq bu yolla istədiyini əldə etmək istəyir. Ona görə də övladınıza deyin ki, nə zaman bir istəyini normal şəkildə demək istəyərsə, o zaman onu yerinə yetirməyi düşünərsiniz. O zaman ki istəyini düzgün şəkildə etdi, onu yerinə yetirməyə çalışın. Sonra da onu təşviq edin.

Laqeyd olan zaman onunla bu cür rəftar edin; ona toxunmayın, fiziki olaraq ondan uzaqlaşın, özünüzü laqeyd aparın və uşağın dediklərinə qarşı laqeyd olun və ona az diqqət etdiyinizi hiss etdirin. Bu işi övladınız həmin pis rəftarı davam edənə qədər davam etdirin. Əvvəllərdə ola bilər ki, uşaq bu rəftarlarının sayını artırsın. 

Siz gərək qəti və səbrli halda bu işə davam edəsiniz. Əmin olun ki, müvəffəq olacaqsınız. Uşağın ağlamağından qorxmayın. O, sizin üçün ilk insan və sevimli insan olmaq üçün çox şeyi imtahandan keçirəcəkdir.
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN