Uşaqlara Yox Demək Pis Valideyn Olduğunuz Mənasını Vermir..

0
3056
Uşaqlara Yox Demək Pis Valideyn Olduğunuz Mənasını Vermir..

Uşağa xeyr, yox,olmaz sözlərini demək nə üçün əhəmiyyətlidir?
1.Uşağınızın bütün istəklərinin reallaşa bilməyəcəyini bilməsi uşağın psixoloji inkişafında olduqca önəmli faktordur. Uşağa yox dedikdə o bunu öyrənmiş olur.
2.Uşaqlarınıza yox dediyiniz zaman nəyə görə belə dediyinizi ona başa salmağa çalışın.Amma yalan deməkdən uzaq durun və tutarlı bir səbəb göstərin.
3.Xeyr deyərək qadağalar qoyduqda sadəcə çalışın ki,sonradan öz qoyduğunuz qadağaları dəyişdirməyəsiniz.Çünki bu uşaqda sizə qarşı güvənsizlik duyğusu yarada bilər. Xeyr dediyiniz istəklərə sonradan bəli deyərək,qərarınızı dəyişdirməməyiniz çox önəmlidir. Bəzi xeyr dedikləriniz uşağın yaşına uyğun olaraq sonradan bəliyə çevrilə bilər. Sadəcə siz dediyiniz sözün üstündə durmağı bacarsanız kifayətdir.
4.Uşağınızla hər zaman dost, yoldaş kimi davranmağa çalışmayın.Çünki bu zaman o vaxtından əvvəl böyüklər kimi davranmağa çalışacaq və uşaqlığını lazım olduğu kimi yaşaya bilməyəcək. Bundan əlavə uşaq onu qoruyan, qayğısına qalan valideynlərindən də məhrum olmuş olacaq. Əlbəttə, müəyyən dövrdə uşaqla dost olmaq gərəklidir, amma məsələ bunu hər zaman edib-etməməklə bağlıdır.

 

Korrektə etdi:Günel İbadova

 

ŞƏRH YAZIN